Rüstəm İbrahimbəyov ermənilərlə dost olduğunu etiraf etdi
20.11.2012 [00:46]
Və ya görünən dağa nə bələdçi?!
Azərbaycan xalqının ən böyük sərvəti öndə gedən ziyalılarımız, mədəniyyət, incəsənət və elm xadimlərimiz, tarixdə öz əməyi ilə iz qoymağı bacarmış dahilərimizdir. Bu bir həqiqətdir ki, xalqımız hər zaman ziyalılara dərin və saf bir sevgiylə, sonsuz ehtiram və bəlkə də, başqa heç bir xalqa xas olmayacaq qədər həssaslıqla yanaşıb. Lakin təəssüflər olsun ki, bəzən ziyalılara göstərilən bu isti münasibətdən yararlanmaq istəyərək, ziyalı adından sui-istifadə edənlər də tapılır.
Belələrindən biri də Rüstəm İbrahimbəyovdur. Ancaq bəri başdan söyləyək ki, onun özünü Azərbaycan ziyalısı kimi cəmiyyətə sırımaq cəhdləri heç bir nəticə verməyəcək. Çünki xalqına təhqirlər yağdıran və düşmənin şəninə təriflər söyləyən bir insan xalqın ziyalısı ola bilməz.
Ümumiyyətlə, R.İbrahimbəyov haqqında danşarkən ilk ağıla gələn bir məqam olur: Bu kinorejissor indiyə kimi bir sıra filmlərin çəkilməsində iştirak edib, ssenarilər yazıb. Həmin vaxt onun nə qədər səmimi olması sual doğurur. Lakin sual doğurmayan yeganə hal ondan ibarətdir ki, İbrahimbəyovun ürəyinin dərinliyindən gələn hisslərlə yazdığı “həyat ssenarisi”nin əsas qəhrəmanı məhz ermənilərdir. Onun çox sevdiyi, hər zaman həsrətini çəkdiyi və imkan düşdükcə baş-başa qalaraq, türklər demiş, “həsrət gidərdiyi” ermənilər...
Yəqin ki, İbrahimbəyov bu yazıdan sonra yenidən qəzetimizi hədəfə alacaq və iddia edəcək ki, bəs o, ermənilərlə hər hansı isti münasibətdə olmayıb, hələ bir az daha da irəli gedib deyəcək ki, onlarla dost belə olmayıb. Ancaq sadəcə yaxın keçmişə ötəri nəzər salmaq kifayət edir ki, İbrahimbəyovun erməni məhəbbəti haqqında gerçəklik üzə çıxsın. Beləliklə, ilk olaraq onun 2008-ci ildə rus mətbuatına verdiyi müsahibə yada düşür, həmçinin, haqlı olaraq “həmin vaxt çox sevdiyi ermənilərin Bakını tərk etməsindən və onların yerinə qaçqın və məcburi köçkünlərin Bakıya gəlməsindən kədərlənən, buna görə də, “Pravda” qəzetində göz yaşları axıdan İbrahimbəyov azərbaycanlıları vəhşi, vandal, qaniçən kimi qələmə verməklə nə demək istəyirdi” sualı meydana çıxır. Ancaq bu onun ermənilərlə bağlı heç də sonuncu “xoşməramlı” mövqeyi deyil. Belə ki, İbrahimbəyovun sonrakı addımları və açıqlamaları, Azərbaycan xalqının ünvanına səsləndirdiyi təhqiramiz ifadələr və ermənilərə bəslədiyi gizli rəğbətin aşkara çıxması onun gerçək niyyətini bir daha ortaya qoydu. Sadalananlar ortada “əbədi bir erməni sevgisi”nin olduğunu göstərdi. Elə bu səbəbdəndir ki, Kinematoqrafçılar İttifaqının tədbirlərinə dəvətlilər müəyyənləşdirilərkən Rüstəm İbrahimbəyovun ağlına ilk olaraq ermənilər gəlirmiş. Bakıda keçirilən “Şərq-Qərb” festivalının maliyyəsi hesabına İbrahimbəyovun “Daşnaksütyun” partiyasının üzvü Roman Balayan və bakılı, Sovet dövründə Azərbaycanda mövcud olan nazirliklərin birində çalışan Rudik Avanesovu dəvət etməsi də bunun bariz örnəyidir.
Yaxud, İbrahimbəyovun bu günlərdə KİV-ə verdiyi müsahibəni xatırlayaq. RATİ təmsilçilərinin Moskvada Ermənistan erməniləri ilə görüşünə haqq qazandıran, bu görüşün əsl məqsədini pərdələməyə çalışan İbrahimbəyov bir az da irəli gedərək “burada ermənilərin bizim düşmənimiz olduğunu demək və bəyan etmək ki, onları qırmaq lazımdır, bir qədər ziddiyyətli məqamdır” deməsi, erməniləri praqmatik adlandırması və düşmənlərimizin fonunda bir daha Azərbaycan xalqını təhqir etməsi əslində, onun kimin tərəfində olmasının, daha doğrusu, erməni məhəbbətinin növbəti təzahürüdür.
Əslində, burada təəccüblü bir şey yoxdur. Çünki öz ambisiyalarının və şəxsi maraqlarının girovuna çevrilmiş, öz mövqeyi ilə anti-Azərbaycan dairələrin dağıdıcı fikir və planlarını dəstəkləyən bir adamdan başqa mövqe gözləmək düzgün deyil. Daha dəqiq desək, balayanların, avanesovların, yəni, ermənilərin yaxın dostunun Azərbaycan xalqına münasibəti yalnız bu cür ola bilər.
Ermənilərdən söz düşmüşkən, R.İbrahimbəyov KİV-ə açıqlamasında bu faktı ciddi-cəhdlə təkzib etməyə çalışıb. Lakin bu halda belə, necə deyərlər, özünü dolaşdırıb. Əvvəla, İbrahimbəyov iddia edir ki, Roman Balayanı Bakıya çağırmayıb. Lakin elə bu fikrin ardınca da İbrahimbəyov bu şəxsin “Daşnaksütyun” partiyası ilə bağlılığının olmadığını iddia etməklə, sanki onun müdafiəsinə qalxmış olur. Əvvəla, sual olunur, görəsən, Rüstəm İbrahimbəyov Roman Balayanın “Daşnaksütyun” partiyasının üzvü olmadığını haradan bilir? Görünən odur ki, İbrahimbəyov diqqəti məsələnin əsl mahiyyətindən, yəni, Balayanla dost olması məqamından yayındırmağa cəhd edir. Digər tərəfdən, bu gün istənilən bir erməninin Azərbaycana münasibətdə daşnak ideologiyasından, yəni, düşmən mövqeyindən yanaşması da kimsəyə sirr deyil.
Rudik Avanesova gəldikdə, İbrahimbəyov onu dəvət etdiyini bildirib. Daha doğrusu, o, Avanesovun Bakı ermənisi olduğunu, bura gəlib qohumlarının qəbrini ziyarət etmək istədiyini deyib: “Bura gəlib qohumlarının qəbrini ziyarət etmək istəmişdi”.
Onun sözlərinə görə, Avanesov gəlib və burda qohumlarının qəbirlərini ziyarət edib. Hər halda bu məqamın özü də İbrahimbəyovun ermənilərin dostu olduğunu deməyə əsas verir. Çünki İbrahimbəyovun özü etiraf edir ki, Avanesov Bakıya gəlmək üçün ilk olaraq məhz ona müraciət edib. Yəni, göründüyü kimi, Avanesovla İbrahimbəyov arasında dostluq o qədər möhkəmdir ki, həmin erməni Bakıya gəlmək üçün İbrahimbəyovdan yardım istəyir. Necə deyərlər, görünən dağa nə bələdçi...
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

