Deputat Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib
07.06.2016 [10:07]
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Gürcüstanda bir sıra görüşlər keçirib.
Ə.Amaşov öncə gürcüstanlı soydaşımız, jurnalist və şair mərhum Fikrət Mursaqulovun rus dilində çapdan çıxmış “Uteshenie” (Təsəlli) şeirlər kitabının təqdimat mərasiminə qatılıb. F.Mursaqulovu tələbəlik illərindən parlaq istedada malik yaradıcılıq adamı kimi tanıdığını vurğulayan Ə.Amaşov onun qısa müddətli həyat yolunda əsl mübarizlik keyfiyyətləri nümayiş etdirdiyini bildirib. “Bu keyfiyyətlər Fikrəti cəmiyyətə, insanlara yaxınlaşdırırdı. Tanıyanların hamısı ona rəğbətlə yanaşırdı. Şerləri daim yaşamaq ruhlu idi. Üslub və dil xüsusiyyətləri baxımdan olduqca səlist və ahəngdar yazırdı. Bacarığı ilə təəccübləndirirdi. Ən əsası isə Fikrət məhrum olduğu göz işığını şerlərinə daşıyaraq sanki nur saçırdı”, - deyən Ə.Amaşov F.Mursaqulovun əziz xatirəsinə ehtiram əlaməti olaraq çapdan çıxmış kitabın məziyyətlərindən də söz açıb.
Çıxış edənlərdən yazıçı-publisist Binnət Əlioğlu, professor Mahmud Hacıxəlilov, şair Abbas Əli və başqaları F.Mursaqulovun şeirlərində Vətənə, xalqa, millətə, torpağa məhəbbətin tərənnüm olunduğunu vurğulayıblar, mərhum şairi xarakterizə edən cəhətləri yada salıblar, onunla bağlı xatirələrini bölüşüblər. Təqdimat mərasiminə toplaşanlar belə tədbirlərin Gürcüstan azərbaycanlıları arasında ictimai mühitin zənginləşməsinə böyük töhfə olduğunu da dilə gətiriblər. Mərasimdən sonra iştirakçılar F.Mursaqulovun məzarını ziyarət ediblər.
Qeyd edək ki, F.Mursaqulov 1955-ci il iyulun 10-da Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra Bakıda qalıb işləyib, gözdən əlil insanlar üçün nəzərdə tutulmuş mətbu orqanın redaktoru olub. O, 33 yaşında dünyasını dəyişib.
* * *
Ə.Amaşov Gürcüstanın Marneuli şəhərində azərbaycanlı ziyalılarla görüşüb. Görüşdə qonşu ölkədə yaşayan azərbaycanlıların sosial-iqtisadi problemləri müzakirə olunub. Marneuli rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvilinin də qatıldığı tədbirdə deputat Ə.Amaşov bildirib ki, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələri qədim tarixə malidir. Deputat mədəni münasibətlərin inkişafında elm, mədəniyyət, incəsənət xadimlərinin rolunu xüsusi vurğulayıb. O, qonşu ölkədə yaşayan soydaşlarımıza Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğıdan danışıb.
Ə.Amaşov həmçinin bildirib ki, hazırda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin Bakıda güzəştli şərtlərlə təhsil almalarının təmin edilməsinə yönələn söhbətlər aparılır. Əsasən də Azərbaycan dili və ədəbiyyatı, filologiya, tarix, mədəniyyətşünaslıq, turizm və digər ixtisaslar üzrə bu mexanizmin tətbiqi nəzərdə tutulur. Burada başlıca şərt odur ki, həmin gənclər Azərbaycanda təhsil aldıqdan sonra qayıdıb Gürcüstanda işləməlidirlər.
Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstanın inkişafında mühüm rol oynadıqları vurğulanıb. Həmçinin bildirilib ki, bu ölkənin ərazi bütövlüyünün müdafiəsində minlərlə azərbaycanlı döyüşüb, onlardan bir neçəsi şəhid olub. Gürcüstan hökuməti bunları yaxşı bilir və qiymətləndirir.
* * *
Ə.Amaşov Gürcüstana səfəri çərçivəsində Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində də olub. O, rəhbərlik etdiyi Azərbaycan Mətbuat Şurası ilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə həyata keçirdikləri layihəyə əsasən nəzərdə tutulan kitablarin az bir hissəsini Mərkəzə təqdim edib. Qeyd edək ki, sözügedən layihədən məqsəd Gürcüstandakı Azərbaycan məktəblərini və mədəni mərkəzlərini kitablarla, müxtəlif tədris vəsaitləri ilə təmin etməkdir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56

