Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanı kimi...
19.04.2025 [12:13]
Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi bölgə xalqlarının maraqlarına cavab verir. Azərbaycan daim bu istiqamətdə təşəbbüslərlə çıxış edib. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra bunun üçün real zəmin yaranıb. Aprelin 17-də Tbilisidə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında üçtərəfli görüşün keçirilməsi bu baxımdan ilkin addımlardan biri sayıla bilər.
Üçtərəfli görüş konstruktiv olub
Qeyd edək ki, görüş hər üçün ölkənin XİN başçıları Ceyhun Bayramov, Maka Botçorişvili və Ararat Mirzoyanın təşəbbüsü ilə baş tutub. İlk növbədə, görüşdə iştirak edən üç Cənubi Qafqaz ölkəsinin XİN başçılarının müavinləri ilk üçtərəfli görüşünün keçirilməsini alqışlayıblar. Üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının imkanlarından hələ də tam şəkildə istifadə olunmadığı bildirilib.
Görüşün məqsədi regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq daşıyan sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlıq ümumi problemlərin həllinə dəstək ola və nəticədə Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə, sürətli inkişafına təkan verə bilər.
Açıq fikir mübadiləsi şəraitində keçən görüşdə potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim olunub. Sonda nazir müavinləri etimad quruculuğu və dialoqun daha yüksək səviyyəyə qaldırılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən bu görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini qeyd ediblər.
Regionda yeni reallıqların müəllifi Azərbaycandır
Əlbəttə, hazırkı şəraitdə Cənubi Qafqazın konfrantasiya yox, əməkdaşlıq məkanına çevrilməsində münbit şərait yaranıb. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan regionda yeni reallıqların müəllifidir. Məhz yeni reallıqlar da bölgədə sülh və əməkdaşlıq imkanlarını təşviq edir. İndiyədək bu imkanın olmaması Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlaması idi. Artıq Azərbaycan öz gücünə işğala son qoyub və Ermənistana da sülh sazişi imzalamağı təklif edib. Bu ilin mart ayında isə tərəflər sülh sazişinin mətninin tam razılaşdırıldığını elan ediblər.
Xüsusi vurğulanmalıdır ki, bu razılaşma məhz Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar nəticəsində əldə edilib. Halbuki beynəlxalq aktorlar - Rusiya, Avropa İttifaqı və ABŞ da tərəflər arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik edirdilər. Amma onların vasitəçiliyi nəticə vermədi, hər iki ölkə birbaşa danışıqlara üstünlük verərək müsbət nəticəyə nail oldular. Ötən ilin may ayında Azərbaycan və Ermənistan birbaşa danışıqlar sayəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də razılığa gəldilər. Bu razılıq nəticəsində Azərbaycanın Qazax rayonunun işğal altında olan 4 kəndi dinc yolla geri qaytarıldı. Eləcə də, iki ölkə arasında dövlət sərhəddinin 12 kilometrlik hissəsi rəsmi olaraq müəyyənləşib.
Təbii ki, bütün bunlar sülh sazişinin imzalanması üçün də yaxşı zəmin yaradır. Əgər Ermənistan Azərbaycanın haqlı olaraq irəli sürdüyü iki şərti (Ermənistan konstiutusiyasında dəyişikliklər və ATƏT-in Minsk qrupunun ləğvi) yerinə yetirdikdən sonra sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Növbəti mərhələ isə Cənubi Qafqaz üçün yeni perspektivlər açacaq.
Bakıda verilən mesajların önəmi...
Əslində, üçtərəfli platforma ilə bağlı müsbət təcrübə mövcuddur. Məsələn, Azərbaycan-Türkiyə-Gürcüstan platformasını nümunə göstərə bilərik. Bu platforma çərçivəsində hər üç ölkənin liderlərinin, XİN başçıslarının, müdafiə nazirlərinin mütəmadi olaraq görüşləri keçirilir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında təməli illər öncə qoyulan uğurlu siyasi, iqtisadi əməkdaşlıq Avropa və Asiya qitələrinin qovuşuğunda yerləşən Cənubi Qafqaz regionunun strateji əhəmiyyətini xeyli artırıb. Bakı ilə Ankaranın təşəbbüsləri, o cümlədən sülh diplomatiyası bölgədə sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır. Postmüharibə dövründə bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Qonşu Gürcüstan da iki dövlətlə birgə addımlayaraq regionun strateji gələcəyini birlikdə inşa etmək istəyini və niyyətini aydın ifadə edir.
Zaman yetişib ki, bu əməkdaşlıq platforması Cənubi Qafqazda da reallaşdırılsın. Bunun mesajı bir neçə gün öncə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkəmizə rəsmi səfəri zamanı verildi. Belə ki, aprelin 16-da dövlət başçılarının mətbuata bəyanatı zamanı Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”. Gürcüstanın dövlət başçısı da regionda sülhün və sabitliyin təmin olunmasının önəmini vurğulayaraq deyib: “Gürcüstanın bəyan etdiyi sülh siyasətini və regionda sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha vurğulamaq istərdim. Sizi əmin etmək istərdim ki, Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək”. Ölkə liderlərinin bu bəyanatlarından bir gün sonra Gürcüstanda üç ölkənin XİN başçılarının müavinləri səviyyəsində ilk üçtərəfli görüşün keçirilməsi Cənubi Qafqazın tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün ümidləri artırır. Bunun reallaşması üçün qeyd etdiyimiz kimi, Ermənistanın sülh üçün real addımlar atması əsas şərtlərdən biridir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
12 Fevral 09:56
Ədəbiyyat
12 Fevral 09:31
Xəbər lenti
12 Fevral 09:24
Analitik
12 Fevral 09:14
Sosial
12 Fevral 08:57
MEDİA
12 Fevral 08:32
Gündəm
12 Fevral 08:11
Dünya
12 Fevral 07:57
Dünya
11 Fevral 23:12
Dünya
11 Fevral 22:49
Siyasət
11 Fevral 22:34
Dünya
11 Fevral 22:28
İdman
11 Fevral 21:50
Sosial
11 Fevral 21:37
Dünya
11 Fevral 21:19
Dünya
11 Fevral 20:43
Müsahibə
11 Fevral 20:25
İqtisadiyyat
11 Fevral 20:10
Dünya
11 Fevral 19:51
Dünya
11 Fevral 19:30
Dünya
11 Fevral 19:17
Dünya
11 Fevral 18:53
Sosial
11 Fevral 18:52
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 17:25
Analitik
11 Fevral 17:25
Gündəm
11 Fevral 17:23
Dünya
11 Fevral 17:12
YAP xəbərləri
11 Fevral 17:05
Siyasət
11 Fevral 16:58
YAP xəbərləri
11 Fevral 16:46
Hadisə
11 Fevral 16:42
Siyasət
11 Fevral 16:39
Dünya
11 Fevral 16:37
Dünya
11 Fevral 15:52
Sosial
11 Fevral 15:23
Siyasət
11 Fevral 15:21
Siyasət
11 Fevral 15:20
Xəbər lenti
11 Fevral 14:35
Hadisə
11 Fevral 14:34
İqtisadiyyat
11 Fevral 14:33
İqtisadiyyat
11 Fevral 14:33
Sosial
11 Fevral 14:32
Siyasət
11 Fevral 14:20
Dünya
11 Fevral 14:18
İqtisadiyyat
11 Fevral 14:09
Xəbər lenti
11 Fevral 13:38
Gündəm
11 Fevral 12:42
Elanlar
11 Fevral 12:21
Siyasət
11 Fevral 11:45
Siyasət
11 Fevral 11:43
Gündəm
11 Fevral 11:34
İqtisadiyyat
11 Fevral 11:32
Sosial
11 Fevral 11:13
Sosial
11 Fevral 10:59
Siyasət
11 Fevral 10:46
Siyasət
11 Fevral 10:42
Siyasət
11 Fevral 10:35
Mədəniyyət
11 Fevral 10:17
Analitik
11 Fevral 09:53
Ədəbiyyat
11 Fevral 09:30
Müsahibə
11 Fevral 09:14
Sosial
11 Fevral 08:51
Sosial
11 Fevral 08:38
Gündəm
10 Fevral 23:33
Dünya
10 Fevral 23:20
Dünya
10 Fevral 22:50
Dünya
10 Fevral 22:17
Gündəm
10 Fevral 22:04

