Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr üzrə komitə nümayəndələrinin iclasının iştirakçıları Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsini ehtiramla yad ediblər

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr üzrə komitə nümayəndələrinin iclasının iştirakçıları Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsini ehtiramla yad ediblər

23.04.2014 [09:33]

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr üzrə komitə nümayəndələrinin iclasının iştirakçıları aprelin 22-də Fəxri xiyabanda olub, Azərbaycan xalqının Ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar ölkəmizin azadlığı və suverenliyi naminə canlarından keçmiş igid vətən övladlarının xatirəsini ehtiramla yad edib, onların məzarları üzərinə tər çiçəklər düzüblər.
Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtını seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, həmçinin Bakı şəhərində aparılan abadlıq və quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr üzrə komitəsinin rəhbəri Volkan Bozqır jurnalistlərə verdiyi müsahibədə qeyd edib ki, səfər çərçivəsində Azərbaycan parlamentində və ölkəmizin müxtəlif dövlət qurumlarında görüşlər keçiriləcək, üçtərəfli əlaqələrin perspektivləri və siyasi sahədə əməkdaşlığın prioritetləri müzakirə ediləcək.

Paylaş:
Baxılıb: 951 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30