/ / Türkiyə və Azərbaycan ictimaiyyəti Almaniya məhkəməsinin qərarını mətbuat azadlığına ağır zərbə kimi qiymətləndirir
Türkiyə və Azərbaycan ictimaiyyəti Almaniya məhkəməsinin qərarını mətbuat azadlığına ağır zərbə kimi qiymətləndirir
03.04.2013 [01:43]
Sözdə insan haqlarının müdafiəçisi kimi çıxış edən, Avropa Şurası, ATƏT, Avropa Komissiyası və digər təşkilatlarda Türkiyəni mətbuat söz və azadlığını pozmaqda ittiham edən Almaniya böyük rüsvayçılığa imza atıb, “köhnə qitə”nin digər ölkələri isə bütün dünyanın təəssüflə qarşıladığı rüsvayçılıq qarşısında yenə səsini udub.
İrqçilik, şovinizm və etnik ayrı-seçkilik zəminində baş vermiş cinayətlərdə əvvəllər də birtərəfli mövqe nümayiş etdirən alman məhkəmələri bu dəfə daha irəli gedərək dünyanı heyrətə gətirdilər. Türkiyənin keçmiş Baş naziri Tansu Çillər və hazırkı hökumət başçısı Rəcəb Tayyib Ərdoğana da iftira atan Frankfurt əyalət məhkəməsi bu dəfə estafeti Münhen əyalət məhkəməsinə verib. Sonuncu isə, neonasistlərin Almaniyada yaşayan türklərə qarşı törətdikləri cinayətləri ört-basdır etmək üçün Türkiyə mətbuatının, habelə türk diplomatların məhkəmə salonuna buraxılmamasını qərara alıb. Antidemokratik hərəkətlər o həddə çatıb ki, jurnalist həmrəyliyi nümayiş etdirən Almaniyanın “Bild” qəzetinin müxbiri öz yerini “Hürriyyət” qəzetinə vermək istəsə də, məhkəmə sədri buna izn verməyib. Türkiyənin rəsmi Anadolu agentliyinin də məhkəmədə iştirak etmək üçün göndərdiyi yazılı müraciətə mənfi cavab verilib.
Gəlin Münhen əyalət məhkəməsinin səssiz aparmaq istədiyi cinayətin nədən ibarət olduğuna baxaq. Almaniyadakı Nasional Sosialist Yeraltı terror təşkilatı (NSU) 8-i türk olmaqla 10 nəfəri vəhşicəsinə qətlə yetirib, daha sonra bir çox türkün yaşadığı evləri yandırıblar. Həlak olanların arasında uşaqlar və qadınlar da olub. Onu da qeyd etmək yerinə düşər ki, bu cinayət Türkiyədə, yaxud qardaş ölkənin kədərini paylaşan Azərbaycanda hər hansı bir alman vətəndaşına qarşı törədilsəydi, o zaman Avropa və Almaniya siyasətçiləri bütün dünyanı lərzəyə gətirən bir kampaniyaya başlamışdılar.
Almaniyanın mətbuat azadlığına qarşı bədnam aktına ilk etiraz Türkiyənin Avropa Birliyi naziri və baş müzakirəçisi Egemen Bağışdan gəlib. Nazir bəyan edib ki, Almaniyada yaşayan türklər unutmasınlar ki, onların arxasında “qapı kimi Türkiyə Cümhuriyyəti dövləti var”. Xarici işlər naziri Əhməd Davudoğlu da alman həmkarı Quido Vestervelleyə telefonla zəng edərək, ondan türk mətbuatı və diplomatlarına məhkəmə prosesini izləmək üçün şərait yaradılmasını tələb edib. Baş nazirin müavini Bəkir Bozdağ da məhkəmə salonunda 50 alman jurnalistinin olduğu halda, bir türk mətbuat nümayəndəsinin də olmamasını məhkəmənin sədri Karl Huberin birtərəfli mövqeyinin nəticəsi olduğunu bəyan edib. Onun sözlərinə görə, “bu qərar Türkiyədə qəbul edilsəydi, orada ədalət yoxdur deyə dünyada qiyamət qopardı. Alman məhkəməsinin qərarına digər Avropa ölkələrindən də etiraz gəlməməsi “ikili standartlar” siyasətinin bir örnəyidir”.
Daha bir etiraz Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Bülənd Arınçdan gəlib. Berlinə səfəri zamanı almaniyalı nazir Mariya Böhmer ilə görüşən Türkiyə rəsmisi türk mətbuatının məhkəmə salonuna buraxılmamasını kəskin şəkildə qınayıb. B.Arınç deyib ki, Almaniyada məhkəmənin bu qərarı heç bir ölkənin qəbul edəcəyi bir məsələ deyildir. Həlak olanlar bizim yurddaşlarımızdır və irqçilik nəticəsində faciəli şəkildə qətlə yetiriliblər.
Almaniya məhkəməsinin Türkiyə və Azərbaycanda kəskin etiraz doğuran bədnam qərarının statistikası isə utandırıcıdır. Belə ki, məhkəmə prosesini izləmək üçün müraciət etmiş 123 jurnalistdən cəmi 50-si akkreditasiya kartı ala bilib. Bu 50 jurnalistin hamısının alman olduğu, hətta 3 yunan mətbuatı təmsilçisinə də yer ayrılmaması artıq şərhə ehtiyac olmadığını göstərir.
Antidemokratik hərəkətlər o dərəcəyə çatıb ki, jurnalist həmrəyliyi nümayiş etdirən Almaniyanın “Bild” qəzetinin müxbiri öz yerini “Hürriyyət” qəzetinə vermək istəsə də, məhkəmə sədri buna izn verməyib. Daha çox təəssüf doğuran fakt isə, Türkiyənin Almaniyadakı səfirliyinin əməkdaşlarının salonun həyətinə girmək üçün orada olan neonasistlərlə birlikdə növbəyə durması olub.
İlk baxışda mətbuat üçün mühüm olan bu hadisələrin, əslində, dərin iqtisadi və psixoloji səbəbləri də var. Son illər dərin iqtisadi və maliyyə böhranı keçirən, işsizliyin artdığı bir şəraitdə iqtisadi yüksəliş yaşayan, tərəqqi yolunda inamla addımlayan Türkiyə və Azərbaycanın nüfuzunun artması Almaniya və digər Avropa ölkələrində heç də bütün dairələrdə məmnunluqla qarşılanmır. Məhz bu səbəbdən, sözdə “insan hüquqları, mətbuat azadlığı” qurumları iki türk və müsəlman, qardaş ölkəyə qarşı böhtan, iftira kampaniyasına rəvac veriblər.
Azərbaycan ictimaiyyəti, mətbuat nümayəndələri də bu məsələdə qardaş Türkiyənin mövqeyini birmənalı şəkildə dəstəkləyirlər. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov AzərTAc-ın müxbirinə bildirib ki, Almaniya məhkəməsinin anti-demokratik qərarı mətbuat azadlığının kobud surətdə pozulmasıdır. Türkiyədə yaşayan azərbaycanlılar, buradakı diplomatlarımız və mətbuat nümayəndələrimiz də sözügedən qərara etirazını bildirir, bütün məsələlərdə olduğu kimi, bu məsələdə də qardaş Türkiyənin mövqeyini dəstəkləyirlər.
Qardaş ölkədə yaşayan alimlərimiz, ictimai xadimlərimiz də bu məsələdə qəti mövqelərini nümayiş etdiriblər. Professor Əflatun Nemətzadə bu anti-demokratik aktın Almaniyadakı bəzi siyasi dairələrin bir türk düşmənliyindən doğan hərəkət olduğunu, bundan sonra daha bir neçə türkün yaşadığı evin yandırılmasının da bunun əyani sübutu olduğunu söyləyib. Azərbaycanlı ziyalılar dünyaya demokratiya dərsi verən Almaniya və Qərb ölkələri siyasətçilərinin “ikili standartlar”dan əl çəkməsini, hadisəyə real qiymət verməsini tələb edirlər.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver bildirib ki, bir insanlıq suçu ilə bağlı keçirilən məhkəməyə türk jurnalistlərinin buraxılmaması ağıllara bir çox suallar gətirir. Bu məhkəmə ədalətli qərar qəbul edəcəksə, niyə türk mətbuatının prosesi izləməsinə izn verilməsin? Ümidvaram ki, sağlam məntiq önə çıxacaq və almanların atalar sözü kimi qəbul edilmiş “Berlində hakim vardır” prinsipi ilə ədalətli qərar veriləcək. Alman məhkəməsinin bu qərarı yalnız türk mediasını deyil, qardaş Azərbaycan mətbuatını da dərindən yaralayıb, narahat edib.
Xəbər lenti
Hamısına baxSosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35

