/ / Bahar Muradova: Azərbaycan mətbuatı müstəqilliyimizin bir töhfəsi və əsas nailiyyətlərimizdən biri kimi hər birimizə əziz və doğmadır
Bahar Muradova: Azərbaycan mətbuatı müstəqilliyimizin bir töhfəsi və əsas nailiyyətlərimizdən biri kimi hər birimizə əziz və doğmadır
23.07.2015 [09:31]
“Bu gün hamımız Ümummilli liderimiz Heydər Əliyevin arzusunda olduğu və yaradılması üçün də çox böyük səylər göstərdiyi, eyni zamanda, ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, himayədarlığı və bilavasitə qayğısı nəticəsində daha çox müstəqil, daha çox peşəkar Azərbaycan mətbuatının formalaşması, inkişafı və gələcəyi üçün vacib əhəmiyyət kəsb edən bir dövrün canlı şahidləriyik”. Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı deyib.
Onun sözlərinə görə, hər birimiz təsdiq edə bilərik ki, bu yol heç də hər zaman hamar və təhlükəsiz olmayıb. Belə ki, dövlət müstəqilliyimizin əldə olunması, möhkəmlənməsi və inkişafı kimi o da tarixin çətin sınaqları ilə üz-üzə mübarizələrdə formalaşıb: “Obyektiv və qərəzsiz olmağın çox çətin, amma şərəfli bir iş olduğunu dərk edərək əsas prinsipə çevirməyin dolanbac yollarında bir çox itkilərə məruz qalıb. Subyektiv yanaşmaları, şəxsi maraqları bəzi hallarda ictimai və milli maraqlardan üstün tutmaqla qrup mənafeyinə xidmət etməli olub. Həm də hər birimiz bunu da təsdiq edə bilərik ki, dövlətimiz möhkəmləndikcə, öz ayaqları üzərində qətiyyətlə dayanmaq iqtidarına malik olduqca mətbuatımız da püxtələşib, mətinləşib. Artan iqtisadi imkanlarımızdan faydalanaraq müasirləşib, maddi-texniki imkanları genişlənib, Azərbaycanın sərhədlərini aşaraq dünya media şəbəkəsinə qoşulub.Tariximizi, mədəniyyətimizi, xalqımızı, onun ənənəvi keçmişini, müasir bu gününü və işıqlı perspektivlərini dünyaya təqdim etməyin çevik və modern üsullarını tətbiq edərək tanıtımın ən öncül nümunələrini yaradıb.
Azərbaycançı olmanın ölkəmiz və mətbuatımızın inkişafındakı əhəmiyyətini daha çox dəyərləndirməyə başlayıb. Radikal inkarçılıqdan konstruktiv təqdir və tənqidədək çox məsuliyyətli bir inkişaf yolu keçib.
140 illik yubileyinə öz şanlı keçmişi, qürurverici bu günü və parlaq gələcəyinə hesablanmış hədəfləri ilə gələn Azərbaycan mətbuatı müstəqilliyimizin bir töhfəsi və əsas nailiyyətlərimizdən biri kimi hər birimizə əziz və doğmadır. Odur ki, mətbuat işçilərinin hər birini Azərbaycan dövləti adından aldığınız mükafatlar, fəxri adlar və cəmiyyətimizin verdiyi dəyər münasibəti ilə ürəkdən təbrik edirəm”, - deyə vitse-spiker vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25

