Bəhruz Quliyev: YAP-ın VI Qurultayının qərarı Azərbaycan xalqının mövqeyinin ifadəsidir
09.02.2018 [10:13]
“Yeni Azərbaycan Partiyasının (YAP) VI Qurultayında aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyevin namizədliyi rəsmi şəkildə irəli sürüldü. Qurultayın qəbul etdiyi bu qərar Azərbaycan xalqının fikrinin, mövqeyinin ifadəsidir”. Bu fikirləri yap.org.az saytına “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, bu qərarın ciddi əsasları var. Çünki Prezident İlham Əliyev 15 il ərzində dövlət başçısı kimi uğurlu siyasət həyata keçirib və Azərbaycan müstəqil dövlət olaraq daha da güclənib, dünya miqyasında söz sahibi olan dövlətə çevrilib. Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunun lideri olmaqla yanaşı, bütövlükdə, beynəlxalq miqyasda sayılan-seçilən ölkələrdən birinə çevrilib.
“Ötən dövr ərzində bütün sahələr üzrə müxtəlif dövlət proqramları həyata keçirilib. Mühüm islahatlar reallaşdırılıb, ölkəmizin hərtərəfli inkişafı üçün genişmiqyaslı tədbirlər gerçəkləşib. Bütün bunların nəticəsində də ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə güclənib, əhalinin sosial rifahı daha da yüksəlib. Eyni zamanda, humanitar, mədəniyyət, idman və digər sahələrdə də ciddi nailiyyətlər qazanılıb. Əlbəttə ki, bu nailiyyətlərin əsasında Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır. Ona görə də xalqımız cənab Prezidentin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir”, - deyə baş redaktor vurğulayıb.
B.Quliyev qeyd edib ki, Azərbaycan dövlətinin xarici siyasəti də milli maraqlarımıza tam uyğundur. Onun sözlərinə görə, ötən 15 il ərzində Azərbaycan bütövlükdə dünya üçün böyük əhəmiyyət kəsb edən nəhəng layihələrə imza atıb. İstər enerji, istərsə də nəqliyyat layihələri Azərbaycana iqtisadi dividendlər gətirməklə yanaşı, onun beynəlxalq miqyasda da mövqeyini gücləndirən faktorlardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Prezident İlham Əliyevin prinsipial mövqe nümayiş etdirdiyini deyən B.Quliyev söyləyib ki, Azərbaycan sülh tərəfdarı olmaqla yanaşı, öz ordusunu daim gücləndirir. Çünki biz torpaqlarımızın işğalı ilə barışa bilmərik və işğalçı tərəfin təxribatlarına tutarlı cavab veririk. 2016-cı ilin aprel döyüşləri bunu sübut etdi.
B.Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti xarizmatik liderdir və xalqımız, hər bir vətəndaş öz dövlət başçısı ilə qürur duyur: “Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Cənab İlham Əliyev ötən 15 il ərzində genişmiqyaslı fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi. Eyni zamanda, dövlətimizin başçısı Özünün bu fəaliyyəti ilə hər bir vətəndaşın inamını, sevgisini qazanıb”.
Bəzi dairələrin növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda qərarı yanlış olaraq tənqid etdiklərini deyən B.Quliyevin fikrincə, ilk növbədə, dövlət başçısı Konstitusiya ilə verilmiş səlahiyyətlər çərçivəsində belə bir Sərəncam imzalayıb: “Əslində, bu, dövlət başçısının Konstitusiya ilə verilmiş müstəsna hüququdur. Digər tərəfdən, Prezidentin səlahiyyət müddəti bu ilin oktyabrında başa çatır. Amma cənab Prezident bu Sərəncamı imzalamaqla, əslində, digər siyasi partiyalara, namizədlik iddiasında olan şəxslərə şans verir ki, prezident seçkilərinə daha tez qatılsınlar və öz güclərini sınasınlar. Eyni zamanda, bu qərar cənab Prezidentin Özünəinamının ifadəsidir. Seçkilərdə kimin namizəd kimi iştirak edəcəyindən asılı olmayaraq, ötən 15 ildə qazanılan nailiyyətlər cənab İlham Əliyevin qələbəsini şərtləndirir”.
Azərbaycanın inkişafını istəməyən qüvvələrin hər zaman ölkəmizdə sabitliyi pozmağa, uğurlarımıza kölgə salmağa çalışdığını deyən B.Quliyev söyləyib ki, anti-azərbaycançı qüvvələrin bu cəhdləri iflasa uğrayıb. “Cənab Prezident müstəqilliyimizin, dövlətimizin təhlükəsizliyinin qarantıdır. Ona görə də bu qərar Azərbaycanın milli və dövlət maraqlarına tam uyğundur. Prezidentimizin hər bir addımı xalqımızın maraqlarının qorunmasına və dövlətimizin daha da möhkəmlənməsinə xidmət edir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda xalq-hakimiyyət birliyi sarsılmazdır. Və uğurlarımızın təməlində də bu amil mühüm rol oynayır. Bütün bunların fonunda YAP-ın VI Qurultayının qərarı hər bir vətəndaşın fikrini ifadə edir. Azərbaycan demokratik dövlətdir və qarşıdan gələn seçkilərin azad, şəffaf keçiriləcəyi şübhəsizdir. Yəqin ki, seçkilərdə başqa namizədlər də olacaq. Amma Azərbaycanda heç bir siyasətçi cənab İlham Əliyevə alternativ ola bilməz”, - deyə B.Quliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

