ABŞ Ermənistanı məhvə aparır...
27.09.2024 [09:56]
Vaşinqton öz mənafeyi üçün İrəvanı qurban verir
Əsiri olduğu işğalçı siyasət Ermənistanı son 30 ildə qlobal inkişafdan xeyli geri salıb. Hətta regional inkişaf prosesləri ilə ayaqlaşa bilməyən İrəvan fərqli çətirlər altında özünün “dövlətçilik imitasiyası” ilə məşğul olub - illik dövlət büdcəsi fərqli ianələr və ya “dotasiyalarla” formalaşdırılıb, xaricdə yaşayan lobbi təşkilatlarına ümid bağlayıb. Bu isə özünü “dövlət” kimi səciyyələndirən bir subyekt üçün aşağılayıcı haldır - XXI əsrin ikinci onilliyinin birinci rübü başa çatarkən İrəvan hələ də siyasi-iqtisadi “dilənçilik”dən əl çəkə bilmir.
Son 4 ildə bölgədə yaranan yeni reallıqlar isə İrəvanı həm də bu kimi aşağılayıcı hallardan xilas etmək iqtidarındadır - çünki Azərbaycan dövlətinin yürütdüyü uğurlu, əməkdaşlığı hədəfləyən və təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfələr verən siyasi kurs nəinki ölkəmizin, bütövlükdə yerləşdiyimiz regionun inkişafına təkan verir. Danılmaz həqiqətdir ki, gələcək perspektiv üçün planlaşdırılan layihələr, ticari imkanlar Cənubi Qafqazın ümumi inkişaf tempinin daha da sürətlənməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi işinə töhfə vəd edir. Regionda separatizmin sonunu gətirərək Cənubi Qafqazı əməkdaşlıq adasına, qlobal iqtisadi maraqların uzlaşma məkanına çevirən Azərbaycan yeni - sabit, inkişafa yönəlik dövrün başlanğıcı üçün mühüm planlar da yaradıb.
“Vizual əməkdaşlıq” - ABŞ Ermənistanda nə tapıb?
Amma Ermənistan daha çox özünün maraqları ilə uzlaşan bu əməkdaşlıqdan uzaqlaşır və ya uzaqlaşdırılır. Hər iki halda proses Ermənistan üçün ziyanlı nəticələrə yol açacaq - istər erməni xalqı, istərsə də Ermənsitan dövləti bu mərhələdə böyük itkilərlə üzləşmə təhlükəsi yaşayır.
Məsələnin mahiyyəti çox sadədir - Qərbin təhriki ilə siyasi manipulyasiyalara əl atan Ermənistan bu və ya digər şəkildə sülhdən yayınır. Bu il aprelin 5-də baş tutan “üçtərəfli görüşü” öz aləmində “əməkdaşlıq platforması” kimi xarakterizə edən Ermənistan bəzi reallıqları unudur. Qərb üçün Ermənistanın kəsb edəcəyi mahiyyət aşağı-yuxarı yalnız bölgəyə müdaxilə imkanı formalaşdırmaqdır. Məsələn, ABŞ regionun ən zəif iqtisadiyyatına malik, heç bir regional və ya qlobal layihələrdə iştirak etməyən, özünü Şərq-Qərb tranzit xəttindən kənarda saxlamaqla böyük bir logistik kəmərin hissəsinə çevrilə bilməyən, nəhayət hərbi-siyasi durumuna görə ən aşağı yerlərdə sürünən Ermənistanda “nə tapıb”? Demək ki, əsl mahiyyət çox fərqlidir.
ABŞ-ın Ermənistan üçün hazırladığı “plan”ın ştrixləri çox açıqdır. Başqa sözlə, Vaşinqton İrəvana öz maraqları üçün keçici vasitə kimi baxır:
- Hazırki “əlaqələr” bölgənin sabit inkişaf yoluna qədəm qoymasına mane olmağa hesablanan “keçid layihəsi”dir;
- ABŞ Ermənistana daxil olmaqla Şərq-Qərb ticarət xəttində təmsil olunmaq istəyir - burada Ermənistanın maraqları zərrə qədər də dəyərləndirilmir.
- Ermənistandan yeni Ukrayna proyekti kimi istifadə etmək.
Ayrı-ayrılıqda irəli sürülən bütün tezislər ABŞ-ın alt-niyyətini özündə əks etdirməkdədir. ABŞ-ın əsas hədəfi Ermənistandan istifadə etməklə Cənubi Qafqazda cəmlənmiş iqtisadi - siyasi tərəfdaşlıq maraqlarını bitirməkdən ibarətdir. Bu uğurda hətta Ermənistanı döyüş poliqonuna çevirməkdən belə çəkinməyən ABŞ üçün yalnız özünün maraqları ön plandadır.
Ermənilər etiraf edirlər...
Bunu ermənilərin özləri də etiraf edirlər - erməni mətbuatı ABŞ-ın Cənubi Qafqazdakı maraqlarının Ermənistanın suverenliyi və ərazi itkiləri bahasına olsa belə, Ermənistanı böyük geosiyasi oyunçular arasında münaqişə mərkəzinə çevirmək olmasını yazır. “Past” nəşri yazır ki, son zamanlar ABŞ mediası və ekspert dairələri Cənubi Qafqaza maraqlarını artırıb: “Diqqətçəkən məqam budur ki, bu nəşrlərin konteksti əsasən eynidir. Məsələn, bu yaxınlarda Amerika nəşrlərindən birində “Supergüclərin rəqabəti Qafqaza daxil olur” başlıqlı məqalə dərc olunub. Bu nəşr ona görə diqqət çəkir ki, müəllifləri Donald Trampın prezidentliyi dövründə yüksək vəzifələrdə çalışmış bir adamın rəhbərlik etdiyi tanınmış amerikalı ekspertlərdir. Söhbət Dövlət Departamentinin baş müşaviri və müdafiə nazirinin köməkçisinin müavini olmuş Uilyam Volfdan gedir. Təhlil Ermənistanın KTMT-dən çıxması və Qərbə inteqrasiyası ilə bağlıdır. Analizdə KTMT-dən çıxmaq yaxın gələcəkdə baş verəcək hadisə və reallıq kimi dəyərləndirilir. Qeyd olunur ki, ABŞ bu məsələdə Ermənistana ciddi dəstək verməlidir. Ancaq diqqətçəkən odur ki, KTMT-dən çıxıb Qərbin qucağına düşməyin Ermənistana nə gətirəcəyindən, demək olar ki, heç bir söz yoxdur. Əvəzində ABŞ-a nə veriləcəyi, yəni ABŞ-ın nəyə ehtiyacı olduğu ətraflı təsvir olunur. Belə çıxır ki, bu, mütləq olmalıdır”.
Müəlliflərin fikrincə, Ermənistanın geri çəkilməsi və Qərbə üz tutması ABŞ-a regionda öz mövqelərini gücləndirmək üçün əvəzolunmaz fürsət yaradacaq, bu da Amerikanın uzunmüddətli maraqlarına fayda verəcək. Vurğulanır ki, Ermənistanın Qərb sıralarına cəlb edilməsi ABŞ-a Rusiyanın cənub sərhədlərində real təhlükəni qoruyub saxlamağa və Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu zərərsizləşdirməyə imkan verəcək. Müəlliflərə görə, bütün bunlar Çinin regionu “Bir kəmər, bir yol” projesi çərçivəsində birləşdirmək planlarını çətinləşdirməyə, həmçinin bölgənin Türkiyədən asılılığını azaltmağa imkan verəcək. Bir sözlə, amerikalılar Ermənistanın maraqları və təhlükəsizliyinin yer almadığı öz maraqlarını daha açıq və aydın şəkildə bəyan edirlər. Vaşinqtonun maraqları Ermənistanın suverenliyi və ərazi itkiləri bahasına olsa belə, Ermənistanı böyük geosiyasi oyunçular arasında münaqişə mərkəzinə çevirməkdir”.
Əsas hədəflərdən biri...
Beləliklə, ABŞ həyata keçirdiyi planın əsas mahiyyəti olan “sülhsüz Qafqaz” prioritetini məhz Ermənistanın əli ilə “reallışdırır”. Yaxın Şərqdə olduğu kimi Cənubi Qafqazda da münaqişə ocağı yaratmaqla regiona müdaxilə edəcəyini düşünür. Təsadüfi deyil ki, ABŞ ayrı-ayrı regionların sülh və təhlükəsizlik şəraitində yaşamasına ən böyük maneə kimi çıxış edir və bunu öz niyyəti uğrunda mübarizəyə çevirir.
Qeyd olunduğu kimi, ABŞ-ın bir əsas hədəfi də Ermənistandan istifadə etməklə Rusiyanı “vurmaqdır”. Ermənistandakı bütövlükdə Rusiyanın hərbi varlığını öz xeyrinə dəyişməklə böyük bir coğrafiyada yeni düzən quracağını düşünən ABŞ-ın səyi buna hesablanıb. Qərb düşünür ki, gələcək perspektivdə Rusiya ilə TDT arasındakı əlaqələrin müsbət dinamika ilə artması yeni ticari imkanlar yaradacaq. Bunun qarşısını almaq üçün isə hazırki məqamda Ermənistanın “xidmətindən” istifadə olunur.
Bəli, ən çox İrəvanın özünə təhdid yaradan “Ermənistan planı” ən xırda detallarına qədər ABŞ maraqlarına uyğunlaşdırılıb. Burada Ermənistanın minimal mənafeyi belə gözlənilimir. Ermənistan isə anlamır ki, nəticədə onu hansı aqibət gözləyə bilər...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35

