/ / Milli Məclis ilə ATƏT-in Parlament Assambleyası arasında qurumun 23-cü illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanıb
Milli Məclis ilə ATƏT-in Parlament Assambleyası arasında qurumun 23-cü illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanıb
17.04.2014 [09:15]
Aprelin 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Oqtay Əsədov bu səfərin parlamentlərarası əlaqələrin daha da inkişafına töhfə verəcəyini deyib. O, Azərbaycan ilə Monteneqro arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edilib ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər, imzalanmış sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradır.
Milli Məclisin sədri son 10 ildə Azərbaycanda bütün sahələrdə əldə olunan sürətli inkişafdan da söhbət açıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Oqtay Əsədov bildirib ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə, o cümlədən digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Təəssüf ki, işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir.
Ranko Krivokapiç Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan R.Krivokapiç ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində vasitəçilik səylərinin daha da fəal olmasına çalışdıqlarını söyləyib. O deyib: “Qafqazda sabitliyin bərqərar olması üçün birgə səylər göstərəcəyik. Münaqişələrin həlli bizim vəzifələrimiz arasında prioritet məsələ olmalıdır”.
Görüşün sonunda Azərbaycan Respublikasının Milli Məclisi ilə ATƏT Parlament Assambleyası arasında qurumun 23-cü illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanıb.
Sazişi Milli Məclisin sədri Oqtay Əsədov və ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç imzalayıblar.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

