Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Con Boltonun səfəri Azərbaycan-ABŞ münasibətlərinin inkişafı və regional təhlükəsizlik baxımından əhəmiyyətlidir

Con Boltonun səfəri Azərbaycan-ABŞ münasibətlərinin inkişafı və regional təhlükəsizlik baxımından əhəmiyyətlidir

26.10.2018 [09:19]

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev və Con Bolton arasında keçirilən görüşdə ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər və digər məsələlərin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın aparıcı ölkələr sırasında yer aldığını sübut edir. Eyni zamanda, Azərbaycanın hazırda həyata keçirdiyi nəhəng enerji layihələri ilə regionun və Avropanın qlobal təhlükəsizliyinin təmin edilməsində nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərir. Heç şübhəsiz ki, bütün bunlar təsadüfi deyil. Çünki Azərbaycan həyata keçirdiyi aktiv diplomatik fəaliyyəti ilə həm regional müstəvidə, həm də Avrasiyada mühüm aktor kimi öz yerini və rolunu çoxdan sübut edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, dünya siyasətini müəyyən edən ölkələrdən biri olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir daha bu kontekstdə qiymətləndirilməlidir. Əlbəttə ki, bu, məsələnin heç də hamısı deyil. Əgər regionda təhlükəsizlikdən söhbət gedirsə, bizim üçün, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll olunması məsələsi önə çıxır. Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas paradiqmasını məhz bu, müəyyənləşdirir. Həm dünya siyasətini müəyyən edən ölkələrdən biri, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın bu problemin həllində mühüm yeri və rolu ola bilər. Con Bolton çıxışında məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayrıldığını və bu problemin həllinin Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini söylədi. O, bundan sonrakı mərhələdə Ermənistana səfər edəcəyini və rəsmi Yerevanla bu məsələni müzakirə edəcəyini Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdı.
Hikmət Babaoğlu bildirib ki, əgər bütün dünya özünün təhlükəsizliyini təmin etməlidirsə, beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar bir-birilərinin qarşılıqlı təhlükəsizliyini mütləq nəzərə almalıdır. Azərbaycan təhlükəsizliyə töhfə verirsə, deməli, onun təhlükəsizliyinə tərəfdaşları və müttəfiqləri də mütləq diqqət yetirməlidir.
Deputat bildirib ki, Con Boltonun səfəri məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli kontekstində Azərbaycan üçün önəmli idi. Azərbaycan tərəfi onunla müzakirələrdə ərazi bütövlüyü məsələsində prinsipiallığını və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı öz mövqeyini bir daha ortaya qoydu. Bütövlükdə, hazırkı beynəlxalq münasibətlər sisteminin siyasi konyunkturasına nəzər salsaq görərik ki, ən müxtəlif problemlər məhz bu qarşılıqlı müzakirələr və qarşılıqlı maraqların təmin olunması formatında aktuallaşdırılır. Bir sözlə, bu görüş istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərsə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm bir görüş idi.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30