Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bahar Muradova: Nardaranda vəziyyətin Azərbaycandakı ümumi vəziyyətə uyğunlaşdırılmasına hər bir nardaranlı kömək etməlidir

Bahar Muradova: Nardaranda vəziyyətin Azərbaycandakı ümumi vəziyyətə uyğunlaşdırılmasına hər bir nardaranlı kömək etməlidir

11.12.2015 [10:20]

“Hesab edirəm ki, Azərbaycan dövləti və müvafiq qurumlar Nardaranda qanunla müəyyən olunmuş səlahiyyətlərini yerinə yetirir”. APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Nardaran qəsəbəsində din pərdəsi altında gizlənmiş terrorçu qrupun zərərsizləşdirilməsinə münasibət bildirərkən deyib.
B.Muradova qeyd edib ki, Nardaran sakinləri də daxil olmaqla hər bir vətəndaş qanunun öhdəliklərinə əməl etməyə borcludur: “Biz hüquqlarımızı bildiyimiz kimi, vəzifələrimizə də diqqətlə yanaşmalıyıq. Hesab edirəm ki, Nardaranda vəziyyətin Azərbaycandakı ümumi vəziyyətə uyğunlaşdırılması prosesinə hər bir Nardaran sakini kömək etməlidir. Bu gün cəmiyyətimizi narahat edən məsələlərin aradan qaldırılması, radikal hərəkətlərə qarşı düzgün münasibətin formalaşması və digər məsələlərdə vətəndaşlar müvafiq qurumların apardığı işə dəstək verməlidirlər”.
O əlavə edib ki, Azərbaycan qanunları ölkə sərhədləri daxilindəki hər yerdə hər bir şəxs üçün vahid şəkildə icra olunmalıdır.

Paylaş:
Baxılıb: 725 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30