Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans başa çatıb
18.04.2015 [10:03]
Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans aprelin 17-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, konfransın yekun iclasında əvvəlcə bölmə rəhbərlərinin hesabatları dinlənilib, onların fəaliyyətləri yüksək qiymətləndirilib.
Sonra konfransın yekun sənədi müzakirə edilərək təsdiqlənib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, iki gün davam edən konfransda əsas mövzularla yanaşı, islamofobiya, bəşəriyyətə yeni təhdid və təhlükələr kimi aktual problemlərə dair müzakirələr aparılıb. Müasir dövrdə dini maarifçilik ideyalarının əhəmiyyətini qeyd edən akademik din pərdəsi altında həyata keçirilən aqressivlik, radikallıq və terror hallarının ifşa olunması məqsədilə dövlət, ictimaiyyət, elm və din xadimlərinin birgə səylərinin artırılmasının zəruriliyini diqqətə çatdırıb.
Akademik A.Əlizadə qeyd edib ki, bu gün islam maarifçiliyi diqqət mərkəzində dayanan məsələlərdəndir. Bu mövzuya həsr olunan konfransda dünyanın 15 ölkəsindən nümayəndələrin iştirakı tədbirin əhəmiyyətini daha da artırır. İslam dini ilə bağlı dəyərlər Azərbaycan xalqının da milli mənəvi dəyərlər sisteminin mühüm hissəsini təşkil edir. Bu dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra milli mənəvi dəyərlərimizə, İslam maarifçiliyinə münasibətdə yeni bir mərhələ başladı. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi ilk gündən insan hüquq və azadlıqlarına, xüsusilə vicdan azadlığının bərqərar olmasına, insanların, əsasən də gənclərin milli mənəvi dəyərlərə sadiqlik ruhunda yetişməsinə böyük önəm verildi. Hazırda Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin bu siyasi xəttini uğurla davam etdirir.
Konfransın nəticələrinin uğurlu olacağına əminliyini bildirən akademik A.Əlizadə gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinin, mövzu ilə bağlı elmi işlərin yazılmasının vacibliyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, İslam maarifçiliyi mövzusuna həsr olunan konfransda çoxlu qlobal məsələlərə toxunulub: “Konfransın gələcəkdə də davam etdirilməsini məqsədəuyğun hesab edirəm. İnanıram ki, elm və dinin birgə fəaliyyəti bəhrəsini verəcəkdir”.
Şeyxülislam A.Paşazadə vurğulayıb ki, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada, eyni zamanda, ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya və ksenofobiya halları da müşahidə olunur: “Təəssüf hissi ilə qeyd etməliyəm ki, etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugünkü acı gerçəyidir. İslam dininin tolerant yanaşmalarının nəticəsidir ki, bu gün Azərbaycan Respublikası müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışına nümunədir”.
Digər çıxış edənlər də maarifçilik sahəsində elm və dinin əməkdaşlığının davam etdirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar. Konfransın gələcəkdə daha geniş formatda keçirilməsi təklif edilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Bununla da “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxSosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18

