Azərbaycanın və İsrailin daxili işlər orqanları arasında əməkdaşlığın inkişafı müzakirə olunub
06.07.2016 [10:08]
Azərbaycanda ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasında, ölkə vətəndaşları ilə bərabər əcnəbilərin də təhlükəsizliyinin təmin olunmasında daxili işlər orqanlarının əməkdaşları böyük əmək sərf edirlər.
Bu fikirlər iyulun 5-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilə İsrailin ölkəmizdəki səfiri Dan Stav arasında keçirilən görüşdə səslənib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, R.Usubov xalqlarımız arasında əlaqələrin dərin qatlara və qədim tarixə malik olduğunu, dünyada multikultural dəyərlərin hökm sürdüyü ölkə kimi tanınan respublikamızda müxtəlif millətlərin, o cümlədən yəhudilərin əsrlər boyu tolerant mühitdə, dostluq və mehribanlıq şəraitində yaşadıqlarını, ikitərəfli münasibətlərin qurulmasında Ulu öndər Heydər Əliyevin mühüm rolunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Dövləti rəhbərlərinin siyasi iradəsi nəticəsində bu əməkdaşlığın daha da dərinləşdiyi diqqətə çatdırılıb.
Sonra diplomata DİN-in strukturu, əsas fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən tədbirlər, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar və mövcud kriminogen durum barədə məlumat verib.
Son illər polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının İsraildə keçirilən müxtəlif təlim və treninqlərə cəlb edildiklərini, öz peşəkarlıqlarını və ixtisaslarını daha da artırdıqları, İsrailin aidiyyəti strukturları ilə işgüzar əlaqələrin olduğu diqqətə çatdırılıb. Hər iki ölkənin Daxili İşlər nazirlikləri səviyyəsində əlaqələrin genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş” layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğu bildirilib.
Problemlərə toxunularkən xüsusən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinin diqqət mərkəzində dayandığı, onlara qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının vacibliyi qeyd edilib.
Səfir Dan Stav bir neçə gün əvvəl qeyd olunan Azərbaycan Polisi Günü, habelə Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb. Diplomat ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasında, ölkə vətəndaşları ilə bərabər əcnəbilərin də təhlükəsizliyinin təmini istiqamətində daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərini, bu gün respublikamızın ən təhlükəsiz dövlətlərindən biri olduğunu vurğulayıb.
O, ölkəmizdə diplomatik fəaliyyəti müddətində iki dövlətin müvafiq strukturları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

