Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

05.12.2014 [10:05]

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andre (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin qarşıdan gələn il bu istiqamətdə plan və təklifləri ətrafında ümumi müzakirələr aparılıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin həllinə dair mövqeyini bir daha səsləndirərək vurğulayıb ki, münaqişənin sülh yolu ilə həlli üçün, ilk növbədə, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30