Aİ nədən narahatdır?
01.10.2024 [09:16]
Peter Stano həqiqətləri təhrif etməklə “mülki” missiyanın “əsl missiyasını” ifşa etdi...
Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan bəzi dairələr “anti - sülh” mahiyyətli addımlarını davam etməkdə israrlıdırlar. Məsələn, heç bir siyasi-ictimai mahiyyət daşımayan, sadəcə olaraq regiona “nəzarət” üçün Ermənistana yerləşdirilən Aİ-nin “müşahidə missiyası”nın əsl “fəaliyyət mexanizmləri” hər kəsə bəllidir. Bu qrup monitorinq missiyası mahiyyətindən daha çox Ermənistanı sülhdən uzaqlaşdırmaq üçün təzyiq vasitəsi kimi istifadə olunur. Xüsusilə, 5 aprel “razılaşması”ndan sonrakı mərhələdə onların daha çox kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması sirr deyil - bununla bağlı mütəmadi informasiyalar da yayılmaqdadır. “Durbin diplomatiyası”nı özünün ən vacib hərəkət mexanizminə “çevirdiyini” düşünən qrup ara-sıra xarici ölkələrin Ermənistandakı səfirlərini, İrəvanda qonaq olan amma sülh məsələsinə ən minimum aidiyyatı olmayan xarici nümayəndələri şərti sərhədə gətirir, onların Azərbaycan torpaqlarına “boylanan yerdə” şəkillərini çəkib paylaşır. Bunu isə həm də özünün missiyası sayır. Təəssüf ki, bəzi hallarda işlərini “boylanmaqla” da bitmiş saymırlar - ermənilərin Azərbaycana qarşı əl atdıqları hərbi təxribatlar barədə bir dəfə də olsun fikir bildirməyən “qrup” bunu görməzdən gəlir, “hesabat”larında əks etdirmir.
Aİ “durbinçi”ləri niyə Ermənistanın təxribatlarını “görmür”?
Fəaliyyətinin bütün spektləri ifşa edilən Qərb “qrupu” barədə həqiqətlər ortaya çıxdıqda isə ənənəvi “imtina” prosesinin şahidi oluruq. Faktlara söykənən arqumentlər Avropa İttiffaqı tərəfindən bu və ya digər şəkildə “etirazlarla” qarşılanır. Halbuki bütün faktlar ortadadır.
Bu dəfə də ənənəvi proseslərin şahidiyik - Aİ-nin “monitorinq missiya” ilə bağlı həqiqətlər qurumun xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stano tərəfindən manipulyasiya edilir. Onun “Armenpress” xəbər agentliyinin sualına cavabında Avropa İttifaqının Ermənistandakı Missiyasının mandatı və Ermənistanın militarizasiyası barədə səsləndirdiyi fikirlər isə tamamilə əsassız və qəbuledilməzdir.
“Missiya”nı “aydın şəkildə müəyyən edilmiş mandata malik qərəzsiz bir missiya” adlandıran Stano niyə bildirmir ki, dəfələrlə Ermənistan təəfindən atəşə tutulan Azərbaycan əraziləri haqda bu missiya bir dəfə də olsun məlumat yaymayıb. Və ya onun “missiya fəaliyyətə başladığı gündən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş səylər üçün əlverişli şəraitin yaradılmasına kömək etməsi” iddiası kökündən yanlışdır - Aİ-nin aparıcı üzvü olan Fransa Ermənistanın qeyri-qanuni silahlandırılmasında əsaslı rol oynayır. Aİ üzvü olan ölkənin Ermənistanı militarizasiyalaşdırmasına isə “missiya”nın heç bir etirazı olmayıb. Demək ki, missiyanın hədəfi heç də iddia edildiyi kimi “sülh” deyil.
Stanonun yalanları...
“Müdafiə” adı altında Ermənistanın məqsədli silahlandırılmasını bu ölkənin “suveren hüququ” sayan Stano niyə Fransa başda olmaqla İrəvanı müharibəyə sürükləyən Qərb barədə əsl həqiqətləri bildirmir? Azərbaycanın son 2 ildə sülhlə bağlı mövqeyi ortadadır - qalib dövlət olmasına baxmayaraq biz hər zaman sülh tərəfdarı olduğumuzu önə çəkmişik. Ermənistan isə Fransa başda olmaqla Aİ-nin çirkin planlarında vasitəyə çevrilib. Bu “missiya”nın əsl “missiyasının” da məhz bu maraqları qorumaq olması isə sirr deyil - Avropa Sülh Fondunun əli ilə Ermənistana verilən milyonlarla dollar pulun “xərclənmə istiqaməti” ilə mütənasiblik təşkil edən “missiya” özünün alt məqsədəni maskalamağa çalışır. Amma buna nail ola bilmir. Stano alınan silahları inkar edə bilməyən Stano əlacı onların “öldürücü olmadığını” iddia etməkdə görür - amma bu da çıxış yolu deyil. Fransanın və başqa ölkələrin Ermənistana məqsədli şəkldə ötürdüyü silahların markası, xarakteristikası və istifadə müstəvisi göstərir ik, bu silahlar hətta kütləvi qırğınlar üçün “yararlıdır”. Beləliklə, Peter Stanonun yalanları ilk mərhələdə ifşa edilir...
Missiyanın əsl üzünü ortaya çıxaran real faktlar...
Beləliklə, Aİ-nin Ermənistandakı missiyası ilə bağlı “pərdələr” qalxdıqca, əsl məqsəd və məramlar daha çılpaq şəkildə ortaya çıxır - bu missiyanın mülki deyil, hərbi kontingent funksiyasında çıxış etməsi bütün ştrixlər üzrə daha real gözə çarpır. Vurğulanmalıdır ki, zaman-zaman missiyasının tərkibinin genişləndirilməsi ilə bağlı atılan addımlar da konkret olaraq regionda sülhün formalaşdırılmasına mane olmaq istəyindən qaynaqlanır. Onsuz da missiyanın “hərbi jandermeriya” xarakteri daşıması sənədlərlə sübuta yetirilmişdi.
İndiki halda Stanonun “narahatlığı” isə bu real proqnozları daha da qüvvətləndirir. Aİ rəsmisinin ciddi-cəhdlə Ermənistanı qoruması maraqlı suallar yaradır:
- Əgər Aİ həqiqətən də sülhdə maraqlıdırsa, Ermənistanın silahlandırılmasını niyə çətirləmək istəyir?
- Bu missiya deyildiyi kimi “dinc, qeyri-militarist” bir qrupdursa, niyə real həqiqətləri deyil, yalnız Aİ-nin və Ermənistanın maraqlarını qoruyan “hesabatlar” hazırlayır. Niyə bir dəfə də olsun bu missiya, Ermənistanın tırətdiyi vandalizm barədə bir kəlmə də olsun fikir bildirməyib?
Bu kimi kontekstlər isə həmin missiyanın əsl üzünü ortaya çıxaran real faktlardır...
Rədd edirik!
Yeri gəlmişkən, Peter Stanonun qeyri-real fikirləri ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə şərh verib. O bildirib ki, Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun Ermənistanın “Armenpress” xəbər agentliyinin sualına cavabında Avropa İttifaqının Ermənistandakı missiyasının mandatı və Ermənistanın militarizasiyası barədə səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir. Avropa İttifaqı rəsmisinin Azərbaycan Respublikası Prezidentinin fikirlərini yanlış və açıq qərəzlə şərh etməsini qətiyyətlə rədd edirik: “Azərbaycanın razılığı ilə yaradılmış missiyanın mandatının heç bir əsas olmadan genişləndirilərək, onun guya bölgədə sülh və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə dəstək rolunun olması fikirləri bu missiyadan necə sui-istifadə edildiyini göstərir. Anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilən bu missiya Azərbaycanın Ermənistan ilə apardığı normallaşma prosesində hər hansı bir rola malik ola bilməz. Aİ missiyası təsis edilən gündən müxtəlif vədlərə baxmayaraq, missiya Azərbaycanın legitim maraqlarını nəzərə almayıb, missiya fəaliyyəti qarşılıqlı inam və etimadı təmin etməyib”.
A.Hacızadə Aİ missiyası rəhbərinin dəfələrlə Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirdiyinin, Aİ missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim edildiyinin, bununla normallaşma prosesinə xələl gətirdiyinin hər kəsə məlum olmasını önə çəkib. O bildirib ki, bu mühitdə, Ermənistan tərəfi Aİ missiyasının mövcudluğundan sui-istifadə etməkdədir. “Bununla yanaşı, bütün dünyada öz işğalçılıq siyasəti, Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü ilə tanınan Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniya Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. Bu prosesə Avropa İttifaqı mətbuat katibinin bəraət qazandırması narahatlıq mənbəyidir. Qonşularına qarşı ərazi iddialarından əl çəkməyən Ermənistanın strateji hücum silahları əldə etməsi daxil olmaqla, kütləvi şəkildə hərbiləşmə siyasətinə son qoyulmaması bölgədə növbəti gərginliyin yaradılması səyləri kimi qiymətləndirilə bilər”, - deyən A.Hacızadə vurğulayıb ik, Azərbaycan bölgədə beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhün, sabitliyin və təhlükəsizliyin tərəfdarıdır. Sülhə təhdid törədən addımların qətiyyətlə qarşısının alınması zəruridir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05