Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azər Badamov: Gələcək illərdə də bu inkişaf tendensiyası müsbət şəkildə davam edəcək

Azər Badamov: Gələcək illərdə də bu inkişaf tendensiyası müsbət şəkildə davam edəcək

14.04.2015 [09:59]

“Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasət ölkəmizin uğurlarının təməl prinsiplərini təşkil edir. Dünyanın, o cümlədən, inkişaf etmiş ölkələrin böyük iqtisadi böhranlar yaşadığı, iqtisadi-maliyyə çətinlikləri ilə üzləşdiyi bir dövrdə Azərbaycanın uğurlara imza atması olduqca sevindirici haldır. Bu isə ölkəmizin uğurlarına sevinməyən, dövlət maraqlarımıza qarşı düşmən münasibət sərgiləyən bir sıra bədxahlara verilmiş ən yaxşı cavabdır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.
A.Badamov bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun 7 faiz artımı gələcək illərdə iqtisadi uğurlarımızın miqyasını daha da böyüdə bilər. Son illərdə Azərbaycanda turizm sektorunun, o cümlədən, digər qeyri-neft sektorlarının inkişafı ilə bağlı atılan addımların qısa zamanda müsbət nəticələr verdiyini xatırladan millət vəkili qeyd edib ki, bu, ölkəmizin gələcək dövrlərə hesablanan inkişaf strategiyasının tərkib hissəsidır.
“Möhtərəm Prezidentimizin də vurğuladığı kimi, neftin dünya bazarında kəskin ucuzlaşması belə ölkəmizin ümumi iqtisadi inkişafına təsir göstərməyib. Bu isə o deməkdir ki, Azərbaycan dövləti illərdir apardığı şaxələndirilmiş iqtisadi siyasətinin bəhrəsini görür. Əminəm ki, gələcək illərdə də bu inkişaf tendensiyası müsbət şəkildə davam edəcək. İqtisadi dayanıqlılığımız həm də digər sahələrdəki uğurlarımızın açarıdır. Artıq Azərbaycan dünyada mühüm iqtisadi tərəfdaş kimi qəbul edilir. Bunun arxasında isə əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilən iqtisadi siyasətimiz dayanır” - deyə, komitə üzvü vurğulayıb.

Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30