ABŞ-Azərbaycan əlaqələri yeni mərhələdə
02.04.2016 [11:34]
Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycanın güclü dövlətlər sırasında yer aldığını təsdiq edir
“Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri də faydalı əməkdaşlığın nümunələrindən biridir. Bu mənada cənab Prezidentin ABŞ səfərini xüsusi vurğulamaq lazımdır. Birləşmiş Ştatların dövlət başçısı Barak Obamanın dəvəti ilə möhtərəm Prezidentimiz İlham Əliyevin Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfər etməsi və burada yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçirməsi, mühüm müzakirələr aparması bu reallığı bir daha nümayiş etdirir”.
Bunu Prezident İlham Əliyevin ABŞ-a səfərinə münasibət bildirən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Onun sözlərinə görə, etiraf etmək lazımdır ki, ABŞ planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin qurulmasında bu ölkənin kifayət qədər böyük rolu var: “Bu mənada Azərbaycanla ABŞ arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, dövlət başçısı cənab İlham Əliyevin ABŞ-a səfəri ölkələrimiz arasındakı səmimi və sarsılmaz, qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Xüsusilə möhtərəm Prezidentimizin səfər çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycan-ABŞ tərəfdaşlığının ən incə detalları bir daha vurğulanıb”.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycan artıq uzun illərdir beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-la fəal əməkdaşlıq edir: “Cənab Prezidentimiz İlham Əliyevlə görüşündə ABŞ-ın dövlət katibi Con Kerrinin sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana dərin minnətdarlığını ifadə etməsi bu faktı bir daha təsdiqləyir”.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, ölkəmiz ABŞ-la enerji sahəsində də uğurla əməkdaşlıq edir: “Con Kerri bu məqama da xüsusi olaraq diqqət çəkib və Azərbaycanın beynəlxalq enerji siyasətindəki səylərini yüksək qiymətləndirib. Dövlət katibinin bu gün dünyanın diqqət mərkəzində olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın uzunmüddətli strateji maraqları naminə və vacib olan enerji mənbələrinin şaxələndirilməsi istiqamətində atılmış çox ciddi bir addım olduğunu bildirməsi, sözsüz ki, layihənin əhəmiyyətindən xəbər verir”.
Vüqar Rəhimzadə Azərbaycanın ABŞ-la ikitərəfli münasibətlərə yüksək dəyər verdiyini də bildirib: “Möhtərəm Prezidentimiz İlham Əliyev ABŞ-ın dövlət katibi ilə görüşündə bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin 25 illik dövrü əhatə edən tarixi var: “Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur”. Ölkəmizin başçısı qətiyyətlə bildirib ki, Azərbaycan ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən neft kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələri Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə birlikdə icra edib: “Biz “Cənub Qaz Dəhlizi” layihəsi üzərində birlikdə işləyirik. Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasaydı həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi”.
V.Rəhimzadə əlavə edib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir və bu, Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir: “Azərbaycan Prezidenti ilə görüşündə ABŞ-ın vitse-prezidenti Co Baydenin səsləndirdiyi bu fikirlər, hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Birləşmiş Ştatların qəti mövqeyidir. Təbii ki, ABŞ tərəfindən göstərilən hər bir dəstək bizim üçün çox önəmlidir, eləcə də enerji sahəsində. Co Bayden ABŞ-ın Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını da qeyd edib. ABŞ-ın vitse-prezidenti ilə görüşündə möhtərəm Prezidentimiz Azərbaycanda xüsusilə fikir, mətbuat, sərbəst toplaşma, internet azadlıqlarının təmin olunması və s. sahələrdə islahatlar aparıldığını vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə siyasi, iqtisadi, həmçinin enerji sahəsində faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğunu bəyan edib”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru onu da qeyd edib ki, Azərbaycan Prezidentinin ABŞ səfəri mühüm əhəmiyyətə malikdir: “Martın 31-də Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə Barak Obamanın adından Ağ Evdə verilən naharda cənab Prezidentimiz İlham Əliyevin iştirakı və dövlətimizin başçısının ABŞ Prezidenti ilə bir araya gəlməsi, doğrudan da, qürurvericidir. Bu həmçinin Azərbaycanın böyük nüfuz sahibi olmasının göstəricisidir. Azərbaycan artıq güclü dövlətlər sırasında yer alıb. Şübhəsiz ki, ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində dünya miqyasında bu mövqeyini qoruyub saxlayacaq və daha da möhkəmləndirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

