Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib

31.08.2019 [10:00]

Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Səfir Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.
Diplomat türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. Qeyd edilib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və möhkəm iradəsinin nümunəsidir. Bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti meydana gəlib. Ötən illər ərzində Türkiyənin bir çox sınaqlardan keçdiyini deyən səfir qardaş ölkənin hər cür çətinliklərin öhdəsindən gələ biləcək gücə malik olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30