Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılış mərasimi keçirilib
17.01.2018 [10:21]
Mərasimdə Azərbaycanın və Bolqarıstanın baş nazirləri də iştirak ediblər
Yanvarın 16-da Bakıdan Sofiyaya ilk birbaşa aviareys açılıb.
AZƏRTAC xəbər verir ki, aviareysin açılış mərasimində Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.
Baş nazir Boyko Borisov Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal binası ilə tanış olub. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) vitse-prezidenti Eldar Hacıyev məlumat verib ki, aeroportun yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında açılıb. Ümumi sahəsi 65 min kvadratmetr olan aeroport 2017-ci ildə 4 milyondan çox sərnişinə, 55 aviaşirkətə xidmət göstərib. Eldar Hacıyev Bakı-Sofiya aviareysini həyata keçirən “Buta Airways” loukosteri barədə də məlumat verib.
AZAL-ın vitse-prezidenti bildirib ki, dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu “Skytrax” konsaltinq şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunu 4 ulduza layiq görüb. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.
Baş nazir Boyko Borisov Bakı-Sofiya marşrutu üzrə birinci aviareys barədə məlumatlandırılıb. Qeyd olunub ki, bu reys Azərbaycanın ilk loukosteri “Buta Airways” tərəfindən həyata keçirilir. Uçuşlar bu ilin qış uçuş cədvəli üzrə həftədə bir dəfə, çərşənbə axşamı günü yerinə yetiriləcək. Aviabiletin ilkin qiyməti “Büdcə” tarifi ilə bir tərəfə baqajsız 29 avrodur. Sofiya Avropa İttifaqında Azərbaycanın ilk loukosteri “Buta Airways”in birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhərdir.
Azərbaycanın Baş naziri Artur Rasi-zadə və Bolqarıstanın Baş naziri Boyko Borisov jurnalistlərə müsahibələrində Bakıdan Sofiyaya ilk birbaşa aviareysin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu, Bolqarıstanla Azərbaycan arasında iqtisadi, xüsusən də turizm sahəsində əlaqələrin inkişafına, xalqlarımızın əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək. Baş nazirlər birbaşa aviareysin uğurlu olacağına əminliklərini ifadə ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00

