Regional sülhə töhfə...
14.02.2025 [10:26]
Azərbaycan birləşdirici faktor kimi
Müstəqil Azərbaycanın multiregional xarici siyasət kursu həmişə ölkəmizin milli maraqlarına və beynəlxalq səviyyədə əməkdaşlığın dərinləşməsinə, yeni çağırışlar qarşısında qlobal həmrəyliyin güclənməsinə öz töhfələrini vemək prinsipinə əsaslanıb. Prezident İlham Əliyev respublikamızın xarici siyasət prioritetlərinə növbəti dəfə yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində diqqət çəkib. Qeyd edək ki, dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanaraq geniş tamaşaçı auditoriyasına təqdim olunub.
Ölkəmizin siyasətinə beynəlxalq səviyyədə böyük dəstək verilir
Azərbaycanın ardıcıllıqla həyata keçirdiyi siyasət ölkəmizin dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasını hədəfləyir. Bundan ötrü respublikamız region ölkələri ilə xoş mərama əsaslanan siyasət həyata keçirir. Azərbaycanın liderliyi ilə regionda bir sıra qlobal əhəmiyyət daşıyan enerji və nəqliyyat layihələri reallaşdırılıb. Əlamətdar haldır ki, uğurla tamamlanan bu layihələrdən eyni zamanda hazırda Mərkəzi Asiya dövlətləri bəhrələnirlər. Yaradılan müasir enerji və nəqliyat infrastrukturu daha geniş coğrafiyada yerləşən ölkələr üçün də kifayət qədər cəlbedicidir və onların da bu layihələrə qoşulmaq perspektivləri var. “Biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq”, - deyə dövlətimizin başçısı müsahibəsində vurğulayıb.
Hazırda Qlobal Qərblə Qlobal Cənub arasında yaşanan müəyyən ziddiyyətlər hər kəsə bəllidir. Azərbaycan burada körpülər yaradan, əlaqələri möhkəmləndirən ölkə qismində çıxış edir. Respublikamız davamlı olaraq o mövqeni dəstəkləyir ki, ziddiyyətləri qabartmaq yox, birləşdirici məqamları üzə çıxarmaq lazımdır. Prezident İlham Əliyev təkcə son vaxtlarda qlobal çağırışlara adekvatlıq təşkil edən bir sıra həmrəylik təşəbbüsləri irəli sürüb və onlar müxtəlif qütblərdə, həmçinin BMT səviyyəsində təqdirlə qarşılanıb. Bu gün respublikamız Avropa İttifaqının (Aİ) 10 üzv dövləti ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Eyni zamanda, Azərbaycan İslam coğrafiyasını təmsil edən dövlətlərlə əlaqələrini genişləndirir. Dövlətimizin başçısı müsahibəsində bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimizin beynəlxalq arenada dəstəklənməsiə xüsusi vurğu edib. Dünyada respublikamıza və onun Liderinə artan inamı təsdiqləyən çoxsaylı misallar sadalamaq mümkündür. Bunu dövlətimizin başçısının həm İslam dünyasına, həm də Avropa İttifaqı məkanına daxil olan ölkələri birləşdirən təşkilatların Zirvə görüşlərinə fəxri qonaq qismində dəvətlər alması bir daha təsdiqləyir.
Əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə...
Hazırda dünyanın ayrı-ayrı regionları müharibələrə cəlb olunub. Rusiya ilə Ukrayna arasında, Qəzzada böyük itkilərə və dağıntılara səbəb olan müharibələrin sonu görünmür. Müharibələrin ağır fəsadları isə yalnız iştirakçı ölkələrdə deyil, bütün dünyada hiss olunur. Eyni zamanda, bəşəriyyət nüvə təhdidləri ilə hədələnir.
Belə bir şəraitdə ölkələrin məsuliyyəti önə çıxır. Hər bir dövlət gözlənilən təhdidlərin önlənməsi üçün səy göstərməlidir. Burada da respublikamızın nümunəsi diqqət çəkir. Otuz il ərzində işğaldan əziyyət çəkmiş Azərbaycan postmüharibə dövründə ilk olaraq sülh təşəbbüsündən çıxış edib və bu zaman məğlub tərəfə beynəlxalq hüquqdan kənar hər hansı bir şərt irəli sürməyib. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Dövlətimizin başçısı ölkəmizin mövqeyinə bir daha aydınlıq gətirib. “Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qlobal çağırışlara həssas yanaşma
Ölkəmiz hər zaman qlobal çağırışlara həssas yanaşma sərgiləyir. Pandemiyanın pik mərhələsində respublikamız Ümumdünya Səhiyyə Təşkilatına, ayrı-ayrı dövlətlərə, o cümlədən də Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərə dəfələrlə yardımlar etdi.
Hazırda dünya üçün əsas çağırışlardan biri iqlim dəyişmələri ilə bağlıdır. Güclü sənaye inkişafının, qlobal istiləşmənin nəticəsi olaraq yaranan kəskin iqlim dəyişmələri ağır nəticələr verir. Azərbaycan bu məsələdə də öz məsuliyyətini nümayiş etdirir. Ötən ilin noyabr ayında ölkəmizin BMT-nin iqlim konfransına - COP29-a ev sahibliyi etməsi bu həssaslığın əyani göstəricisidir.İqlim dəyişmələrindən bütün ölkələr təsirlənirlər. Ancaq bu, kiçik ada dövlətləri üçün bir mövcudluq məsələsidir. İqlim dəyişmələrində kiçik ada dövlətlərinin hər hansı bir rolları yoxdur. Ancaq onlar dünyadakı güclü sənaye inkişafının mənfi təsirlərinə məruz qalırlar. Konfransa uğurla ev sahibliyi edən Azərbaycan böyük səy göstərməklə kiçik ada dövlətlərinin problemlərini, xüsusilə də maliyyələşmə məsələsini tədbirin gündəliyinin mərkəzində saxlamağa və nəticə əldə edilməsinə nail oldu. Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Həmin tədbirdə Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. “Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

