/ / Allahşükür Paşazadə: Müsəlman ölkələri Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini ucaltmalıdırlar
Allahşükür Paşazadə: Müsəlman ölkələri Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini ucaltmalıdırlar
30.01.2018 [10:06]
İstanbulda “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Yanvarın 29-da Türkiyənin İstanbul şəhərində “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə nümayəndə heyəti təmsil edir.
Türkiyə Diyanət İşləri Başqanlığının təşkilatçılığı ilə keçirilən konfransda İran, İraq, Fələstin, Hindistan, Malayziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (Rusiya Federasiyası), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimləri iştirak edirlər.
Konfransın açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ, Diyanət İşləri başqanı Əli Ərbaş və digərləri çıxış ediblər.
Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra müqəddəs Qüds şəhərinin tarixi və müasir vəziyyətini əks etdirən film göstərilib.
Çıxışına Qafqaz müsəlmanlarının, Azərbaycan xalqının və Prezident İlham Əliyevin salamlarını və xeyir-dualarını konfrans iştirakçılarına çatdırmaqla başlayan Allahşükür Paşazadə sülhə, ədalətə, mənəvi-əxlaqi yüksəlişə xidmət edən müqəddəs dinimizin zəngin dəyərlərinin müdafiəsi məqsədilə İstanbulda ənənəvi olaraq mötəbər toplantıların keçirilməsini Türkiyə dövlətinin bu amallara ali səviyyədə sahib çıxmasının bariz nümunəsi kimi dəyərləndirib. İslam aləminə qarşı həyata keçirilən qeyri-seçkiliklər, müsəlmanların məruz qaldıqları təcavüz və işğalçılıq, dinimizin məqsədli şəkildə terrorçuluqla eyniləşdirilərək ləkələnməsi hallarını qətiyyətlə pisləyən Qafqaz Müsəlmanları İdarəsinin sədri təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri və xalqımıza qarşı törədilən terror aktları barədə geniş məlumat verib. O diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan prezidentlərinin beynəlxalq hüququn aliliyi prinsipini, eləcə də BMT qərarlarının icrasını önə çəkmələri olduqca təqdirəlayiqdir. İki qardaş ölkənin liderlərinin hər zaman nümayiş etdirdikləri belə bir vəhdət ümumi mənafelərimizin təmini üçün zəruridir. “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfransın işinə uğurlar arzulayan A.Paşazadə əminliklə ifadə edib ki, görkəmli İslam alimləri və din xadimləri dünyada sülhə və əmin-amanlığa nail olmaq üçün beynəlxalq ictimaiyyətin Qüds məsələsi ilə bağlı ədalətli mövqelərinin bundan sonra da qorunması naminə ciddi çağırışlar edəcəklər.
Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını iştirakçılara çatdıran Bəkir Bozdağ İslam dünyasında baş verən xoşagəlməz hadisələr, müsəlman xalqlarına qarşı aparılan düşmənçilik, böyük güclərin dəstəyi ilə zalımlıq törədən terror təşkilatları ilə mübarizə yolları kimi məsələlərdən danışıb.
Müsəlman dünyasının həmrəyliyini mövcud vəziyyətdən qurtarmaq üçün yeganə çıxış yolu kimi dəyərləndirən Əli Ərbaş İslam dəyərlərinin düzgün mənimsənilməsi və təbliği məsələlərinin vacibliyinə toxunub.
Çıxışlarda İslam həmrəyliyi, təriqətlər arasında dostluq və qardaşlıq münasibətlərinin qorunması, müsəlman xalqları arasında təfriqə cəhdlərinin qarşısının alınması kimi məsələlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Qüds müsəlmanların qürur və əxlaq yeridir. Onun qorunması və müdafiəsi üçün səylər göstərmək hər bir İslam ölkəsinin, eləcə də müsəlmanın ümmət borcudur. Qeyd olunub ki, müsəlmanlarla bağlı olduğu iddia olunan terror təşkilatlarının zərərsizləşdirilməsi üçün, ilk növbədə, onların arxasında dayanan gizli qüvvələrin ifşa edilməsinə ehtiyac var.
Rəsmi açılışdan sonra konfrans işini panellərlə davam etdirib.
Konfrans çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ və Diyanət İşləri başqanı Əli Ərbaş ilə görüşüb. Tərəflər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunmasında iki ölkə arasında dini əlaqələrin müstəsna əhəmiyyət daşıdığını qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi qardaşlıq və dostluq münasibətləri böyük təsirə malikdir. Dövlət başçılarının tövsiyələri nəticəsində dini-mənəvi münasibətlərdə də böyük nəticələr qazanılıb.
Jurnalistlərə müsahibə verən şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Qüds məsələsində qətiyyətli mövqe nümayiş etdirən müsəlman ölkələri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə də həssas yanaşmalı, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı, torpaqlarımızın 20 faizinin işğal altında saxlanılması faktlarına qarşı daim öz etiraz səslərini ucaltmalıdırlar. Bu etiraz səsləri yalnız konfrans və toplantılarda deyil, real işlərdə də özünü göstərməlidir. Beynəlxalq hüquq normalarına, o cümlədən BMT-nin məlum qətnamələrinə məhəl qoymayan Ermənistan heç bir müsəlman ölkəsinin dostu ola bilməz.
Konfrans işini yanvarın 30-da davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30

