Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir

Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir

07.04.2018 [09:52]

Prezident İlham Əliyev: Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın artan iqtisadi imkanları ölkəmizdə ordu quruculuğu istiqamətində və müdafiə sənayesi sektorunda davamlı layihələrin həyata keçirilməsinə, yüksək inkişaf əldə olunmasına əhəmiyyətli baza yaradıb. Bu isə son illərdə hərbi və müdafiə sənayesi sektorunda aparılan genişmiqyaslı kompleks islahatların daha da təkmilləşdirilməsi, bu sahələrin daha dinamik inkişafı üçün əlverişli imkanlar açır.
Bu məqamda xüsusi olaraq qeyd edək ki, torpaqlarının 20 faizinin işğal altında olması faktı Azərbaycanın təhlükəsizliyinin təminatı kimi güclü milli ordunun mövcudluğunu zəruri edir. Bu baxımdan, ordu quruculuğu prosesinin dövlət başçısı səviyyəsində prioritet elan olunması ölkəmizin milli maraqları müstəvisində kifayət qədər önəmli əhəmiyyət daşıyır. Çünki Azərbaycanın güclü orduya, peşəkar silahlı qüvvələrə malik olması ölkənin ərazi bütövlüyünün dinc yolla bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün də mühüm amildir. Belə demək mümkündürsə, yüksək döyüş hazırlığına malik nizami ordu, güclü hərbi-sənaye kompleksi hər bir ölkənin, o cümlədən Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı qarantıdır.
Dövlətimizin apardığı siyasi kurs ordumuzun müasir standartlar əsasında formalaşmasını təmin edib
Qeyd edildiyi kimi, ordumuzun döyüş qabiliyyətinin getdikcə daha da artırılması, texniki təchizatın mükəmməl səviyyəyə qaldırılması dövlətimizin əsas prioritetlərindəndir. Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb olunmağımız, torpaqlarımızın işğal edilməsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvalarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi bu gün Azərbaycan dövlətinin bu sahəyə xüsusi diqqət ayırmasını zəruri edir. Vurğulanmalıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində prinsipial mövqe nümayiş etdirən, ərazi bütövlüyümüzün təmin olunmasını həll prosesinin ilkin şərti kimi qətiyyətlə irəli sürən dövlətimizin apardığı siyasi kurs ordumuzun müasir standartlar əsasında formalaşmasını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində bu gün Azərbaycan ordusu regionun ən güclü ordusuna çevrilməklə yanaşı, bütün dünyada ən müasir silahlı qüvvələrdən sayılır. Həyata keçirilən hərbi təlimlər bunu bir daha sübut edir ki, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Bu gün beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan ordusu regionun ən hazırlıqlı və ən müasir strukturu sayılır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib ki, müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir: “Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub”.
Ordumuzun döyüş qabiliyyəti, ayrı-ayrı bölmələrin texniki təminatı ən yüksək səviyyədədir
Ümumiyyətlə, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən genişmiqyaslı hərbi islahatlar ordunun döyüş qabiliyyətini artırıb. Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi onların əməliyyat imkanlarını, manevr qabiliyyətini artıraraq düşmən üzərindəki üstünlüyü təmin edib. Qeyd olunmalıdır ki, Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin arsenalında olan müasir silah kompleksləri və idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib. Eləcə də bu gün dağıdıcı gücə və uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək xüsusiyyətinə malik sistemlər müvafiq bölmələrin istənilən vaxt effektiv fəaliyyətinin tətbiqini mümkün edir. Hərbi Hava Qüvvələrinin döyüş tətbiqi və uçuş imkanlarının təkmilləşdirilməsi, aviabazaların infrastrukturunun və aerodrom avadanlıqlarının yenilənməsi üzrə həyata keçirilən layihələr Azərbycanın hava sərhədinin diqqətli və təhlükəsiz şəkildə qorunmasını təmin etməklə yanaşı, Silahlı Qüvvələrimizin havadan hücum imkanlarını da genişləndirir. Yeni texnologiyalara, yeni uçuş aparatlarına yiyələnən Azərbaycan Silahlı Qüvvələri bu gün ən müasir texnikalar vasitəsilə hava sərhədinin təhlükəsizliyini təmin edir. Bununla yanaşı, düşmən haqqında tam və dəqiq məlumatın əldə edilməsi, onun fəaliyyətinin daim nəzarətdə saxlanılması və izlənilməsi məqsədilə kəşfiyyat bölmələrinin lazımi vasitələrlə təchizatı həyata keçirilir. Bir sözlə, Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti və texniki təminatı ən müasir standartlara əsaslanır. Prezident İlham Əliyev də yuxarıda bəhs edilən müsahibəsində qeyd edib ki, ölkəmizin Silahlı Qüvvələrinin maddi-texniki bazası xeyli möhkəmlənib. Respublikanın bütün hərbi bazalarının və hərbi şəhərciklərinin 80 faizindən çoxunun yenidən inşa edildiyini bildirən dövlət başçısı onu da vurğulayıb ki, qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq. Silahların alınması məsələsinə gəldikdə, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək: “Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30