Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Oqtay Əsədov: TürkPA dialoq üçün mühüm platformadır

Oqtay Əsədov: TürkPA dialoq üçün mühüm platformadır

03.02.2018 [01:10]

Fevralın 2-də Milli Məclisin sədri Oqtay Əsədov və ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Katibliyinin Bakıda yerləşən inzibati binasında olublar.
AZƏRTAC xəbər verir ki, TürkPA-nın mənzil-qərargahının qarşısında parlament sədrlərini qurumun baş katibi Altınbek Mamayusupov, baş katibin müavinləri Fuad Ələkbərov, Naurız Aydarov və Əli Yıldız qarşılayıblar.
Qonaqlar foyedə TürkPA-nın fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Sonra onlar burada yerləşən kitabxanadakı eksponatlarla tanış olub, kitabxananın işi ilə maraqlanıblar.
TürkPA-nın baş katibi Altınbek Mamayusupovla görüş zamanı spikerlər təşkilatın fəaliyyəti barədə fikirlərini bildirib, Katibliyin əməkdaşlarına gələcək işlərində uğurlar arzulayıblar.
Milli Məclisin sədri deyib ki, TürkPA türkdilli xalqları düşündürən məsələlər ətrafında fikir mübadiləsi, dialoq aparmaq baxımından mühüm platformadır.
Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycanın təşkilatdakı fəaliyyətini, quruma verdiyi töhfələri yüksək qiymətləndirib, TürkPA-nın fəaliyyətinin türk xalqlarının ümumi məqsədlərinə xidmət etdiyini söyləyib.
Görüşdən sonra TürkPA-nın inzibati binasının həyətində parlament sədrləri dostluq və qardaşlıq rəmzi olan həmişəyaşıl ağaclar əkiblər.
Tədbirlərdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Adil Əliyev, qazaxıstanlı deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
Baxılıb: 770 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30