Avropa Parlamentində Azərbaycan ilə bağlı dinləmələr keçirilib
08.03.2017 [12:04]
Martın 7-də Avropa Birliyinin paytaxtı Brüsseldə, Avropa Parlamentinin binasında “Avropa İttifaqı-Azərbaycan əlaqələri - münasibətlərin daha yüksək səviyyəsinə doğru” başlığı altında siyasi dinləmələr keçirilib.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dinləmələr Avropa Parlamentinin üzvü Heydi Hautala və Andrey Mamıkinin, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradovun təşəbbüsü ilə təşkil olunub. Avropa Siyasət Mərkəzi, LİNKS kimi QHT-lərin təşkilatçılığı ilə baş tutan dinləmələrdə, Avropa Parlamentinin üzvləri, Avropa vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların və siyasi qrupların nümayəndələri, habelə tədbirə xüsusi dəvət almış tanınmış siyasətçilər iştirak ediblər.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev dinləmələrdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair geniş məruzə ilə çıxış edib.
Azərbaycan-Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avropa Xarici İşlər xidmətinin Şərq tərəfdaşlığı şöbəsinin müdir müavini Adriano Martins, Avrasiya Tədqiqatları Mərkəzini, Global Enerji Mərkəzini və eləcə də Atlantik Şuranı təmsil edən, ABŞ-ın Azərbaycanda sabiq səfiri Mətyu Brayzə, Avropa Siyasət Mərkəzinin siyasi məsələlər üzrə baş tədqiqatçısı Amanda Pol mövzu ətrafında çıxışlar edib və Azərbaycan ilə Avropa İttifaqı arasında hazırlanmaqda olan yüksək səviyyəli əməkdaşlıq sazişinin əhəmiyyətindən, sənəddə nəzərə alınmalı olan xüsusiyyətlərindən və ümumiyyətlə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivlərindən danışıb, eləcə də Cənubi Qafqaz regionunda mövcud durum, Ermənistan-Azərbaycan barədə ətraflı məlumat veriblər.
Panel iclaslarında çıxış edən LİNKS qeyri-hökumət təşkilatının direktoru Denis Sammut, Avronest PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü Rövşən Rzayev, Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədr müavini Kamran Bayramov, İqtisadi və sosial inkişaf üzrə Elmi Mərkəzin tədqiqatçısı Əhməd Əlili Avropa İttifaqı-Azərbaycan qarşılıqlı münasibətlərinin müxtəlif istiqamətlərində inkişafından və əməkdaşlıq potensialından danışıblar.
Tədbirin sonunda çıxışçılar tədbir iştirakçılarının və media nümayəndələrinin suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

