Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
06.05.2015 [10:16]
İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 4-də bu ölkənin xarici işlər nazirinin müavini İbrahim Rəhimpur ilə görüşüb.
Görüşdə M.Qurbanlı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə ilk dəfə İrana rəsmi səfər edərək iki qonşu ölkə arasında əlaqələrin genişləndirilməsinin əsasını qoyduğunu vurğulayıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ötən il İrana rəsmi səfəri ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da dərinləşdirilməsi üçün geniş imkanlar açıb. Məhz Azərbaycan və İran prezidentlərinin siyasi iradələrinin nəticəsidir ki, bu gün iki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla yanaşı, rəsmi Bakı ilə Tehran arasında ikitərəfli əlaqələr də gündən-günə möhkəmlənir. Hər iki ölkənin siyasi rəhbərliyi eyni tarixə və milli dəyərlərə malik olan xalqlarımızın maraqlarına uyğun siyasət yürüdürlər. Bu siyasətin əsasını isə mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətləri təşkil edir.
Səfər çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verən M.Qurbanlı regiondakı geosiyasi vəziyyət nəzərə alınaraq Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycanda din-dövlət münasibətlərindən danışan komitə sədri qeyd edib ki, bu sahədə əməkdaşlıq etməklə yüksək səviyyəli dini kadrlar yetişdirmək və təcrübə mübadiləsi aparmaq olar. O, İslamın humanist din olmasının gənclərə çatdırılması baxımından savadlı din xadimlərinin yetişdirilməsinin zəruriliyini qeyd edib. Əks təqdirdə radikal dini qruplaşmalar təbliğat aparıb gəncləri öz tərəflərinə çəkərək onları terrorçuluğa və digər münaqişələrə cəlb edə bilərlər. Yaxın Şərqdə baş verən münaqişələr onu göstərir ki, İslam dinindən sui-istifadə edilir. Bu hallar dünya ictimaiyyətində İslam dini barədə yanlış fikrin formalaşmasına səbəb olur. Bu baxımdan Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlığın inkişafı zəruridir.
İranın din sahəsində Azərbaycan ilə əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bildirən İ.Rəhimpur qeyd edib ki, rəsmi Tehran radikal dini qrupların fəallaşmasının qarşısını almaq istiqamətində addımlar atır. Azərbaycan-İran münasibətlərindən danışan nazir müavini bildirib ki, ölkələrimiz arasında həlli mümkün olmayan problem yoxdur. İranda yaşayan azərbaycanlılar cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Yüksək dövlət vəzifələrində çalışan azərbaycanlıların da sayı çoxdur. Bəzi qüvvələr iki dost ölkənin münasibətlərinə xələl gətirərək öz mənafelərini güdməyə çalışırlar. Lakin onlar buna nail ola bilməyəcəklər. Xalqlarımızın yaxınlığı və dövlət rəhbərlərinin müdrikliyi buna imkan verməyəcək.
Nazir müavini qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona ehtiramla yanaşır.
Görüşdə İranda təhsil alan azərbaycanlı tələbələr və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da görüşdə iştirak edib.
Həmin gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Milli Kitabxanası ilə tanış olub, kitabxananın sədri Əmir Salehi və Əhli-Beht Təşkilatının sədri Ayətullah Əxtəri ilə görüşüb.
Görüşlərdə radikal dini cərəyanların ölkələrimizin ərazisində yayılmasının qarşısının alınması yolları ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19

