Görkəmli filosof-alimin biblioqrafiyası çapdan çıxıb
18.09.2009 [10:54]
“...Ramiz Mehdiyevin fəlsəfi yaradıcılığının daha bir mühüm qaynağını onun ciddi akademik fəaliyyəti yüksək dövlət qulluğundakı gərgin praktik işlə uğurla əlaqələndirməsi təşkil edir. Bu, onun elmi araşdırmalarına həyatla sıx bağlılıq, çeviklik, praqmatizm, siyasi və inzibati idarəçilik sahəsindəki elmi yanaşma, obyektivlik, müdriklik gətirir.
Heç şübhəsiz ki, uğurlu elmi fəaliyyətlə dövlət idarəçiliyi sahəsindəki praktik işin belə nadir sintezinin meydana gəlməsində akademik Ramiz Mehdiyevin elmi taleyinin şəxsi taleyi bütövlükdə xalqının tale yolu ilə çulğaşan böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin, habelə Onun siyasi varisi Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi praktikası ilə sıx bağlı olması da mühüm rol oynayıb. Bu zəngin dövlət idarəçilik yolu və təcrübəsinin hərtərəfli tədqiqi ona Azərbaycan siyasi elmində müstəqil bir istiqamətin - Əliyevşünaslığın əsasını qoymağa imkan verib”.
Fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayevin bu fikirləri “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), AMEA-nın Mərkəzi Elmi Kitabxanası və M.F.Axundov adına Respublika Milli Kitabxanası tərəfindən Azərbaycan, rus və ingilis dillərində tərtib edilmiş “Ramiz Ənvər oğlu Mehdiyev” biblioqrafiyasındakı rəyindən götürülüb.
Biblioqrafiyada görkəmli alim, ictimai-siyasi xadim, fəlsəfə elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Nyu-York Elmlər Akademiyasının üzvü, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, Beynəlxalq Sülh Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri Ramiz Mehdiyevin 25 kitabı, 200-ə yaxın məqaləsi, o cümlədən xaricdə buraxılmış 6 əsəri ilə yanaşı, redaktoru, elmi məsləhətçisi və buraxılışına məsul olduğu nəşrlər də sadalanır, ictimai-siyasi fəaliyyəti haqqında yazılmış məqalələr təqdim olunur. Biblioqrafiya akademik R.Mehdiyevin 1964-2009-cu illərdəki elmi yaradıcılığını əhatə edir. Nəşrə alimin həmin illərdə Azərbaycan, rus, ingilis, türk və digər dillərdə çap olunmuş kitabları, elmi konqres, sessiya və konfrans materiallarında, dövri mətbuatda işıq üzü görmüş elmi-publisistik məqalələri, çıxışları və müsahibələri daxil edilib.
Biblioqrafiyaya ümummilli lider Heydər Əliyevin “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar” sözləri epiqraf seçilib.
Kitab Azərbaycan Prezidenti İlham Əliyevin Ramiz Mehdiyevə “İstiqlal” ordeni təqdim edərkən dediyi sözlərlə açılır: “Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Prezidentin İcra Aparatının rəhbəri kimi siz ölkəmiz üçün çox vacib funksiyanı icra edirsiniz. Bütün bu amilləri nəzərə alaraq, dövlət qulluğunda, dövlət quruculuğu prosesində fəal işlərinizə görə mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı, yüksək ordeni - “İstiqlal” ordeni ilə təltif etmişəm və istəyirəm ki, bu yubiley gününüzdə həmin mükafatı sizə təqdim edim. Sizi bir daha təbrik edirəm”.
Nəşrdə həmin təltif haqqında dövlət başçısının 2008-ci il 17 aprel tarixli Sərəncamı və “AMEA-nın həqiqi üzvü R.Mehdiyevin anadan olmasının 70 illiyi haqqında” Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2008-ci il 14 aprel tarixli qərarı da verilib.
ömrünün 36 ilini ictimai-siyasi fəaliyyətə, elmə həsr edən akademik R.Mehdiyev ölkədə gedən bütün ictimai-siyasi, iqtisadi-mədəni proseslərə dair müstəqil fikirlər söyləyərək öz əsərlərində, elmi tədqiqatlarında həmin proseslərin mahiyyətini məharətlə açan görkəmli filosof-alim kimi böyük nüfuz qazanıb. Alim səmərəli elmi, geniş ictimai-siyasi fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Universitetində, 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ictimai-siyasi həyatın aktual məsələlərinə dair mühazirələr oxuyub, elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmət göstərib.
Filosof-alimin bütün bu həyat və geniş ictimai-siyasi fəaliyyətinin açılması üçün biblioqrafiyaya AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun “Akademik Ramiz Mehdiyevin elmi-fəlsəfi yaradıcılıq fəaliyyəti haqqında”, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanovanın “Azərbaycanın bu günü və gələcəyi naminə intellekt və siyasətin alyansı” məqalələri də daxil edilib. Burada söylənilən fikirlər biblioqrafiyanın “Azərbaycanın dövlət, elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsində Mahmud Kərimovun, Arif Mehdiyevin, Əli Həsənovun, Asəf Nadirovun, Akif Əlizadənin, Bəkir Nəbiyevin, Ağamusa Axundovun və digər görkəmli alim və ictimai-siyasi xadimlərin rəyləri, mülahizələri ilə bir daha öz təsdiqini tapır. Alimin həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin əsas tarixləri, redaktoru, elmi məsləhətçisi və buraxılışına məsul olduğu nəşrlər, habelə haqqında yazılan ədəbiyyat ayrıca bölmədə yerləşdirilib. Oxucuların işini asanlaşdırmaq üçün biblioqrafiyaya daxil edilən materiallar xronoloji ardıcıllıqla və əlifba sırası ilə verilib. Burada alimin əsərlərinin, müştərək müəlliflərin, eləcə də haqqında yazan müəlliflərin əlifba göstəriciləri, elmi-publisistik məqalələrinin, əsərləri haqqında rəylərin, müsahibə və iqtibaslarının veblioqrafiyası da öz əksini tapıb.
Biblioqrafiya “Şərq-Qərb” mətbəəsində çap olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45

