Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Çin KİV-ləri Azərbaycanın və Çinin dövlət başçılarının görüşünə geniş yer ayırıb

Çin KİV-ləri Azərbaycanın və Çinin dövlət başçılarının görüşünə geniş yer ayırıb

22.05.2014 [09:16]

Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri Azərbaycanın və Çinin dövlət başçılarının mayın 20-də Şanxayda keçirilmiş görüşünə geniş yer ayırıb.
Ölkənin rəsmi xəbər agentliyi Sinxua və mərkəzi televiziyası CCTV-nin bir neçə kanalı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında iştirak etmək üçün Şanxayda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin və ÇXR sədri Si Cinpinin görüşünə dair xəbər və reportajlar hazırlayıblar.
Sinxuanın “Çinin və Azərbaycanın dövlət başçıları əlaqələrin genişləndirilməsinə razıdırlar” başlıqlı xəbərində görüşdə müzakirə olunan məsələlər haqqında məlumat verilib, dövlət başçılarının ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün səyləri davam etdirmək barədə ortaq fikrini vurğulayıb.
Çin Mərkəzi Televiziyasında (CCTV) yayımlanan reportajlarda da görüşdə müzakirə olunan məsələlər barədə danışılıb, iki ölkənin əməkdaşlığı istiqamətində son illər görülmüş işlər qeyd olunub.

Paylaş:
Baxılıb: 779 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31