İqtisadi inkişafın məqsədi insanların daha yaxşı yaşamasını təmin etməkdir
11.06.2019 [09:25]
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, bir müddət öncə Milli Məclis tərəfindən Vergi Məcəlləsinə mühüm dəyişikliklər edildi. Bu dəyişikliklərdən sonra əldə olunan nəticələrlə bağlı nə deyə bilərsiniz?
- 2019-cu ilin ilk rübünün nəticələri göstərdi ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və vergi orqanlarının yeni yanaşma metodları öz müsbət nəticələrini verir. 2018-ci ilin birinci rübü ilə müqayisədə vergi yığımının 16,5 faiz, qeyri-nef-qaz sektoru üzrə vergi daxilolmalarının 18,5 faiz, regionlardan vergi daxilolmalarının 24,3 faiz, məcburi dövlət sosial sığorta ödənişlərinin 10,8 faiz artması həyata keçirilən islahatların bariz nümunəsidir. Yanvarın 1-dən qeyri-dövlət və qeyri-neft-qaz sahəsində çalışan insanların əməkhaqqından tutulan vergi dərəcəsinin 0 faizə endirilməsi öz nəticəsini verir. Keçən il 90 min əmək müqaviləsi bağlandığı halda, bu ilin təkcə ilk rübündə bu say 66 mindən çox olub. Bundan başqa, qeyri-neft sektorunda vergi daxilolmalarının həcmi birinci rüb ərzində 18,5 faiz artıb.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması ilə bağlı qanunvericilik aktının 2021-ci ilədək uzadılması də mühüm addımdır. Görülən tədbirlər, xüsusilə sahibkarlıq sahəsində yoxlamaların yumşaldılması “Doing Business” reytinqində Azərbaycanın birdən-birə 32 pillə irəliləməsinə şərait yaradıb.
Sosial ödənişlərlə bağlı seqmentin də Vergilər Nazirliyi sisteminə cəlb edilməsi yığımların optimallaşdırılması və maliyyə resurslarının mərkəzləşdirilməsi baxımından daha optimal bir formatın tapılması haqqında fikir söyləməyə əsas verir.
- Vergi Məcəlləsinə dəyişikliklərdən sonra ən yaxşı nəticə hansı sahədə əldə olunub?
- Dəyişikliklərin müsbət nəticələri özünü əsasən əmək müqavilələrinin rəsmiləşdirilməsi, vergidən yayınma hallarının azalması, vergiyə cəlb olunan dövriyyənin artması istiqamətində göstərib. Əməkhaqqının leqallaşdırılması istiqamətində verginin 0 faizə endirilməsi də öz bəhrəsini verir.
Təcrübələr göstərir ki, qeyri-leqal, yəni “kölgə iqtisadiyyatı”nda çalışan sahibkarların fəaliyyət müddəti bir ildən çox olmur. Məcəlləyə dəyişikliklər nəticəsində sahibkarların daha çox leqal işləməsi biznesdə bərabər şəraitin yaradılmasına və haqlı rəqabətə gətirib çıxarır. Sahibkarlara güzəştli kreditlərin, investisiya təşviqi sənədinin verilməsi, kimya-sənaye və qeyri-kimya parklarında iştirakla bağlı vergi güzəştləri xarici investorları növbəti mərhələdə daha çox investisiya yatırmağa cəlb etmək üçün mühüm addımlardır.
Bu gün Azərbaycanda 700 minə yaxın sahibkar mövcuddur və bu say ilbəil artır. Məşğul əhalinin muzdlu hissəsini çıxsaq, hər 3 nəfərdən biri sahibkarlıq subyektinə sahibdir. Bu, kifayət qədər böyük göstəricidir. Azərbaycanda ümumi daxili məhsulun 83 faizindən çoxunun özəl sektordan əldə olunması bu sahədə görülən işlərin nəticəsidir. Eyni statistikanı vergi üzrə də görə bilərik. Bu ilin birinci rübündə bütövlükdə özəl sektorun vergi ödənişlərinin həcmi üzrə artım 25 faizdən çoxdur. Bu, onu deməyə əsas verir ki, dövlətin stimullaşdırma tədbirləri sahibkarlar üçün maraqlıdır və bunun sayəsində onların əldə etdikləri fayda xərclərindən daha çoxdur.
- Bütövlükdə, ölkə iqtisadiyyatında inkişafın yeni mərhələsinin başladığını söyləyə bilərik. Bu faktor əhalinin rihaf halının yüksəlməsində də özünü ifadə edir...
- İqtisadi inkişafın məqsədi insanların daha yaxşı yaşamasını təmin etməkdir. Əhaliyə bütün sahələrdə göstərilən xidmətlərin mənbəyində iqtisadiyyatın inkişafı dayanır. İqtisadiyyat inkişaf etməzsə, dövlət varlı olmazsa və gəlir mənbələri olmazsa, bu xidmətlərin təmin edilməsi kifayət qədər çətin olardı. Ona görə də iqtisadiyyatın inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli islahatlar Azərbaycanda əldə olunan yeni və əlavə gəlirlərin daha çox vətəndaşa istiqamətlənməsini təmin edir. Biz bunu müşahidə edirik.
Bu il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesində qeydə alınan artımlar dövlət başçısı tərəfindən həyata keçirilən iqtisadi islahatların real nəticələridir.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

