Azərbaycan yeni çağırışlara hazır olmalıdır!
03.06.2025 [10:34]
Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan özünün yaxın və uzaq hədəflərini konseptual əsaslarla müəyyənləşdirir. Bu zaman bir sıra fundamental amillər, o cümlədən ölkənin potensialı, mövcud reallıqları, yeni qlobal çağırışlar nəzərə alınır və uğurlu koordinasiya təmin edilir. Bunun növbəti təsdiqi olaraq elə bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması haqqında müvafiq Sərəncam imzalayıb. Sənədə əsasən, 2027-2030-cu illərdə hazırlanması planlaşdırılan dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əhatə olunması nəzərdə tutulur.
Ölkənin siyasətində ardıcıllıq prinsipinə sadiq qalınması
Hər dövrün özünəməxsus inkişaf xüsusiyyətləri var. 2020-ci ildə böyük Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz inkişafının keyfiyyətcə yeni bir mərhələsinə keçid etdi. Prezident İlham Əiyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədi də yeni strateji mərhələnin çağırışları nəzərə nəzərə alınıb. Sənəddə bildirilir ki, 2030-cu ilədək olan dövrü əhatə edən indiki strateji mərhələdə respublikamız qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğunu hədəfləyib.
Sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin prioritetlər aşağıdakılardır:
1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Ötən dövrdə qeyd olunan hər bir prioritet üzrə yüksək göstəricilər əldə olunub ki, bu da ölkənin siyasətinin ardıcıllıq prinsipi əsasında qurulmasının bilavasitə nəticəsidir. Strategiya hazırlanarkən əvvəlki 10 ilin inkişaf göstəriciləri nəzərə alınıb. Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyat quruculuğuna nail olan ölkəyə çevrilib. Son onilliklərdə bütün dünya miqyasında öz iqtisadiyyatlarını Azərbaycan kimi ardıcıl şəkildə genişləndirən ölkələrin sayı çox azdır. Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib.
Güclü iqtisadi inkişaf paralel şəkildə ölkənin siyasi müstəqilliyini şərtləndirir. Bu gün Azərbaycan yüksək beynəlxalq nüfuza malik, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Respublikamızın təşəbbüsü, moderatorluğu və maliyyə dəstəyi ilə qlobal əhəmiyyətli layihələrin icrası uğurla təmin edilir. Sənəddə də qeyd olunduğu kimi, artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu təmin edib.
Yeni strategiya hansı bazaya istinad olunmaqla hazırlanacaq?
Hazırda 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası uğurla icra olunur və bunun da nəticəsində ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaranıb. Əsas suallardan biri isə yeni strategiyanın hansı baza üzərində hazaırlanacağı ilə bağlıdır. Ayrı-ayrı illər üzrə əldə olunan nəticələr əvvəlki strategiyada ifadə olunan proqnozların tam şəkildə doğrulduğunu əyani şəkildə təsdiqləyir. Respublikamızda artıq ənənə halını alıb - hər il iqtisadiyyat daha üstün inkişaf mərhələsinə keçid edir. 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 4,1 faiz artaraq, 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib. Ötən ildə adambaşına düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat olub. Qeyri-neft-qaz sektorunda 6,2 faizlik real artım qeydə alınıb. Fiskal və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini təmin edib. Ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 milyard manat təşkil edib, hər nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb. Cari ilin əvvəlinə ölkənin valyuta ehtiyatları 71 milyard ABŞ dolları təşkil edib. Ötən il çoxsaylı infrastruktur layihələri, ölkənin sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn tapşırıqlar yüksək səviyyədə icra olunub, habelə sosial islahatlar davam etdirilib, bununla yanaşı fiskal çərçivə də qorunub.
Dövlət başçısının imzaladığı Sərəncamda əldə olunan uğurlar yüksək dəyərləndirilib. Sənəddə oxuyuruq: “Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənmiş, şaxələnməsi dərinləşmiş, iqtisadi artım davamlı və inklüziv xarakter almış, əhalinin rifah səviyyəsi yüksəlmiş və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşmışdır.
Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynamışdır”.
Belə möhkəm bazaya istinad edilməklə gələcək üçün daha mühüm hədəflərin müəyyənləşdirilməsi, necə deyərlər, inkişaf çərçivəsinin genişləndirilməsi artıq bir zərurət kimi çıxış edir. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Yeni strategiyanın hazırlanması ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi kimi mühüm məqsədləri hədəfləyir. Azərbaycan yeni çağırışlara hazır olmalıdır!
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Siyasət
13 İyun 10:24

YAP xəbərləri
13 İyun 10:12

Siyasət
13 İyun 09:55

Sosial
13 İyun 09:53

YAP xəbərləri
13 İyun 09:46

İqtisadiyyat
13 İyun 09:38

Dünya
13 İyun 09:37

İqtisadiyyat
13 İyun 09:36

Sosial
13 İyun 09:36

Dünya
13 İyun 09:36

Dünya
13 İyun 09:35

İqtisadiyyat
13 İyun 09:20

MEDİA
13 İyun 09:11

Analitik
13 İyun 08:58

Analitik
13 İyun 08:46

Ədəbiyyat
13 İyun 08:32

Sosial
13 İyun 08:14

Mədəniyyət
13 İyun 08:03

Siyasət
13 İyun 07:23

YAP xəbərləri
12 İyun 23:49

Dünya
12 İyun 23:30

YAP xəbərləri
12 İyun 23:11

İdman
12 İyun 22:59

YAP xəbərləri
12 İyun 22:43

YAP xəbərləri
12 İyun 22:30

İqtisadiyyat
12 İyun 22:18

Dünya
12 İyun 21:57

YAP xəbərləri
12 İyun 21:41

YAP xəbərləri
12 İyun 21:28

İdman
12 İyun 21:15

YAP xəbərləri
12 İyun 21:09

İqtisadiyyat
12 İyun 20:57

YAP xəbərləri
12 İyun 20:40

YAP xəbərləri
12 İyun 20:37

İdman
12 İyun 20:04

Elm
12 İyun 19:53

YAP xəbərləri
12 İyun 19:25

Dünya
12 İyun 19:13

YAP xəbərləri
12 İyun 19:09

YAP xəbərləri
12 İyun 19:03

YAP xəbərləri
12 İyun 18:52

Siyasət
12 İyun 18:31

Xəbər lenti
12 İyun 17:41

Mədəniyyət
12 İyun 17:38

YAP xəbərləri
12 İyun 17:35

YAP xəbərləri
12 İyun 17:22

YAP xəbərləri
12 İyun 17:22

YAP xəbərləri
12 İyun 17:21

Gündəm
12 İyun 17:14

Gündəm
12 İyun 17:13

Siyasət
12 İyun 17:11

Siyasət
12 İyun 17:08

İqtisadiyyat
12 İyun 17:01
YAP xəbərləri
12 İyun 16:47

YAP xəbərləri
12 İyun 16:46

YAP xəbərləri
12 İyun 16:32

Dünya
12 İyun 16:28

YAP xəbərləri
12 İyun 15:56
YAP xəbərləri
12 İyun 15:51

YAP xəbərləri
12 İyun 15:45

YAP xəbərləri
12 İyun 15:44

YAP xəbərləri
12 İyun 15:43

YAP xəbərləri
12 İyun 15:42

YAP xəbərləri
12 İyun 15:39

YAP xəbərləri
12 İyun 15:32

YAP xəbərləri
12 İyun 15:16

Siyasət
12 İyun 15:09

YAP xəbərləri
12 İyun 15:07

Siyasət
12 İyun 15:03

Dünya
12 İyun 14:57
