Azərbaycan həm region, həm də Avropa üçün ən önəmli ölkələr sırasına yüksəlib
13.06.2014 [09:28]
İyunun 12-də Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri, eyni zamanda, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) fəaliyyətdə olan sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə və Azərbaycan-TürkPA əlaqələri müzakirə edilib.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, TürkPA regionda çox nüfuzlu bir təşkilatdır. Azərbaycanın bu qurum ilə əlaqələri həmişə yüksək səviyyədə olub. Sədr təşkilatın nüfuzunun beynəlxalq müstəvidə daha da artırılmasının vacibliyinə toxunub.
Azərbaycan-Türkiyə əlaqələrindən söz açan Oqtay Əsədov vurğulayıb ki, hər iki ölkə bir-birinə qardaş münasibəti bəsləyir. Bunun nəticəsidir ki, ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni, təhsil və digər sahələrdə yüksək əlaqələr mövcuddur.
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 2 milyard dollardan çox olduğunu xatırladan sədr qeyd edib ki, bu rəqəmi daha da artırmaq üçün yaxşı potensial var. Oqtay Əsədov məlumat verib ki, növbəti 5-6 il ərzində Türkiyəyə 20 milyard sərmayə qoyulması gözlənilir. Sərmayə qoyuluşu qarşılıqlı şəkildə davam etdiriləcək.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışıb.
TBMM-in sədri Cəmil Çiçək Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə söykəndiyini deyib, eyni dildə danışan, eyni dini paylaşan ölkələrimizin bir-birinə qarşı daim yüksək hörmət, dostluq və qardaşlıq münasibəti bəslədiyini vurğulayıb. Cəmil Çiçək bunun ölkələrarası siyasi, iqtisadi, mədəni və digər sahələrdəki əlaqələrin yüksək səviyyədə olmasına təkan verdiyini bildirib. O, Türkiyənin Soma vilayətində yerləşən kömür mədənində baş vermiş faciəyə Azərbaycanın göstərdiyi həssaslığa görə ölkə rəhbərliyinə və Azərbaycan xalqına təşəkkürünü bildirib.
Diqqəti Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə cəlb edən Cəmil Çiçək vurğulayıb ki, Azərbaycan həm region, həm də Avropa üçün ən önəmli ölkələr sırasına yüksəlib. Hər iki ölkənin daim bir-birini dəstəklədiyini deyən TBMM sədri xalqlarımızın birlik və qardaşlığının nümunə olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

