Afrikada Fransanın neokolonializm siyasəti...
04.10.2024 [08:57]
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib
Oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilib. Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak ediblər.
Konfransda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, qrupun fəaliyyəti həm keçmiş, həm də indiki koloniyalar tərəfindən yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu keçmiş müstəmləkələrlə əməkdaşlığa bir neçə ay əvvəl başlayıb: “Biz hazırda müstəmləkə siyasətindən əziyyət çəkən regionlarla sıx əməkdaşlıq edirik, orada fəaliyyət göstərən fərqli siyasi partiyalar, QHT-lərlə memorandumlar imzalayırıq. Gələcəkdə Afrikada fəaliyyət göstərən həm beynəlxalq, həm də qeyri-hökumət təşkilatları ilə Bakı Təşəbbüs Qrupu olaraq sıx əməkdaşlıq etməyi düşünürük”.
A.Abbasov qeyd edib ki, Bakı Təşəbbüs Qrupu dünyada müstəmləkəçilik siyasətindən əziyyət çəkən regionlara beynəlxalq hüquq çərçivəsində öz dəstəyini göstərir: “Yeni Kaledoniyada fəaliyyət göstərən Kanakinin siyasi məhbuslara dəstək kollektivi təşkilatımıza xüsusi məktub ünvanlayıb. Məktubda əsassız həbs edilən şəxslərin ailələrinə Bakı Təşəbbüs Qrupu adından göstərilən dəstəyə görə təşəkkür ifadə olunub”.
Çıxış edən Milli Məclisin deputatı Nizami Səfərov bildirib ki, insanlıq əleyhinə cinayətlərin konsepsiyası məhz Afrikada hələ də izləri görünən Trans-Atlantik qul ticarəti ilə bağlıdır: “Bunun təsdiqini hələ XIX əsrdə dərc edilən və beynəlxalq hüquqa həsr olunmuş bir çox dərsliklərdə, ədəbiyyatlarda görmək olar. Tam məsuliyyətlə deyirəm: insanlıq əleyhinə cinayətlərin mənbəyi məhz quldarlıq, Afrikada baş verən qul ticarətidir. Şübhəsiz ki, Fransa bu cinayətin törədilməsində çox fəal rol oynayıb”.
Qul ticarətinə görə Fransa tərəfindən reparasiyaların ödənilməsinin ən mühüm məsələlərdən biri olduğunu qeyd edən deputat vurğulayıb: “1998-ci ildə Qayanadan olan deputat Kristian Tobira Fransa parlamentində çıxış edib və xüsusi qanun layihəsi təklif edib. Həmin qanun layihəsində iki məsələ öz əksini tapmalı idi: Fransanın daxili cinayət qanunvericiliyinə uyğun olaraq quldarlığın, qul ticarətinin insanlıq əleyhinə cinayət kimi tanınması və reparasiya məsələsi, ümumiyyətlə, beynəlxalq müstəvidə reparasiya və kompensasiya. Ancaq çox təəssüf ki, bu məsələ Afrika xalqlarına, Afrika dövlətlərinə münasibətdə qanun layihəsindən kənarda qaldı”.
Konfrans iştirakçısı, ictimai fəal Kemi Seba çıxışında deyib ki, “neoliberalizm” adı altında Qərb dəyərləri bir çox ölkələrə yeridilir. Lakin bu dəyərlər bir çox ölkədə müqavimətlə qarşılanır. Berlin divarının dağıdılmasından sonra Avropa dövlətləri Mali, Benin, Burkina-Faso və digər Afrika ölkələrini bir-birindən ayırmağa çalışdılar. Lakin indiki Afrika gəncləri bunu bilir və buna imkan vermirlər. O deyib: “Azərbaycan hazırda Fransa ilə gərginlik yaşayır. Siz nəzərə alın ki, biz 500 ildir bu ölkənin zülmündən əziyyət çəkirik. Bəzi şəxslər panafrikanizmlə bağlı böyük tədbirin Bakıda keçirilməsini təəccüblə qarşılayırlar. Lakin ümumi vəziyyətə nəzər yetirsək görərik ki, Azərbaycan Qoşulmama Hərəkatında fəal iştirak edir, deməli, kolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasındadır”.
Azərbaycanın Fransanın insan hüquqları ilə bağlı bəyanatlarından artıq təngə gəldiyini bildiklərini vurğulayan K.Seba qeyd edib: “Afrikalılara gəldikdə, insan hüquqları fransız oliqarxiyasının yadına düşmür. Rəsmi Parisin Qarabağla bağlı mövqeyi Afrika ölkələri, Qviana, Martinika və Qvadelupaya münasibəti ilə daban-dabana ziddir. Fransa Qarabağdan fərqli olaraq Reünyon və Yeni Kaledoniyada öz müqəddəratını təyinetmə məsələsindən danışmır”.
Malidən olan QHT rəhbəri Kabin Dumbia isə bildirib ki, iqtisadi müstəqilliyi əldə etmək üçün təbii resurslara tam sahib olmaq, istehsal zəncirini qurmaq, yerli istehsalı təşviq etmək zəruridir. Bunun üçün də elmi və texniki sahəyə çox ciddi investisiya qoyulmalıdır. Bütün Afrika ölkələri isə bu cəhətdən çətinliklə üzləşib. Diplomatik müstəqillik zəruridir. Diplomatik müstəqillik dedikdə xarici güclərin təzyiqini dəf etmək nəzərdə tutulur.
Onun sözlərinə görə, Afrika ölkələri yeni tərəfdaşlar axtaran zaman keçmiş müstəmləkəçi ölkələrlə ehtiyatla davranmağa məcburdur: “İqtisadi, diplomatik və hərbi təzyiqlər Afrika ölkələrinin dəf etməli olduğu çətinliklərdəndir. Bəzən xarici qüvvələr sülhü təmin etmək və ya terrorla mübarizə adı altında Afrika ölkələrinə müdaxilə edirlər”.
Konqo Kinşasa Dünyəvilik Evinin rəhbəri Dani Bos Sinqoma Kabaqambe çıxışında deyib ki, Konqo Demokratik Respublikası kolonializmə qarşı mübarizədə həlak olmuş Patris Lubumbanın vətəndir: “Neokolonializmlə mübarizə bütün bəşəriyyətin vəzifəsi olmalıdır. Suverenliyin çox böyük üstünlükləri var. Ölkənin suveren olması hökumətin müstəqil qərar qəbul etməsinə imkan verir. Bu zaman dövlət milli maraqlar çərçivəsində qərar qəbul edə bilir”. O qeyd edib ki, digər tərəfdən müstəqillik hökumətin milli səviyyədə məsuliyyətini artırır. Çünki qərarlar ümumi maraqlar xatirinə qəbul olunur.
Konfransda digər çıxış edənlər də Fransanın Afrikanın bəzi xalqlarına qarşı müstəmləkəçilik siyasətini pisləyiblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 Dekabr 23:21
Hərbi
05 Dekabr 23:17
İqtisadiyyat
05 Dekabr 22:40
Dünya
05 Dekabr 22:25
Sosial
05 Dekabr 21:46
İdman
05 Dekabr 21:18
Xəbər lenti
05 Dekabr 20:54
Dünya
05 Dekabr 20:22
Dünya
05 Dekabr 19:48
Siyasət
05 Dekabr 19:27
Dünya
05 Dekabr 19:15
YAP xəbərləri
05 Dekabr 18:44
Sosial
05 Dekabr 18:24
YAP xəbərləri
05 Dekabr 17:59
YAP xəbərləri
05 Dekabr 17:46
Sosial
05 Dekabr 17:13
Gündəm
05 Dekabr 17:03
Gündəm
05 Dekabr 17:02
Siyasət
05 Dekabr 16:36
Xəbər lenti
05 Dekabr 16:21
Siyasət
05 Dekabr 16:00
Hadisə
05 Dekabr 14:15
Xəbər lenti
05 Dekabr 13:51
Dünya
05 Dekabr 13:17
Sosial
05 Dekabr 13:05
Sosial
05 Dekabr 12:47
Siyasət
05 Dekabr 12:46
Siyasət
05 Dekabr 12:45
Hadisə
05 Dekabr 12:43
Siyasət
05 Dekabr 12:01
Gündəm
05 Dekabr 11:50
İqtisadiyyat
05 Dekabr 11:45
Siyasət
05 Dekabr 11:37
Sosial
05 Dekabr 11:25
İqtisadiyyat
05 Dekabr 11:24
İqtisadiyyat
05 Dekabr 11:24
Siyasət
05 Dekabr 11:19
İqtisadiyyat
05 Dekabr 10:57
Siyasət
05 Dekabr 10:31
Analitik
05 Dekabr 10:14
Analitik
05 Dekabr 09:58
Gündəm
05 Dekabr 09:51
Siyasət
05 Dekabr 09:50
Analitik
05 Dekabr 09:33
Analitik
05 Dekabr 09:14
Hadisə
05 Dekabr 08:56
MEDİA
05 Dekabr 08:51
Sosial
05 Dekabr 08:36
İqtisadiyyat
04 Dekabr 23:19
YAP xəbərləri
04 Dekabr 22:50
Dünya
04 Dekabr 22:47
Dünya
04 Dekabr 22:21
Siyasət
04 Dekabr 21:47
Dünya
04 Dekabr 21:45
Dünya
04 Dekabr 21:19
Dünya
04 Dekabr 20:51
Dünya
04 Dekabr 20:25
Sosial
04 Dekabr 19:46
Dünya
04 Dekabr 19:12
Dünya
04 Dekabr 18:41
YAP xəbərləri
04 Dekabr 17:32
Siyasət
04 Dekabr 17:27
YAP xəbərləri
04 Dekabr 17:06
YAP xəbərləri
04 Dekabr 16:22
Dünya
04 Dekabr 15:42
İqtisadiyyat
04 Dekabr 14:24
Sosial
04 Dekabr 14:18
Dünya
04 Dekabr 14:17
İqtisadiyyat
04 Dekabr 13:25
Dünya
04 Dekabr 12:34

