Azərbaycan BMT-də çağırış etdi...
04.04.2025 [09:48]
İtkin düşən şəxslərlə bağlı beynəlxalq öhdəliklər konkret addımlara çevrilməlidir!
Ermənistan torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Azərbaycana qarşı hərbi təcavüz zamanı dinc insanlar kütləvi qətlə yetirilib, girov götürülüb, eləcə də yaşayış məntəqələri tamamilə dağıdılıb. Eyni zamanda, müharibə dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi bugünədək məlum deyil.
Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kütləvi məzarlıqlar aşkar olunub. Məzarlıqlarda basdırılmış insanlar Birinci Qarabağ müharibəsində itkin düşənlərdir. Onların bəzilərinin kimliyi müəyyənləşdirilərək ailələrinə təhvil verilib və dəfn olunublar. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır.
3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Yeri gəlmişkən, martın 10-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində rəsmi məlumat verilib ki, martın 1-nə olan məlumata əsasən, Komissiyada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3977 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüb. Ümumilikdə, itkinlərdən 3698-i kişi, 285-i qadındır. İtkin düşmüş 3983 nəfərdən 3209-u hərbçi, 774-ü mülki şəxslərdir. İstintaqla sübut edilib ki, 170 azərbaycanlı əsir Ermənistan silahlı birləşmələri tərəfindən işgəncələrlə öldürülüb. Son məlumata əsasən, 688 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb.
Hazırda itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ən vacib vəzifələrdən biridir. Amma bir sıra amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur. Belə ki, 30 illik işğal dövründə ərazilər mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilib. Bu amil prosesə mənfi təsir göstərir. Eyni zamanda, itkin düşmüş azərbaycanlarının taleyinə beynəlxalq təşkilatlar laqeyd qalmamalıdır. Problemin həlli ilə əlaqədar Ermənistana ciddi təzyiqlər göstərilməlidir. Azərbaycan dövləti bu istiqamətdə fəal iş aparır.
Diplomat: Bu məsələ təxirəsalınmaz diqqət və tədbirlər tələb edir
Yeri gəlmişkən, Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev Baş Assambleyada “İtkin düşmüş şəxslər” mövzusunda keçirilən müzakirələrdə çıxış edib. Diplomat bildirib ki, Azərbaycan 2004-cü ildən bəri konsensus əsasında qəbul edilən və son iki qətnaməsi bu görüşü mandatlaşdıran Baş Assambleyanın ikiillik “İtkin düşmüş şəxslər” qətnaməsinin müəllifi və təşəbbüskarı olmaqdan qürur duyur.
O qeyd edib ki, 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın təcavüzü və işğalı nəticəsində 4 000 nəfərə yaxın azərbaycanlı itkin düşüb və onların taleyi hələ də naməlum olaraq qalır: “Bu məsələ təxirəsalınmaz diqqət və tədbirlər tələb edir. İtkin düşənlər arasında 774 mülki şəxs var ki, onlardan 116-sı qadın, 315-i yaşlı insan, 75-i isə uşaqdır. Bir çox hallarda onlar ailə üzvləri birlikdə yoxa çıxıb ki, bu da nəsillərin məhvinə gətirib çıxarıb. Onlardan bəziləri hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) tərəfindən həbsdə olarkən ziyarət edildikdən sonra naməlum şəraitdə yoxa çıxıb”.
T.Musayev, işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlar barədə də məlumat verib: “Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarında 23 kütləvi məzarlıq və digər dəfn yerlərində tapılmış 120 nəfərin qalıqları müəyyən edilərək ailələrinə təhvil verilib. Bu məzarlıqlar təkcə itkin düşənlərin taleyini aydınlaşdırmır, həm də mülki şəxslərin və digər şəxslərin qəsdən öldürüldüyünü sübut edir”.
Diplomat əlavə edib ki, Azərbaycan itkin düşənlərin axtarışı və identifikasiyası ilə yanaşı, münaqişə zamanı insanlıq əleyhinə törədilmiş cinayətlərin araşdırılması və təqsirkarların cəzalandırılması istiqamətində də qəti addımlar atır. “Lakin bir çox cinayətkar Ermənistanda və digər ölkələrdə təhlükəsiz sığınacaq taparaq cəzasızlıqdan faydalanmağa davam edir. Onların cinayətlərinin inkar edilməsi və ədalətin qarşısını almaq üçün həyata keçirilən cəhdlər beynəlxalq hüquqa və hüququn aliliyinə açıq hörmətsizlikdir”, - deyə T.Musayev bildirib. Səfir vurğulayıb ki, qurbanların və onların ailələrinin hüquqları tələb edir ki, itkin düşən şəxslərlə bağlı beynəlxalq öhdəliklər konkret addımlara çevrilsin, cəzasızlığa sıfır tolerantlıq prinsipi tətbiq edilsin və bütün itkin düşənlərin taleyi müəyyən olunsun.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37

