Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İslamabadda İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

İslamabadda İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

11.07.2024 [17:56]

Pakistan İslam Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-də İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib. 

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Əvvəlcə rəsmi foto çəkdirildi. 

Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Pakistan nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Baş nazir Məhəmməd Şahbaz Şərifə təqdim olundu.

Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30