Bu gün Bakıda beynəlxalq turizm sərgisi açılır
16.04.2009 [16:44]
APA-nın məlumatına görə, bununla bağlı dünən mətbuat konfransı keçirən “İteca Caspian”ın baş direktoru Fərid Məmmədov bildirib ki, AITF sərgisinin keçirilməsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Turizm Sərgilərinin Təşkilatçıları Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası dəstək verir. AITF sərgisində iştirak üçün dünyanın 20 ölkəsindən 78 şirkət qeydə alınıb. Bu il sərginin ekspozisiya sahəsi 30% artıb. Sərgi iştirakçılarının təxminən 35%-ni yerli şirkətlər təşkil edir. Azərbaycanın daxili regional turizmi bu il Qəbələ, Nabran, Quba, Lənkəran və başqa rayonların mehmanxanaları ilə təmsil olunacaq. Ənənəvi olaraq, sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qarabağ stendi təqdim ediləcək. Nazirliyin dəvəti ilə ISESCO təşkilatına üzv olan ölkələr AITF sərgisində öz turizm potensialını nümayiş etdirəcəklər. ISESCO birləşmiş stendi çərçivəsində İordaniya, BƏƏ, Malayziya, İndoneziya və İraq da milli stendlə çıxış edəcək.
Bu il sərgi sponsoru kimi çıxış edən Türkiyə və İspaniya milli stendlərini təqdim edəcək. Sərginin yeniliklərindən biri Türkiyədə yerləşən yenievlənənlər üçün xüsusi mehmanxana olacaq.
F.Məmmədov bildirib ki, HOREX sərgisində İtaliya, Almaniya, Türkiyə, Azərbaycan, Rusiya və Ukraynadan 20 şirkət iştirak edəcək. Ekspozisiyaların çeşidinə mətbəx avadanlıqları, hamam otaqları üçün kosmetik aksessuarlar, supermarketlər üçün soyuducu və anbar avadanlıqları, peşəkar camaşırxanalar, məişət kimyası və s. daxildir. Sərgidə ilk dəfə olaraq, turistləri istiqamətləndirmək üçün GPRS naviqasiya sistemləri təqdim olunacaq.
HOREX sərgisi çərçivəsində iştirakçı şirkətlərin stendlərində parlaq kulinariya şouları, xarici mütəxəssislərin iştirakı ilə aşpaz və barmenlər üçün master-klass nümayişləri də keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54

