Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransa da “çıxır” - Aİ dağılır...

Fransa da “çıxır” - Aİ dağılır...

28.06.2024 [10:55]

Le Penin qələbəsi Avropada siyasi mənzərəni dəyişə bilər

“Köhnə qitə” yeni problemlər yaşamaqdadır. Özünün iqtisadi-siyasi hegemoniyasını tədricən itirməkdə olan Avropanın monolit “mənzərəsi” də dağılmaq üzrədir. Belə ki, Böyük Britaniyanın ayrılığının ağırlığını hələ də tam qaldıra bilməyən Avropa İttifaqı Fransanı da itirə bilər. İyunun 30-da və iyulun 7-də baş tutacaq seçkilərdə ortaya çıxacaq nəticə məhz bu istiqamətə yönəlib. Bununla bağlı Aİ-nin BREKSİT üzrə müzakirəçisi Mişel Barnye öz fikirlərini bölüşüb. O bildirib ki, Fransa prezidenti Emmanuel Makronun ölkə parlamentinin vaxtından əvvəl buraxılması və erkən seçkilərin keçirilməsi ilə bağlı qərarı Fransanın Avropa İttifaqından çıxmasına səbəb ola bilər. Qeyd edib ki, Makronun rəhbərlik etdiyi İntibah partiyasının seçkilərdə sağçı Milli Birlik üzərində qələbə qazanacağına ümidlər çox azdır. Diplomatın fikrincə, sorğularda lider olan Milli Birliyin liderləri respublikanın Avropa İttifaqından çıxmasını istəyə bilərlər. “Mən düşünmürəm ki, Le Pen və ya Bardella hələ də anti-Avropa baxışlarına sadiqdirlər”, - deyə o bəyan edib.

Fransada real vəziyyət  - Milli Birlik öndədir...

Xatırladaq ki, iyunun əvvəlində baş tutmuş və BREKSİT-dən sonra Avropa Parlamentinə ilk seçkilər kimi tarixə düşən səsvermədə maraqlı nəticələr əldə edilmişdi. Xüsusilə Fransada ortaya çıxan rəqəmlər xalqın Makron hakimiyyətinə etimad göstərmədiyini sübuta yetirmişdi. Belə ki, son illərdə seçicilərin mühüm etimadını qazanan Milli Birlik partiyası Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə 31,8 faiz səs toplayıb. Prezident Makronun yaratdığı, hazırda isə Stefan Sejurnenin rəhbərlik etdiyi İntibah Partiyası isə seçicilərin cəmi 15,2 faizi dəstəkləyib. Xatırladaq ki, partiya 2016-cü ildə təsis edilmişdi. Sosial liberal xəttə üstünlük verən təşkilat ötən parlament seçkilərində mühüm üstünlük qazanmışdı.

Sağ millətçi ideologiyaya söykənən Milli Birlik Partiyasının siyasi yüksəlişi artıq bir neçə ildir ki, müşqahidə edilməkdədir. Aİ rəsmisi Mişel Barnyenin fikirlərində isə həqiqət yükü çoxdur - sonuncu dəfə 2022-ci ilin iyununda Fransada keçirilən parlament seçkilərində rəsmi nəticəyə görə hakim koalisiya Milli Assambleyada 225 yer qazanmışdı. Avropa Parlamentinə seçkilərin qalibi olan Milli Birlik Partiyası isə 89 yerə sahib olmuşdu. Bu, partiyanın tarixində ən yüksək göstərici sayılırdı - 2017-ci ildə keçirilən seçkilərdə partiya cəmisi 20 yer qazana bilmişdi. Beləliklə, göstəricilərini ildən-ilə yaxşılaşdıran Le Penin partiyasının bu dəfə iqtidar olma şansı yüksək dəyərləndirilir.

Aİ imicini itirib...

Bu, əslində, Makron siyasətinin iflası ilə yanaşı Avropa cəmiyyətinin Aİ-nin perspektivinə inanmamasının növbəti göstəricisidir. İllərdir ki, verdiyi qərarlarda, qəbul etdiyi qətnamələrdə ikili standartlara, qeyri-demokratik nüanslara yer ayıran Aİ və onun strukturları bütün dövlətlərdə özünə qarşı açıq inamsızlıq mühiti formalaşdırıb. Digər tərəfdən, bu amil Aİ-nin imicini yerlə-yeksan edib - hətta bəzi Aİ üzvü ölkələrinin liderləri qurumun korporativ maraqlara əsaslanan qərarlar verməsi faktını etiraf belə ediblər. Üstəgəl, son dövrlərdə bu qurumda ard-arda yaşanan korrupsiya və rüşvət faktları Aİ üçün əsl “dalan” effekti formalaşdırıb. Qurum artıq nəinki qərarverici, hətta “tövsiyyəverici” funksionallığını belə itirib.

Aİ üzvü olan əksər ölkələrin hakimiyyətlərinin Rusiya-Ukrayna müharibəsində tutduğu birtərəfli mövqe də yerli xalqlar tərəfindən birmənalı qarşılanmayıb. O cümlədən, Fransa xalqının Makron iqtidarının apardığı birtərəfli siyasəti bəyənməməsi fatklarla ortadadır. Ölkəsinin enerji təhlükəsizliyi məsələsini təhdid qarşısında qoyan, iqtisadi geriləməyə sövq edən, yersiz çıxışlarla Avropada yeni müharibə çağırışları edən Makron bu yolla özünü Aİ-nin ən ön sıralarına daşımaq istəsə də, oxu “daşa dəydi”. Son seçkidə uğradığı məğlubiyyət onu pis vəziyyətdə qoyub. Nəinki Avropaya, eləcə də digər coğrafiyalara münasibətdə qeyri-adekvat mövqeyi ilə seçilən Makron və onun “iqtidar komandası” artıq səhvlərinin aqibətini yaşamağa başlayıb...

Le Pen Aİ-ni və Makronu ifşa edir

Le Pen isə Makrondan fərqli olaraq Mərkəzi Avropada baş verənlərə ölkəsinin maraqları müstəvisində yanaşacağını vəd edir. Anti-Rusiya əhvalından uzaq olan Le Pen əksinə, Moskva ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır. Çox güman ki, onun Aİ ilə ortaq baxışlara malik olmamasının bir səbəbi də buradadır - millətçi kəsimin lideri “Avropa maraqları” maskası arxasında gizlədilən “Qərb planlarını” qəbul etmir. Bu faktları açıq şəkildə sadalayan Le Pen beləliklə kontingent üzrə “sevilməyən” şəxs kimi şöhrət tapıb. Yeni siyasi qüvvələr həm Aİ-nin, həm də Makronun yarıtmaz siyasəti üzərindən rahat təbliğat qura bilirlər. Bu baxımdan qarşıdakı seçkilərdə onların asan şəkildə qələbə qazanacağına ümid böyükdür...

SADİQ

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Analitik

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31