Türkiyə - Ermənistan münasibətləri hansı şərtlərlə normallaşa bilər?
22.06.2024 [10:15]
Xəbər verildiyi kimi, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Türkiyə və Ermənistan liderlərinin telefon danışığı aparmaları müzakirələrə yol açıb. Bu günlərdə müxtəlif səviyyələrdə “Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin açılması mümkündürmü” sualı ətrafında fərqli fikirlər ifadə olunur. Bəs indiki geosiyasi reallıqlar fonunda Türkiyə-Ermənistan münasibətlərinin perspektivləri necə görünür?
Azərbaycan və Türkiyənin uzlaşdırılmış siyasəti
Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına gedən yol bir sıra mühüm şərtlərdən keçir. Burada heç şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətləri qırmızı xətt təşkil edir. Yəni Türkiyə - Ermənistan münasibətlərinin normallaşmasını Azərbaycanla Türkiyənin koordinasiyalı siyasətindən kənarda təsəvvür etmək mümkün deyil. Bu gün Azərbaycan - Türkiyə münasibətləri özünün zirvə nöqtəsindədir. Artıq dünya çapında qəbul olunur ki, Türkiyə olmayanda Azərbaycan, Azərbaycan olmayanda Türkiyə var. Buna aid çoxsaylı misallar sadalamaq mümkündür. 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammiti yada salaq. Həmin sammitdə Ermənistanın sabiq prezidenti S.Sarkisyan Türkiyə nümayəndəsinin yoxluğundan istifadə edərək qardaş ölkə barədə “soyqırımı” şantajlarına rəvac vermişdi. Prezident İlham Əliyev onu “Türkiyə yoxdur, mən buradayam!” mesajı ilə susdurmuşdu.
Oxşar münasibətlər, həmçinin Türkiyə tərəfindən sərgilənir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb. Qardaş ölkə 44 günlük Vətən müharibəsində və ondan sonrakı mərhələdə Azərbaycana güclü mənəvi-siyasi dəstək verib.
Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətləri rəsmi qaydada təsdiqlənən Azərbaycan və Türkiyə müxtəlif istiqamətlərdə uzlaşdırılmış siyasət həyata keçirirlər. O cümlədən Türkiyənin siyasi rəhbərliyi Ermənistanla münasibətlərin normallaşmasının, sərhədlərin açılmasının əsas şərtini birmənalı şəkildə diqqətə çatdırıb. Bu şərt ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ermənistanın Azərbaycanın sülh təkliflərini qəbul etməsindən keçir.
Zəngəzur Dəhlizinin açılması şərti
Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının digər bir mühüm şərti Zəngəzur Dəhlizinin açılması ilə bağlıdır. Zəngəzur Dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvan arasında əlaqəni təmin etməyəcək, həm də bütün region dövlətləri arasında əlverişli nəqliyyat bağlantısı yaradacaq.
Zəngəzur Dəhlizi ilə bağlı Azərbaycanın və Türkiyənin mövqeyi tam üst-üstə düşür. Rəcəb Tayyib Ərdoğan müxtəlif auditoriyalarda bəyan edib ki, Zəngəzur Dəhlizinin həyata keçirilməsi ilə bölgənin iqtisadi və sosial hərəkətliliyi ən yüksək həddə çatacaq. Bir qədər bundan əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur Dəhlizinin önəminə yenidən diqqət çəkib. O, Süveyş kanalında və Qırmızı dənizdə baş verən insidentlərlə əlaqədar qlobal ticarətdə yaranan riskləri vurğulayıb. Türkiyəli nazir deyib: “Zəngəzur Dəhlizinin açılması nəticəsində Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün yeni mühüm alternativ meydana çıxacaq”.
Regionun arzuolunmaz qonaqları
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması kontekstində regiona kənar güclərin gəlməsi ehtimalları diqqətdən kənarda qala bilməz. Hazırda Ermənistan Cənubi Qafqaza regiondankənar arzuolunmaz qonaqların gəlməsi üçün ən cəlbedici məkan qismində çıxış edir. Daha dəqiq desək, Fransa kimi ölkələr məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin, necə deyərlər, xeyir-duası ilə regionda mövcudluğa can atırlar. Xatırladaq ki, məhz Ermənistan rəhbərliyinin dəvəti əsasında bu ölkədə yerləşən Avropa İttifaqının (Aİ) mülki missiyası burada qonşu dövlətlər barəsində kəşfiyyat məlumatları toplamaqla məşğuldur.
Təbii ki, Ermənistan rəhbərliyinin bu yöndə fəaliyyətləri region dövlətlərini, o cümlədən də Türkiyəni qane etmir. Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti ilə birlikdə 3+3 formatından çıxış edib. Ermənistanın isə bu formatda iştirakı formal xarakter daşıyır.
Bütün bu kimi amillərə istinad etməklə Türkiyə və Ermənistan liderlərinin telefon danışığının pərdəarxası məqamları barədə müəyyən qənaətlər ifadə etmək mümkündür. İstisna deyil ki, R.T.Ərdoğan telefon danışığında N.Paşinyana zəruri xatırlatmalar edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

