/ / Əli Həsənov: Azərbaycan sədrliyi dövründə ECO çərçivəsində həllini tapmamış məsələlərin aradan qaldırılmasına çalışacaq
Əli Həsənov: Azərbaycan sədrliyi dövründə ECO çərçivəsində həllini tapmamış məsələlərin aradan qaldırılmasına çalışacaq
18.10.2012 [00:05]
PA rəsmisinin sözlərinə görə, Azərbaycan bu təşkilatın ən fəal üzvlərindən biridir: “Biz bu təşkilata üzv olduğumuz gündən bəri digər üzv dövlətlərin əksəriyyəti ilə iqtisadi, siyasi və digər beynəlxalq məsələlər üzrə tərəfdaşlıq münasibətləri yarada bilmişik. Azərbaycan bu təşkilatın üzvü olan Türkiyə, İran, Əfqanıstan, Pakistan və Orta Asiyanın dövlətləri ilə özünün nəqliyyat, enerji, yükdaşıma, Şərq-Qərb arasındakı bağlılıq və digər sahələr üzrə tərəfdaşlıq münasibətlərini yaratmış və bu sahələr üzrə ən çox real layihələr ortaya qoyaraq onları həyata keçirən ölkə olmuşdur”.
PA-nın şöbə müdiri vurğulayıb ki, 1998-ci ildə Böyük İpək Yolu konfransının ölkəmizdə keçirilməsi və bu konfransın işinə təkcə ECO üzvü olan dövlətlərin deyil, digər Avrasiya dövlətlərinin də qatılması, onların iştirakı ilə TRASEKA layihəsinin reallaşdırılması sahəsində Azərbaycanın fəaliyyəti göz önündədir: “Bundan başqa, Azərbaycan ECO-ya üzv dövlətlərin iştirakı ilə Şərq-Qərb nəqliyyat-kommunikasiya sisteminin digər vektorları üzrə ciddi fəaliyyət göstərir. Azərbaycan Xəzər dənizinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çıxarılması sahəsində ECO üzvü olan dövlətlərlə əməkdaşlıq edir. Şərq-Qərb, Cənub-Şimal nəqliyyat kommunikasiya sistemində Azərbaycan əsas əlaqələndirici ölkələrdən biri kimi, o cümlədən ECO dövlətləri ilə nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq edir. Azərbaycan bu dövlətlərlə mədəni, sosial, siyasi sahələrdə əməkdaşlıq və tərəfdaşlıq edir. Bu dövlətlərin çoxu müsəlman dövlətləridir və bu dövlətlərlə bizim mədəni-mənəvi yaxınlığımız, xalqlarımızın ortaq milli-mənəvi dəyərləri, ortaq din, dil, ortaq mədəniyyət bağlılıqları var, keçmişdə ortaq tarixə malik olmaq kimi dəyərləri biz bölüşürük. Ona görə də biz ECO çərçivəsində ötən müddətdə sözün həqiqi mənasında ən fəal üzvlərdən biri olmuşuq və ECO-nun imkanlarından da dövlətimizin və xalqımzın inkişafı üçün bəhrələnərək mühüm addımlar atmışıq”.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycan da ECO-nun sədri kimi bu işlərin həyata keçirilməsində fəal iştirak edəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30

