Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

MSK-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

22.02.2018 [10:00]

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 21-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskasla görüşüb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Məzahir Pənahov rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunub. O bildirib ki, MSK-nın xarici əlaqələri çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla yanaşı, əvvəlki illərdə keçirilmiş seçkilərdə Avropa İttifaqı ilə də yaxından əməkdaşlıq edilib və bu münasibətlər çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas ölkəmizin seçki sistemi, eləcə də 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıqlarla maraqlanıb.
Sədr Məzahir Pənahov prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülmüş işlər, eləcə də nəzərdə tutulan genişmiqyaslı layihələri diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30