/ / Fuad Ələsgərov: Azərbaycan Prezidentinin insanpərvər və mərhəmətli addımından siyasi spekulyasiya məqsədilə istifadə edilməməlidir
Fuad Ələsgərov: Azərbaycan Prezidentinin insanpərvər və mərhəmətli addımından siyasi spekulyasiya məqsədilə istifadə edilməməlidir
11.08.2011 [02:17]
- Eks-prezident Ayaz Mütəllibov oğlunun vəfatı ilə əlaqədar Azərbaycana qayıdıb. Onun Azərbaycana qayıtmasına ölkə rəhbərliyinin razılıq verməsi barədə məlumatlar hələ oğlu Azad Mütəllibov vəfat etməmişdən bir neçə gün əvvəl də mətbuatda səslənirdi.
- Doğrudur. Ayaz Mütəllibov hələ bir müddət əvvəl, iyulun 22-də oğlunun ağır xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək ölkəyə qayıtmasına şərait yaradılmasını xahiş etmişdi.
Cənab Prezident ölkəmizdə formalaşmış dövlətçilik siyasətinin humanizm prinsipindən və xalqımızın milli adət-ənənələrindən çıxış edərək Ayaz Mütəllibovun oğlunun ağır xəstəliyi ilə əlaqədar ölkəyə qayıtmasına razılıq vermişdir. Mütəllibov həmin ərəfədə Azərbaycana gələ bilməmiş, indi isə oğlunun vəfatı ilə əlaqədar Azərbaycana qayıtmışdır. Ona Rusiyadakı səfirliyimiz tərəfindən ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsi verilmişdir.
Ayaz Mütəllibov bu humanist addıma görə cənab Prezidentə öz minnətdarlığını bildirmişdir.
- Ayaz Mütəllibov barəsində cinayət işinə xitam verilməmişdir. Mətbuatda ona qarşı ittihamların siyasi xarakter daşıdığı barədə fikirlər səslənir. Bununla bağlı nə deyə bilərsiniz?
- İlk növbədə onu qeyd etmək istərdim ki, milli adət-ənənəmizə uyğun olaraq Ayaz Mütəllibova oğlunun yas mərasimini yola vermək üçün şərait yaradılmışdır. İnsani baxımdan belə hüzn məqamında insanları öz dərdləri ilə baş-başa qoymaq daha məqsədəuyğun olardı. Belə hüzn məqamından və Azərbaycan Respublikası Prezidentinin bununla bağlı atdığı insanpərvər və mərhəmətli addımdan hər hansı siyasi spekulyasiya məqsədilə istifadə etmək ən azı milli dəyərlərimizə hörmətsizlikdir.
O ki, qaldı Ayaz Mütəllibov barəsindəki cinayət işinə, doğrudur, belə cinayət işi mövcuddur, həmin cinayət işi siyasi xarakter daşımır. Mütəllibova qarşı Cinayət Məcəlləsinin konkret maddələri üzrə ittihamlar irəli sürülmüşdür.
Vurğulamaq istərdim ki, Ayaz Mütəllibovun ittiham olunduğu 20 Yanvar və Xocalı hadisələri ilə bağlı ilk cinayət işləri məhz AXCP-nin iqtidarda olduğu dövrdə başlanmışdır. O, həmçinin, hakimiyyəti zorla ələ keçirməyə hazırlıqda və digər ağır cinayətlərin törədilməsində də ittiham olunur. Həmin cinayətlərə görə konkret şəxslər artıq məhkum olunmuşlar.
Lakin Ayaz Mütəllibovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etdiyi müraciətlə bağlı olaraq onun həbsi ilə əlaqədar qərarın icrası müvəqqəti dayandırılmışdır.
- Keçmiş prezidentlər haqqında qanun qəbul olunarsa, Mütəllibov cinayət məsuliyyətindən azad edilə bilərmi?
- 2009-cu ildə keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsinə II hissə əlavə edilmişdir. Həmin müddəaya əsasən, əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilməlidir. Hazırda həmin qanun layihəsi üzərində iş aparılır. Qanun layihəsində hansı müddəaların, hansı təminatların nəzərdə tutulacağı barədə fikir yürütmək hələ tezdir.
Hazırlanan qanun layihəsində keçmiş prezidentlərin təhlükəsizliyinin təmin edilməsi, maddi, sosial və tibbi təminatı məsələləri, habelə prezident səlahiyyətlərinin həyata keçirilməsi zamanı etdikləri əməllərə görə cinayət və inzibati məsuliyyətə cəlb edilməmələri barədə müddəalar nəzər tutula bilər.
Müsahibənin sonunda bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının həyata keçirdiyi siyasət ölkəmizdə sabitliyin, təhlükəsizliyin, vətəndaş sülhü şəraitində Azərbaycanın davamlı inkişafının təmin olunmasına, həmçinin, cəmiyyətdə həmrəyliyə və harmoniyanın əldə edilməsinə yönəlmişdir.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

