Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransalı müşahidəçilər: Azərbaycanda prezident seçkiləri demokratik keçdi

Fransalı müşahidəçilər: Azərbaycanda prezident seçkiləri demokratik keçdi

13.04.2018 [09:53]

Fransalı müşahidəçilər Azərbaycanda keçirilən prezident seçkilərinə dair bəyanat yayıblar.
AZƏRTAC xəbər verir ki, müşahidəçi Mişel Teğo seçki prosesinin qanunauyğun şəkildə keçirildiyini söyləyib. O bildirib ki, səsvermə proseduru Avropa standartlarına cavab verir.
“Görüşdüyümüz digər müşahidəçilər də bizə heç bir qayda pozuntusu ilə rastlaşmadıqlarını, səsvermə prosesinin seçicilərə heç bir kənar təzyiq olmadan normal keçdiyini müşahidə etdiklərini dedilər. Seçkilər tam şəffaf keçdi. İlkin nəticələr “exit-poll”un nəticələri ilə üst-üstə düşdü. Bu seçkilər Azərbaycanda demokratik prinsiplərə uyğun atılan növbəti addım idi. Biz Azərbaycanın bu cür səyləri davam etdirməsini alqışlayırıq”, - deyə müşahidəçi qeyd edib.

Paylaş:
Baxılıb: 437 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30