/ / Finlandiyalı nazir müavini Azərbaycanın multikultural və tolerant ənənələri barədə məlumatlandırılıb
Finlandiyalı nazir müavini Azərbaycanın multikultural və tolerant ənənələri barədə məlumatlandırılıb
28.04.2017 [09:24]
Finlandiyada səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Təhsil və Mədəniyyət Nazirliyinin mədəniyyət məsələləri üzrə nazir müavini xanım Zabrina Holmström ilə görüşüb.
Azərbaycan nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov daxildir.
Zabrina Holmström bu görüşün ölkələrimiz üçün səmərəli olacağına inandığını deyib. O, Finlandiyanın mədəniyyət sahəsində siyasəti, bölüşdüyü dəyərlər və həyata keçirdiyi işlər barədə qonaqlara ətraflı məlumat verib.
Finlandiya rəsmisi irqçilik və terrorizm məsələləri kimi çağırışların bu gün dünyanın ən böyük problemləri olduğunu qeyd edib. Buna baxmayaraq, Finlandiyada fərqli dinlərin təmsilçilərinin dövlət tərəfindən dəstəkləndiyini bildirən nazir müavini bu gün xalqlar arasında mədəni əlaqələrin, dinlərarası dialoqun müxtəlif problemlərin həlli üçün açar rolunu oynadığını vurğulayıb. O, bu baxımdan görüşün iki ölkə arasında müvafiq sahədə fikir mübadiləsi aparılması üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Dövlət müşaviri Kamal Abdullayev bu səfərin dünyanın bir çox yerlərində terror aktlarının baş verdiyi bir zamanda reallaşdığını vurğulayaraq bu kimi halları pisləyib. Dünya ölkələrinin gələcəkdə belə hadisələrin qarşısını almaq üçün birgə iş aparmalı olduğunu deyən Kamal Abdullayev dini dözümlülüyün və tolerantlığın bu iş üçün vacibliyini qeyd edib.
Helsinkidə keçiriləcək “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfransın məqsədi barədə məlumat verən Kamal Abdullayev ölkəmizin multikulturalizm, dini dözümlülük və tolerantlıq ənənələrindən söz açıb. O, multikultural təhlükəsizliyin mahiyyəti barədə danışaraq etnik və dini müxtəlifliklərin Azərbaycanın zənginliyi olduğunu bildirib və bu müxtəlifliyin qorunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını və bu istiqamətdə böyük işlər görüldüyünü diqqətə çatdıran Dövlət müşaviri ölkəmizdə müxtəlif konfessiyaların, dinlərin, millətlərin və dillərin təmsilçilərinə yanaşmada bərabər siyasətin yürüdüldüyünü vurğulayıb.
Azərbaycanda əsrlərdən bəri multikultural dəyərlərin son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən, mental dəyərlərimizdən qaynaqlandığını bildirib. Rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycandakı dini durum və dövlət-din münasibətləri barədə ətraflı məlumat verən Mübariz Qurbanlı deyib ki, ölkəmizdə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər və buna görə bu gün Azərbaycan tolerantlığa və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki dini dözümlülük və tolerantlıq ənənələrindən söz açıb. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşıldığını deyən şeyxülislam bunun bir çox dünya ölkələrində təəccüblə qarşılandığını, lakin ölkəmizdə adi bir hal olduğunu bildirib. Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan dövləti ölkədə yaşayan xalqların milli müxtəlifliyini və mədəni dəyərlərini qoruyur və ölkə daxilində insanların qardaşlıq şəraitində yaşaması üçün qarant rolunu oynayır. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin mahiyyətindən danışan şeyxülislam Azərbaycanın multikulturalizm dəyərlərinin dünya ölkələrində təbliğ olunması üçün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi, Prezidentin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi barədə danışıb.
Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycanla Finlandiya arasında daha sıx əlaqələrin qurulmasında bu səfərin əhəmiyyətini vurğulayıb. Ölkələrimizin eyni dünyəvi dəyərləri bölüşdüyünü qeyd edən Cavanşir Paşazadə bunu nəzərə alaraq parlamentlərarası sıx dialoqun qurulmasının önəmini diqqətə çatdırıb.
Görüşün sonunda Azərbaycan nümayəndə heyəti Zabrina Holmströma ölkəmizin multikultural və tolerant mədəniyyətini əks etdirən müxtəlif kitablar və hədiyyələr təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

