“Sapı özümüzdən olan balta” yaxud, iyrənc oyunların ermənipərəst “aləti”
12.02.2013 [02:15]
Azərbaycanda boya-başa çatanların, onun çörəyi və suyu ilə qidalanan, havasını udanların, ad-san, şan-şöhrət, sərvət sahibi olanların bu torpağa, Vətənə xəyanətkar münasibətinə zaman-zaman rast gəlmişik. Bu “üzdəniraqlar” təkcə antimilli düşüncə ilə deyil, həm də şübhəli erməni təəssübkeşliyi ilə milli həqiqətlərimizi inkar etmək, xalqımızı aşağılamaq, faciələrimizi danmaq, bütün günahları azərbaycanlıların üzərinə atmaq kimi “manqurt” mövqeyi nümayiş etdirmişlər.
Bu sıraya özünü “yazıçı”, “ziyalı” adlandıran Əkrəm Naibovun da (Əylis kəndinin adını ləkələyən bu adamı Əylisli soyadı ilə çağırmaq olmaz) qoşulması nə qədər üzücü və gözlənilməz olsa da, bu adamın avantürist xarakterinə bələd olanlar bunu “sürpriz” kimi qarşılamadılar. Bu adamın son 10 ildəki hərəkətlərini kənardan hətta müşahidə etmək belə kifayət edərdi ki, onun qeyri-ciddi, mənafeyindən uzağı görməyən, həqiqəti danmaq yolu ilə fərqlənmək, “psevdoqəhrəman” obrazı yaratmaq kimi xəstə təxəyyülün daşıyıcısı olduğunu görəsən. Ən yaxın qələm yoldaşlarını, silahdaşlarını, Yazıçılar Birliyinin rəhbərliyini və üzvlərini mətbuatda daim kəskin hədyanlara, təhqirlərə məruz qoyan, vəzifə umsuqluğu ilə “küsərək kəndinə qayıdan”, yaxınlarını yaxşı işə düzəltmək üçün qapılara düşən, nəhayət, deputat seçilmədikdən sonra bu iqtidara münasibətini buqələmuncasına dəyişən Əkrəm Naibov yazıçı adına, titullarına, hətta yaşına yaraşmayan xoşagəlməz imicə yiyələnmişdi. Cavanlığında yazdığı əsərlərlə ədəbi mühitdə müəyyən mövqe qazansa da, son illərdəki ziddiyyətli, riyakar mövqeyi onun əsl şəxsiyyət və ziyalı məqamına heç zaman yetişə bilməyəcəyini, mənəviyyatda “piyada” olduğunu göstərirdi.
Nəhayət, bu adam əsl xislətini gizlədə bilməyərək tamamilə açıq, cəmiyyətə meydan oxuyacaq bir formada nümayiş etdirdi. Rusiyanın “Drujba narodov” jurnalında dərc etdirdiyi “Daş yuxular” adlı cızmaqara (bədii səviyyəsi onu əsər adlandırmağa imkan vermir.) onun nəinki Vətən və dövlət, millət hissindən, hətta kosmopolit insana da xas ali insani keyfiyyətdən - vicdan və ədalət hissindən məhrum olduğunu üzə çıxardı. İnsanın nəyinsə xatirinə həqiqətə, haqqa qarşı çıxması, hətta vicdanının səsinə qulaq asmaması ən sonuncu yoldur.
Kiminsə millət, vətən təəssübkeşliyi, milli qürur hissi olmaya bilər. Amma vicdansızlıq elə bir keyfiyyətdir ki, həqiqəti həyasızcasına danmaq, milyonlarla insanın haqq bildiyini nahaqq kimi qələmə vermək formasında təzahür edir. Əkrəm Naibov həmin cızmaqarada azərbaycanlılar haqqında hansısa həqiqəti açıq və özünütənqid ruhunda desəydi, buna bəlkə də dözümlü yanaşmaq, onu qınamamaq, bağışlamaq olardı. Fəqət, Azərbaycan xalqını məyus edən, sarsıdan budur ki, yazıçı saydığımız, şan-şöhrət sahibi etdiyimiz adam hətta adi vicdan hissindən belə məhrum imiş. Fəaliyyəti Azərbaycan dövləti tərəfindən kifayət qədər yüksək dəyərləndirilən Əkrəm Naibovun “Daş yuxular” cızmaqarası ilə uzaqlarda daha nələrəsə iddia etməsinin nəticəsi isə xalqın inam və etimadını itirməsi, nifrətini qazanması ilə nəticələndi.
“Daş yuxular”ın mahiyyəti barədə mətbuatda kifayət qədər məlumat verilib. Xəstə təxəyyülün məhsulu olan bu “əsər”i nəzərdən keçirmək belə kifayətdir ki, reallıqdan uzaq “mülahizələrlə” azərbaycanlıların millət kimi aşağılandığının, ermənilərin uca tutulduğunun şahidi olasan. Mənəvi kasadlığın bariz təcəssümü kimi burada xalqın ayrı-ayrı təbəqələrinə nifrət hissi özünü qabarıq göstərir. Adamın nankorluğu bir yana, hamının canlı şahidi olduğu hadisələri, faktları təhrif etməsi, ağa qara deməsi onun həyasızlığının da ifrat həddə çatdığını göstərir. Adətən, belə absurd yanaşmaları - biz bədnam qonşularımızın ideoloqlarından görmüşük.
Dəhşətlisi budur ki, Əkrəm Naibov bütün günahları azərbaycanlıların üzərinə atdığı halda, erməniləri xeyirxah, məzlum, daim təqiblərə məruz qalan millət kimi qələmə verməyə çalışır, Qərbi Azərbaycandakı doğma yurdlarını tərk etməyə məcbur olmuş soydaşlarımızın barəsində nalayiq fikirlər söyləyir. Vicdan hissinə nə qədər tüpürməlisən (əlbəttə, əgər o varsa) ki, hətta tarixən yaşadığın, boya-boşa çatdığın Əylis kəndini də erməni yaşayış məskəni kimi qələmə verəsən. Bax, bu məqamda onda erməni ruhunun olduğunu söyləyənlər haqsız və qərəzli görünmürlər. Görkəmli tarixçilərimizin də son günlər bəyan etdikləri kimi, Əylis kəndini tarixən Azərbaycan türkləri yaradıb və burada məskunlaşıblar. Sonrakı dövrlərdə bura bədnam qonşularımız da ayaq açaraq məskunlaşıblar. Buna baxmayaraq, Əkrəm Naibov cızmaqarasında bir sıra tarixi faktları təhrif edib...
Müəllif böyük saxtakarlıqlara yol verərək erməni cəlladlarının vandal hərəkətlərini Qərbi Azərbaycandan olan soydaşlarımızın adına yazmağa çalışır...
Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində belə bir cızmaqaranın üzə çıxması həm də ermənilərin Azərbaycana qarşı apardıqları çirkin və məkrli kampaniyanın tərkib hissəsi sayılmalıdır. Faktiki olaraq bu adam dolayısı ilə belə bir faciənin baş verdiyini təkzib etməyə çalışır. Bu məqamda sanki ermənilərdən də daha çox katolik olmaq istəyib. Adam bu faktı da sanki unudub ki, erməni vəhşiliyinin hədsiz miqyasını bu xalqın faşist xislətli yazıçısı Zori Balayan özü açıq etiraf edib... Bu kimi üzdə olan həqiqətləri danmaq mövqeyi tutan Əkrəm Naibov Balayandan da pis xislətə sahib olduğunu açıq nümayiş etdirmiş olur.
Ermənilər tərəfindən müxtəlif vandal üsullarla zövq almaq üçün öldürülən insanlar axı bizim soydaşlarımızdır. Bu qəsbkarların namusunu, ismətini, qadınlıq ləyaqətini ləkələyərək zorladıqları qadınlar bizim milli qeyrət, heysiyyat, milli namus və ləyaqətimizin daşıyıcılarıdır. Qarnı yırtılaraq bətnindəki uşağı süngüyə taxılan zavallı qadın Azərbaycan qadınıdır. Daxili orqanlarından istifadə etmək və s. qeyri-insani məqsədlərlə hələ də erməni girovluğunda olan, görünməmiş işgəncələrə məruz qalanlar bizim xalqın nümayəndələridir. Milli heysiyyatı, namusu, qeyrəti, ləyaqəti, vicdanı olan heç bir şəxs bu vəhşiliklərə etinasız qala bilməz. (Deyəsən, mən hissə qapıldım. Axı, bu yüksək insani keyfiyyətlər Əkrəmə yaddır.)...
... Əkrəm Naibov Türk dünyasına qarşı erməni vəhşiliyinin simvoluna çevrilən Xocalı soyqırımını, yüz minlərlə Azərbaycan türkünün doğma yurdundan vəhşiliklə qovulması faktlarını görə-görə belə bir cızmaqara yaradırsa, deməli, hansısa məkrli qüvvələrin marağına xidmət edir. Aşkar görünür ki, müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf etməsindən narahat olan qüvvələr ölkəmizə və xalqımıza qarşı qərəzli mövqelərini, tariximizi saxtalaşdırmaq niyyətlərini gizlədə bilmirlər. Bu yolda isə birinci növbədə “sapı özümüzdən olan balta”lardan iyrənc “vasitə” kimi istifadə edirlər.
“Daş yuxular” cızmaqarasının ideya süjeti ölkəmizin uzaq və yaxın tarixinin qəsdən saxtalaşdırılması kimi çirkin bir məqsəd üzərində qurulub. Bu, Azərbaycan vətəndaşı olan, milli mövqedən uzaq uydurma fikirləri ifadə edən, nəticə etibarilə Azərbaycan xalqına öz içindən xain zərbəsi vuran bir cızmaqaradır. Bu, Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyi pozmağa, qarışıqlıq salmağa ədəbiyyat mövqeyindən yönəldilmiş xəyanətdir. Fəqət, Əkrəm bununla həm də özünə ən böyük pisliyi etdi. Damarında azərbaycanlı qanı axan hər kəsin haqlı nifrət və qəzəbini qazandı. Bir yazıçı üçün bu, ölümə bərabərdir.
Əkrəm Naibovun təhqir etdiyi Azərbaycan xalqının deyiminə görə “Allah insanın canını almazdan əvvəl ağlını alır”. Əgər belə olmasaydı, o, ömrünün ahıl vaxtında Azərbaycan əleyhinə aparılan iyrənc oyunların “yalnız bir dəfə istifadə edilə bilən alət”inə çevrilməzdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə Əkrəm Əylisli (Naibov) “Xalq yazıçısı” fəxri adından və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edildi.
Rafael CƏBRAYILOV
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

