/ / Azərbaycanın Baş naziri Macarıstanın xarici işlər və ticarət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın Baş naziri Macarıstanın xarici işlər və ticarət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
30.03.2019 [09:23]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov martın 29-da ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana səfərlərini xatırladaraq, ölkələrimiz arasındakı münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb. Azərbaycan ilə Macarıstanın tarixi köklərə əsaslanan sıx münasibətlərinin olduğunu deyən Novruz Məmmədov ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyatın müxtəlif istiqamətlərində, energetika, turizm, kənd təsərrüfatı, İKT və humanitar sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Baş nazir Macarıstanın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini daim müdafiə etdiyinə görə minnətdarlığını bildirib.
Novruz Məmmədov Peter Siyartonun Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində açılacaq Macar Dili və Mədəniyyəti Mərkəzinin iki ölkə arasında humanitar əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
Ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün kifayət qədər imkanların olduğunu vurğulayan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib ki, Azərbaycana hər səfərində paytaxtımızda gördüyü inkişaf onda dərin təəssürat yaradır. Avropanın, o cümlədən Macarıstanın enerji mənbələrinin şaxələndirilməsinin vacibliyindən söz açan Peter Siyarto Cənub Qaz Dəhlizinin önəminə toxunub və bu layihənin reallaşdırılmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib. Qonaq Macarıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu ilə təmsil olunduğunu xatırladaraq, tarixi köklərlə bağlı olduğu türkdilli ölkələrlə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını deyib.
Görüşdə iqtisadi, energetika, investisiya qoyuluşu, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46

