/ / Volqoqradda “Rusiya Federasiyası və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri” mövzusunda regionlararası sərgi açılıb
Volqoqradda “Rusiya Federasiyası və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri” mövzusunda regionlararası sərgi açılıb
07.06.2013 [02:09]
İyunun 5-də Volqoqraddakı Həlak Olmuş Döyüşçülər Meydanında Dördüncü “Rusiya-Azərbaycan: Regionlararası dialoq-2013” forumu çərçivəsində “Rusiya Federasiyası və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri” mövzusunda regionlararası sərgi açılıb.
Volqoqrad vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Oleq Kirsanov sərgini açaraq qeyd edib ki, ekspozisiyada Volqoqrad vilayətinin bütün nailiyyətləri təmsil olunub. Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əməkdaşlığın böyük perspektivləri var və hər iki dövlət güclü potensiala malikdir. O.Kirsanov ümidvar olduğunu bildirib ki, iki ölkə arasında, o cümlədən Azərbaycanla Volqoqrad arasında humanitar və xeyriyyə layihələri səmərəli inkişaf edəcək.
Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov açılış mərasimində çıxış edərək vurğulayıb ki, bu sərgi və forum ölkələrimiz arasında əməkdaşlığın, dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafında daha bir addımdır. V.Çernov deyib: “Bu münasibətlər həm bizim müştərək tariximizə, həm də iqtisadi və humanitar sahələrdə əlaqələrimizə əsaslanır”.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, bu sərgi ölkələrimizin iqtisadi potensialı ilə daha yaxından tanış olmaq üçün yaxşı bir imkandır. Nazir Azərbaycanın iqtisadi inkişafından söhbət açaraq qeyd edib ki, son 10 ildə ölkədə ÜDM 3 dəfədən çox artıb, qlobal maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatı yüksək sabitlik nümayiş etdirib. Ş.Mustafayev Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişafına dəlalət edən bir neçə rəqəm göstərib. Onun sözlərinə görə, Azərbaycan dövləti və hökuməti ölkədə müasir texnologiyalardan istifadə etməklə intensiv təsərrüfatçılıq metodları əsasında müəssisələr yaradılması üçün səy göstərir. Bundan əlavə, Azərbaycanda prioritet sahələrdən biri də informasiya-kommunikasiya texnologiyalarıdır.
Nazir qeyd edib ki, sərgidə respublikanın nailiyyətləri ilə yanaşı, gələcək layihələr də nümayiş etdirilir. Ş.Mustafayev Azərbaycan hökumətinin “Ağ şəhər” yaratmaq planları barədə söhbət açaraq deyib: “Vaxtilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bildirirdi ki, zaman gələcək, Azərbaycan dünyaya günəş kimi açılacaqdır. Qara şəhər ağ şəhərə çevriləcəkdir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və öz sərvətlərini artırır”.
Sərginin ekspozisiyası üç tematik bölmədən ibarətdir: Azərbaycanın, Rusiya regionlarının və Volqoqrad vilayətinin ekspozisiyaları. Volqoqrad vilayətinin 40-dan çox əmtəə istehsalçısı, o cümlədən “Volqoqradneftemaş”, “VZBT”, “Tsaritsinskaya obyedinennaya manufaktura”, “Voljskiy abrazivnıy zavod”, “Kamışinskiy tekstil”, “Pivovar”, “Konfil”, “Sadı pridonya”, “Tsar-produkt” zavodları və başqa istehsal müəssisələri öz məhsullarını nümayiş etdirir.
Sərgi iştirakçılarının ümumi rəyinə görə, Rusiya-Azərbaycan İqtisadi Forumu Volqoqradın sənaye müəssisələrinin Azərbaycan biznesinin nümayəndələri ilə səmərəli əməkdaşlığı və mütəxəssislərin təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

