ABŞ-dan separatizmə dəstək
24.09.2024 [08:56]
Oyunların arxasında Bayden administrasiyası dayanır
Vaşinqton “Qarabağ erməniləri kartı”nı yenidən işə salmağa çalışır
2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri bölgədə yeni reallıqlar formalaşdırmaqla yanaşı, 30 il davam etmiş işğalı və “Qarabağ münaqişəsini” tarixə qovuşdurdu. Artıq bölgədə hər hansı bir münaqişə yoxdur - hüquq və ədalət bərpa olundu. 30 il icra edilməmiş BMT TŞ-nin məlum 4 qətnaməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, rəsmi İrəvanın beynəlxalq qanunlara riayət etməməsi sona çatdı - Azərbaycan dövləti öz gücü, qüdrəti və qətiyyəti sayəsində ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Beləliklə, tarixi və hüquqi ədalət öz təcəssümünü tapdı - separatizm ləğv edildi...
Ermənipərəst zəncirin köhnə-yeni halqaları...
Təssüfləndirici haldır ki, bəzi güclər bu reallıqlarla “barışmaq istəmir”. Məsələn, Fransanın timsalında bəzən Milli Assambleyanın separatizmə açıq dəstək verən “qərarların”, ABŞ-ın timsalında Konqresin ayrı-ayrı nümayəndələrinin ermənipərəst çağırışlarının, hətta 2023-cü ildə könüllü şəkildə Qarabağdan Ermənistana köçən ermənilərin “hüquqlarının bərpası”, onların “qaçqın” kimi tanınması cəhdlərini görürük. Bunların altında yatan məqsədlər isə hər kəsə aydındır:
- Həmin güclər erməni kartı ilə bölgəyə bu və ya digər şəkildə nüfuz etməyin mexanizmini araşdırırlar;
- Hər iki dövlətin bəzi siyasi dairələri “erməni lobbisinin” dəstəyini qazanmağa çalışırlar;
- Azərbaycanın yaratdığı yeni iqtisadi mənzərəni həzm edə bilmirlər;
- Regionda yeni tarazlığın formalaşdığını qəbul etmək istəmirlər;
-Sülhün və sabitliyin bərqərar olmasından “narahatlıq keçirirlər”.
Beləliklə, qeyd edilən mənzərə ortaya çıxır: özünü demokratiyanın “keşikçisi” və ya “beşiyi” sayan ölkələr qeyri-hüquqi proseslərə “start verməyə” çalışır, apardıqları hüquqi ədalətsizliyi daha da dərinləşdirməyə niyyətlənirlər. Hətta bu yolda Ermənistanı silahlandırmaqdan belə çəkinməyən adıçəkilən güclər regionda distabilliyə rəvac vermiş olurlar. Bəzi məqamlarda bu cəhdlər keçmiş “Qarabağ münaqişəsi”ni canlandırmaq üçün sistemli addımlar kimi də nəzərə çarpır - onlar bunun üçün paralel iş aparırlar:
- həm Ermənistanı silahlandırırlar;
- həm separatçı tör-töküntünü “bir araya gətirməyə” çalışırlar;
- həm də könüllü şəkildə Ermənistana köçən erməniləri özlərinin yalan təbliğat kampaniyasına “calaq” edirlər.
Dəfələrlə Fransanın və ABŞ-ın qanunverici orqanlarının “təmsilçilərinin” Ermənistan paytaxtında aidiyyatı olmayan “qarabağlı ermənilərlə” görüşlər keçirdiyinin şahidi olmuşuq - hətta separatçı rejimin töküntüləri ABŞ Konqresinə “dəvət alır”, ABŞ Konqresində “Dağlıq Qarabağın süqutu”na həsr olunan “tədbirlər” keçirilir. ABŞ və Fransanın aparıcı qurumlarının - hökumət, parlament və vətəndaş cəmiyyəti institutuları səviyyəsində ləğv edilmiş “Dağlıq Qarabağ erməniləri”nə dəstək verən çoxsaylı təşəbbüslər bu “ermənipərəst maraq zənciri”nin halqaları kimi özünü ortaya qoyur.
Ermənilərin nəzarətindəki ştatların konqresmenləri...
Bir neçə gün öncə, konkret sentyabrın 18-də ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı “Artsax Gəlirlərinin Bərpası Aktı”nın müzakirəyə çıxarılması da bu ermənipərəst zəncirin yeni halqası kimi ortaya qoyulmaqdadır. Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff və bir neçə ermənipərəst konqresmen (onlar barədə aşağıda geniş məlumat veriləcək - red.) 2024-cü il üçün “Artsax Gəlirlərinin Bərpası Aktının” 18 sentyabrda qəbul edilməsinə dair təklif irəli sürüb - təklifdə birmənalı olaraq bölgədə qeyri-sabit durum yaratmaq, Azərbaycanın suveren hüquqlarının pozulması, gərginliyin artırılması (burada hətta müharibəyə təhriklə bağlı epizodlar belə yer alır - P.İ), demokratiyanın pozulması halları “göz oxşayır”. Bu “təklif” Qarabağı könüllü tərk etmiş ermənilərin hüquqlarından çox, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilməlidir. Təklifin mahiyyətinə keçəmişdən öncə təşəbbüskarlarına diqqət yetirək. 2024-cü il “Artsax Gəlirlərinin Bərpası Aktı”nı “dəstəkləyənlər:
- Nyu - Cersi ştatından olan konqresmen Frank Pallone, Josh Gottheimer;
- Kaliforniya ştatının konqresdəki nümayəndələri Anna Eshoo, Qreys Napolitano, Holms Norton, Jan Schakovski, Linda Sanchez, Brad Sherman, Cim Costa, Doug LaMalfa;
- Rod-Aylendin təmsiçiləri Gabe Amo, Seth Magaziner;
- Ohaya ştatının təmsiçisi Joyce Beatty;
- Massaçusestdən James McGovern, Lori Trahan
- Nyu - Yorkdan Grace Meng və Kevin Mullin;
- Nevadadan Dina Titusdur.
Siyahıya nəzər yetirsək, bu qeyri-hüquqi prosesdə aktiv “rol” alan konqresmenlər əsasən Kaliforniya və Nyu-Cersidən olan konqresmenlərdir. Bu iki şatıtan isə erməni lobbisinin qeyri-rəsmi nəzarətində olması kimsəyə sirr deyil. Beləliklə, “təşəbbüsün” haradan qaynaqlandığı tam şəkildə ortaya çıxır. Paralel olaraq qeyd edilməlidir ki, bu, konqresmenlərin özfəaliyyəti deyil - onlar Bayden administrasiyasının təlimatları əsasında bu təşəbbüsləri irəli sürürlər. Bütün bu oyunların arxasında məhz Bayden administrasiyası dayanır.
Erməni ordenli Şiff...
O ki qaldı, “təşəbbüsü” ortaya atan Adam Şiffə, onunla bağlı çox fakt səsləndirmək olar - amma biri yetərlidir. 2022-ci ildə Adam Şiff, Frenk Pallon, Ceki Speyer kimi konqresmenlərin Nümayəndələr Palatasının və Senatın Təxsisatlar üzrə Alt Komitələrinə müraciəti əsasında ABŞ hökuməti Ermənistana və Qarabağdakı separatçılara 2 milyon dollar həcmində maliyyə dəstəyi göstərilməsi ilə bağlı qanun qəbul etmişdi.
Şiff, həmçinin 2011-ci ildə erməni-amerikan dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına, habelə qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasına mühüm töhfəyə görə Mxitar Qoş ordeni, 2021-ci ildə isə Dostluq ordeninə layiq görülüb.
“Freedom House”un yalan hesabatı...
Konqresmenlərin “söykəndikləri” “piar kampaniyası” da bu təşəbbüsün Cənubi Qafqazda gərginliyin artmasına xidmət etməsini göstərir. Məsələn, “Freedom House” adlı anti - Azərbaycan mövqeyi ilə tanınan “qurumun” hazırladığı “2024-cü il üçün xüsusi hesabatda” “Dağlıq Qarabağdakı etnik ermənilər”in Azərbaycan dövləti tərəfindən “qəsdən müntəzəm hücumlara”, “hədə-qorxulara”, “elementar hüquqların və normal yaşayış şəraitinin yaradılmamasına” və “məcburi köçkünlüyə” məruz qalması “sənədləşdirilir” - halbuki, həmin ermənilərin Qarabağı öz istək və arzuları ilə tərk etməsi faktlaşdırılıb. O ki qaldı, digər “komponentlərə” Qarabağ Azərbaycan torpağıdır və 30 il işğal altında qalıb - hazırda öz yalanları ilə separatizmi yenidən canlandırmağa çalışan “Freedom House” bu 30 il müddətində torpağından qovulan və əsl məcburi köçkünlüyə sürüklənən azərbaycanlıların hüquqlarını niyə qorumurdu?
Bu “faktaraşdırıcı hesabat”ın əlaqələndiriciləri arasında isə kimlər “yer almır” - “Freedom House”, Demokratiya Fondu, Vanadzor Helsinki Vətəndaş Assambleyası, Hesabatda Anuş Bağdasaryanın bir neçə bölməni tərcümə etməsi vurğulanır - artıq şərhə ehtiyac qalmır...
Pauer, Luazo və başqaları...
Eyni sözləri OCCRP tərəfindən sifariş edilmiş “araşdırma” haqqı?da da demək olar. “Eynicinsli yalanlar” kampaniyası həm də əyani dəstəklə “genişləndirilir”. Burada isə ermənipərəst USAID rəhbəri Samanta Pauer “dövrəyə girir”. Ruben Vardanyanın yaxın tərəfdaşlarından olan Pauerin iştirakı ilə “USAID araşdırması ermənilərin Qarabağdan kütləvi köçü” bəyanatının məzmunu birmənalı şəkildə yalan və qərəz üzərində qurulub. “Araşdırmada” 100.000-dən çox Qarabağ ermənisinin guya bir həftə ərzində Ermənistana qaçdığı yazılır - halbuki, Azərabycan sərhəddə onların öz xoşları ilə getməsini izləmək və ya videoçəkiliş etmək üçün bütün şəraiti yaratmışdı. Ən “maraqlısı” isə bu prosesin “şahidi” qismində məhz Pauerə istinad olunmasıdır. Hesabatda ABŞ-ın Qarabağ ermənilərinə 11,5 milyon dollar məbləğində “humanitar yardım” ayırdığı “xüsusi qeyd edilir”.
Eyni zamanda, fransalı deputat Natali Luazonun “fəaliyyəti” diqqətdən kənarda qala bilməz - hətta bir az da qabağa gedən Luazo ermənilər üçün “etnik təmizlənmə günü” kəşf etmək arzusunda idi. Parisin Av?opa Parlamentindəki “nümayəndəsi” ermənidən betər erməniliyi ilə ad çıxarıb.
Paralel fəaliyyəti ABŞ-ın aparıcı piar şirkətlərinin (məs., Edelman şirkəti - ABŞ-ın ən iri piar şirkətidir) Azərbaycana qarşı beynəlxalq media kampaniyasına cəlb edilməsində də görürük. Beləliklə, başlanan bu anti-Azərbaycan kampaniya məqsədli və kompakt halda həyata keçirilir - illərlə “hüquqdan danışanlar” bu gün hüququ dananlara çevriliblər.
“Təşəbbüs”ün mahiyyəti...
“Təşəbbüs”ün mahiyyətinə diqqət yetirdikdə bütün niyyətlər ifşa olunur. Məsələn, “sənəddə” Ermənistanın ABŞ və Fransa tərəfindən silahlanmasına aid bənd yer alıb. Bu amil Qərbin - xüsusilə, ABŞ və Fransanın (dolayısı ilə hindistanı da bu işə “cəlb ediblər) regionda müharibəni daha da alovlandırmaq arzusundan irəli gəlir. Son 1 ildə Fransa Ermənistan ilə silah alverini daha da inkişaf etdirib, ABŞ Zəngəzura əsgər toplayıb, ermənilərlə birgə hərbi təlimlər keçirilib. Bu, bir daha onu göstərir ki, adıçəkilən güclər regionun sabit inkişafında maraqlı deyillər və Ermənistanın əli ilə sülhə xələl gətirməyə çalışırlar.
Paralel olaraq “təşəbbüsdə” Ermənistana irimiqyaslı iqtisadi yardımlardan bəhs olunur. Bu da hər kəs üçün “bəlli havadır”. ABŞ-ın “iqtisadi yardım” adlandırdığı nəsnə birmənalı şəkildə silahlandırmadır. Axı, Ermənistan hansı sahələr üzrə “inkişaf etdirilir”, ABŞ hökuməti ilk olaraq buna cavab versin. İqtisadiyyat sahələri başqa dövlətlərin şəxsi mülkinə çevrilmiş ölkənin hansı inkişafından dəm vururlar?
Halbuki Azərbaycanın təqdim etdiyi sülh yolu Ermənistan üçün həm xilas, həm də inkişaf yoludur. “İnkişaf” adı altında Ermənistanın terror arzularını daha da pardaqlandırmaq isə regionda təxribatçı toqquşmalar yaratmaq istəyindən uzağa gedə bilməz.
Konqresmenlər böyük səhvə yol verirlər...
5 aprel görüşündə imzalanmış Aİ-ABŞ-Ermənistan üçtərəfli bəyanatı da məhz bu hədəfə köklənib - Qərb özünün çirkli pulyuma mexanizmini bu dəfə Ermənsitana transfer edir. “İnkişafa hədəflənmiş” gizli qara maliyyə məhz Ermənistanda “ağlanacaq”, yenidən bu və ya başqa yollarla Qərbə istiqamətlənəcək. Plan bundan ibarətdir.
Bunun üçün isə Qərb birinci növbədə 30 il əlində aktiv karta çevirdiyi “Qarabağ məsələsi”ni yenidən geri qaytarmağa çalışır - “etnik təmizləmə” haqda oxunan “xor mahnıları”, verilən “ bəyanatlar”, keçirilən “görüşlər” qəbul olunan qərarlar ilk növbədə bunun üçündür. Təsadüfi deyil ki, Şiff və digər konqressmenlər Azərbaycanın suveren aktivlərinə sahib olan bütün ABŞ maliyyə institutlarından bu aktivlər barədə ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat verilməsini istəyir - Qanunun qəbulundan sonra 60 gün ərzində prezident bu aktivlərlə əməliyyatları bloklamalı, blokdan sonra isə 90 gün ərzində onlara həbs qoymalıdır. Onların fikrincə, “Artsax Gəlirlərinin Bərpası Fondu” Azərbaycanın müsadirə edilmiş aktivlərini alacaq və daha sonra bu vəsaitləri Azərbaycanın “hərbi hücumu” nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş “Artsaxdan” didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edəcək. Aydındır ki, bu təklif dövlətin suveren aktivlərinin talanması deməkdir.
Bu isə ABŞ-ın üzdə demokrat, arxada isə məkrli maskasını növbəti dəfə cırır. Bayden administrasiyası anlamalıdır ki, Azərbaycanın yaratdığı yeni siyasi-hərbi reallıqlar əbədidir - onların hər hansı bir oyunu bu reallıqları poza bilməz. Şiff və onun kimiləri isə erməni çubuğu ilə oturub-qalxan kuklalardır - ABŞ-ın ermənilərə “təslim” olmuş konqresmenləri öz ölkələrinin maraqlarına zidd olaraq belə bir “təşəbbüsü” dəstəkləməklə böyük səhv edərlər...
Pərviz İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:51
Dünya
05 Oktyabr 23:38
Hadisə
05 Oktyabr 23:17
Siyasət
05 Oktyabr 22:54
İqtisadiyyat
05 Oktyabr 22:32
Hadisə
05 Oktyabr 22:10
Xəbər lenti
05 Oktyabr 21:53
Sosial
05 Oktyabr 21:34
Hadisə
05 Oktyabr 21:17
Dünya
05 Oktyabr 20:58
İqtisadiyyat
05 Oktyabr 20:36
Dünya
05 Oktyabr 20:14
Siyasət
05 Oktyabr 20:11
Siyasət
05 Oktyabr 20:09
Sosial
05 Oktyabr 19:52
Siyasət
05 Oktyabr 19:31
İqtisadiyyat
05 Oktyabr 19:11
Dünya
05 Oktyabr 18:48
İdman
05 Oktyabr 18:27
Dünya
05 Oktyabr 18:09
Mədəniyyət
05 Oktyabr 17:57
İqtisadiyyat
05 Oktyabr 17:23
Yeni texnologiyalar
05 Oktyabr 17:11
Dünya
05 Oktyabr 16:59
Dünya
05 Oktyabr 16:38
Dünya
05 Oktyabr 16:13
Xəbər lenti
05 Oktyabr 15:54
Dünya
05 Oktyabr 15:41
İdman
05 Oktyabr 15:10
Xəbər lenti
05 Oktyabr 14:59
İqtisadiyyat
05 Oktyabr 14:53
Xəbər lenti
05 Oktyabr 14:39
Siyasət
05 Oktyabr 14:09
Gündəm
05 Oktyabr 14:02
Gündəm
05 Oktyabr 13:58
Sosial
05 Oktyabr 13:12
Sosial
05 Oktyabr 13:07
İdman
05 Oktyabr 13:06
Sosial
05 Oktyabr 13:01
Siyasət
05 Oktyabr 12:41
Elm
05 Oktyabr 12:38
Dünya
05 Oktyabr 11:56
Dünya
05 Oktyabr 11:29
Mədəniyyət
05 Oktyabr 10:57
Siyasət
05 Oktyabr 10:34
Siyasət
05 Oktyabr 10:13
Sosial
05 Oktyabr 09:46
Xəbər lenti
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:40
İqtisadiyyat
05 Oktyabr 09:33
MEDİA
05 Oktyabr 09:12
İqtisadiyyat
05 Oktyabr 08:54
Siyasət
05 Oktyabr 08:32
Siyasət
05 Oktyabr 08:08
Ədəbiyyat
05 Oktyabr 07:56
Elm
05 Oktyabr 07:23
Siyasət
05 Oktyabr 06:44
Xəbər lenti
04 Oktyabr 23:56
Sosial
04 Oktyabr 23:35
Mədəniyyət
04 Oktyabr 23:14
Elm
04 Oktyabr 22:54
İdman
04 Oktyabr 22:33
Xəbər lenti
04 Oktyabr 22:12
Elm
04 Oktyabr 21:58
Xəbər lenti
04 Oktyabr 21:32
İqtisadiyyat
04 Oktyabr 21:09
Xəbər lenti
04 Oktyabr 20:48
Hadisə
04 Oktyabr 20:38
Siyasət
04 Oktyabr 20:17
Siyasət
04 Oktyabr 20:03