Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

19.09.2015 [10:45]

Sentyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 16 sentyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən təyin edilmiş Bəhruz Vaqif oğlu Quliyev Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq olunub.
Komissiyanın iclasında Azərbaycan Respublikasının Milli Məclisinə 1 noyabr 2015-ci ilə təyin edilmiş seçkilərdə Vəhdət Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması, həmçinin Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilib.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətə də baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra müraciətlə bağlı müvafiq qərar qəbul olunub.
Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30