/ / Böyük sosial paketin reallaşdırılması Azərbaycan hakimiyyətinin güclü siyasi iradəsinə əsaslanır
Böyük sosial paketin reallaşdırılması Azərbaycan hakimiyyətinin güclü siyasi iradəsinə əsaslanır
13.03.2019 [10:26]
Prezident İlham Əliyev: Bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir
Azərbaycanda Prezident İlham Əliyevin hələ ötən il müxtəlif tədbirlərdə anonsunu verdiyi böyük sosial paketin reallaşdırılması 2019-cu ilin əvvəlindən daha aktiv fazaya daxil olub. Cari ilin əvvəlindən milli iqtisadiyyatımızda son 2-3 ilin ən yaxşı göstəriciləri qeydə alınıb, paralel şəkildə ölkəmizin gəlirləri artıb ki, bütün bunların sayəsində də respublikamızda sosial siyasətin prioritetliyini təmin etmək imkanları genişlənib. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Onun yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki çıxışında vurğulayıb ki, bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək.
Dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizdə cari ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılıb. Prezident İlham Əliyev 2019-cu ilin arxada qalan dövrü ərzində bilavasitə insanların rifah halının yaxşılaşmasına, gəlir imkanlarının artırılmasına hesablanan çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlərə əsasən deyə bilərik ki, Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət inqilabi xarakter daşıyır. Həqiqətən də, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Böyük sosial paketin reallaşdırılması Azərbaycan hakimiyyətinin güclü siyasi iradəsinə əsaslanır.
Ölkəmizdə cari ilin əvvəlindən intensiv şəkildə reallaşdırılan böyük sosial paket bütövlükdə cəmiyyətin sosial sifarişlərinin yüksək səviyyədə təmin edilməsinə hesablanıb. Görülən bütün işlərin arxasında Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi, onun rifahı amili dayanır. Sosial paket reallaşdırılarkən ilk növbədə əhalinin ən həssas təbəqələrinin maraqları nəzərə alınır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdəki çıxışında Onun sosial məsələlərlə bağlı imzaladığı sənədlərin əhatə dairəsinin kifayət qədər geniş olduğuna xüsusi diqqət çəkib. “Bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir”, - deyə dövlət başçısı bildirib.
Ölkədə əməkhaqlarının davamlı olaraq artırılması ənənə halını alıb
Respublikamızda əhalinin gəlir imkanlarının artırılması istiqamətində müxtəlif tədbirlər görülür. O cümlədən ölkəmizdə əməkhaqlarının davamlı olaraq artırılması kimi gözəl ənənənin formalaşması əhalinin maddi təminatının möhkəmlənməsində mühüm rol oynayır. Məlum olduğu kimi, respublikamızda əhalinin məşğulluğunun təmin edilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır. Ölkəmizdə yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib. 2018-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 1553,6 min nəfər olub, onlardan 888,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2018-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.
Əməkhaqlarının artırılması tendensiyası 2019-cu ildə də davam etdirilir. Prezident İlham Əliyev 8 fevral 2019-cu il tarixində “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, son 15 ildə Azərbaycanda minimum əməkhaqları 6,5 dəfə artırılıb.
Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib. Minimum əməkhaqqının mart ayının 1-dən etibarən 180 manata çatdırılması dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artıma gətirib çıxardacaq. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı təkcə 180 manata qədər olan əməkhaqlarında deyil, vahid tarif cədvəli (VTC) üzrə müəyyən olunmuş və bundan da çox olan maaşlarda da artıma imkan verəcək. Nazir KİV-ə açıqlamasında vurğulayıb ki, hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda 450 mindən çox işçini əhatə edən 19 pilləli VTC üzrə əməyin ödənişi sistemi mövcuddur. Əgər bu 19 pillədən ilk pillədə əməkhaqqı 180 manata qalxırsa, digər pillələr üzrə bundan yuxarı olan əməkhaqlarında da müəyyən faizlərdə artım baş verir. S.Babayev qeyd edib ki, özəl sektorda işləyənlərin də minimum əmək haqqı 180 manat müəyyən olunduğuna görə həmin sektor üzrə əməkhaqları üzrə zəncirvari müsbət effekt özünü göstərəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, martın 1-dək özəl sektorda 150 minədək işçi 180 manatdan az əməkhaqqı alanlar olub. Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda əsas iş yeri və tam iş günü üzrə işləyənlərin də əməkhaqqının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz. Özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Nazirlik qeyd olunan elektron sistemi vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əməkhaqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək.
Qeyd edək ki, minimum əməkhaqqı artımı işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin onların gələcək sosial təminatlarına da müsbət təsir göstərəcək. Belə ki, artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək sosial təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısının 9 mart 2019-cu il tarixdə imzaladığı “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” və 11 mart 2019-cu il tarixdə imzaladığı “Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamlar da ölkəmizdə əməkhaqlarının və bütövlükdə insanların gəlir imkanlarının artırılması istiqamətində atılan addımların davamlı olduğunu bir daha təsdiqləyir. Eyni zamanda, ölkəmizdə əməkhaqlarının artırılması perspektivdə də diqqət mərkəzində saxlanılacaq. Prezident İlham Əliyev yuxarıda bəhs olunan müşavirədəki çıxışında minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlanmasına dair müvafiq göstərişlər verildiyini nəzərə çatdıraraq deyib: “Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın”.
Minimum pensiyaların artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq
Ölkəmizdə pensiyalar da mütəmadi qaydada artırılır. Məlumat üçün bildirək ki, ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin.
Dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb. Ölkəmizdə minimum pensiyaların artırılmasının çox ciddi bir qərar olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir”.
Qeyd edək ki, minimum pensiyaların artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq. Ancaq bəhs olunan müşavirədə bildirilib ki, minimum pensiyaların 116 manatdan 160 manata qədər artırılması son hədd deyil. Belə ki, gələcəkdə minimum pensiyaların artırılması yenə də gündəmdə olacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04

