Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib

12.04.2018 [11:09]

Müstəqil Azərbaycanda demokratik seçki sisteminin yaradılması seçkilərin ədalətli və şəffaf şəraitdə keçirilməsinə, mövcud sabitlik və inkişaf isə insanların seçkilərdə fəal iştirakına imkan verir.
Aprelin 11-i ölkəmizdə növbəti prezident seçkiləri günüdür. Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb. 7 seçki dairəsi üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılıb, məntəqələrdə veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. Muxtar respublika üzrə 262 min 874 seçici qeydə alınıb ki, onlardan da 1368-i ilk dəfə səs verənlərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib.
Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, 4-15 saylı seçki məntəqəsində 1494 seçicinin səs verməsi nəzərdə tutulub. Əhali mütəşəkkilliklə seçkilərdə iştirak edir. Saat 11:00-a qədər seçki məntəqəsində seçicilərin 30 faizi səs verib.

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30