Azərbaycanla Çin arasında əlaqələr yüksək səviyyədədir
11.02.2014 [09:15]
YAP Sədrinin müavini Əli Əhmədov Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq Departamentinin nazir müavini Çjoy Linin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP Sədrinin müavini- İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq Departamentinin nazir müavini Çjoy Linin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Əli Əhmədov bu səfərin YAP ilə ÇKP arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, iki partiya arasında səmərəli əməkdaşlıq mövcuddur, münasibətlərin inkişaf etdirilməsi də hər iki partiyanın maraqlarına cavab verir. YAP Sədrinin müavini qeyd edib ki, məhz bu səbəbdən də səfər iki partiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Partiyalarımızın arasında səmərəli əməkdaşlıq yaranıb və bu əlaqələrin inkişaf etdirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Ümumiyyətlə, beynəlxalq əməkdaşlıq YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası bu və ya digər ölkələrin siyasi partiyaları ilə sıx əlaqələr qurur, münasibətlərin inkişafına öz töhfəsini verməyə səy göstərir”.
Əli Əhmədov YAP və ÇKP-nin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərdə aparılan müzakirələrin əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını bildirib. YAP Sədrinin müavini ölkəmizin, eyni zamanda, aparıcı siyasi təşkilat olan Yeni Azərbaycan Partiyasının uğurlarından da geniş bəhs edərək qeyd edib ki, bu inkişaf beynəlxalq əlaqələrdə də özünü əyani şəkildə nümayiş etdirir: “Siyasi partiyalar arasında münasibətlərin inkişafı ölkələr arasında əlaqələrə də öz müsbət təsirini göstərir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası beynəlxalq əməkdaşlığın daha genişləndirilməsində maraqlıdır”.
Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq Departamentinin nazir müavini Çjoy Li Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək səmimi qəbula görə YAP Sədrinin müavini Əli Əhmədova minnətdarlığını bildirib.
Qonaq ölkəmizin inkişafından məmnunluğunu bildirərək qeyd edib ki, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişafı da bu məmnunluğa stimul verir. Çin ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Çjoy Li bu əlaqələrin daha da inkişaf etdiyini qeyd edib. “Azərbaycanla Çin arasında mehriban dostluq münasibətləri var. İqtisadi və mədəni sahədə əməkdaşlıq xalqlarımızı biri-birinə daha da yaxınlaşdırır. Ölkə rəsmilərinin qarşılıqlı səfərləri münasibətlərin daha da inkişafında mühüm rol oynayır”, - deyə, o, vurğulayıb.
Görüşdə ikitərəfli münasibətlərin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.
Görüşdə YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iştirak ediblər. Çin tərəfdən isə nümayəndə heyətinin tərkibində Çin Kommunist Partiyası Beynəlxalq əlaqələr şöbəsinin 6-cı idarəsinin direktoru Lu Syaçzyun, idarənin direktor müavinləri Çyan Nayçen və Çyan Xaybo, Çin Kommunist Partiyası Beynəlxalq əlaqələr şöbəsinin 6-cı idarəsinin 3-cü katibi Yao Lan və idarənin əməkdaşı Yan Syaotun görüşdə iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

