Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin görüşü olub
04.12.2019 [09:48]
Dekabrın 3-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Bakıda rəsmi səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, təkbətək formatda başlanan fikir mübadiləsi daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Nazirlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqi üçün yeni imkanların açılması baxımından önəmli olduğunu bildiriblər. Mütəmadi xarakter daşıyan dövlət başçılarının qarşılıqlı səfərləri və müxtəlif çoxtərəfli zirvə toplantıları çərçivəsində təmasları iki ölkə arasında təşəkkül tapmış intensiv dialoqun və əməkdaşlığın bariz nümunələri kimi qeyd edilib.
Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın cari il noyabrın 20-25-də Rusiyaya rəsmi səfərinin əhəmiyyəti vurğulanıb. Səfərin nəticələrinə dair ikitərəfli əməkdaşlıq çərçivəsində yeni prioritet istiqamətin, - innovasiya və yüksək texnologiyalar, - müəyyən edilməsi, həmçinin iki ölkə arasında gənclərarası forumların ənənəyə çevrilməsi kimi vacib qərarların qəbul edilməsinin Azərbaycan-Rusiya əməkdaşlığının daha da dərinləşdirilməsi baxımından önəmli olduğu bildirilib.
Bu xüsusda, S.Lavrov ölkəmizə etdiyi hazırkı səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini minnətdarlıq hissi ilə qeyd edərək, həmin qəbul zamanı olduqca məzmunlu və məhsuldar fikir mübadiləsinin aparıldığını məmnuniyyətlə söyləyib.
Rusiyalı nazir BMT, ATƏT, MDB və ölkələrimizin tərəfdaşlıq etdiyi digər ənənəvi formatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsinə sadiq olduğunu təqdirəlayiq hal kimi qeyd edib. Eyni zamanda, S.Lavrov ölkəmizi Qoşulmama Hərəkatında sədrliyə başlaması münasibətilə təbrik edib, Azərbaycanın sədrliyi dövründə Rusiya Federasiyası ilə Qoşulmama Hərəkatı arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Nazir E.Məmmədyarov Rusiya ilə ayrı-ayrı sahələr, o cümlədən sənaye, turizm, nəqliyyat və kommunikasiya, təhsil və s. istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini bildirib. İqtisadi əlaqələr üzərində dayanaraq, o, qarşılıqlı ticarət dövriyyəsinin müsbət dinamika ilə seçildiyini xüsusilə vurğulayıb. Bu baxımdan, Samur çayı üzərində tikilmiş yeni sərhəd körpüsünün tezliklə istifadəyə verilməsinin qarşılıqlı ticarətə və insanlararası təmaslara yeni təkan verəcəyi qeyd olunub.
Nazirlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq iqliminin təmin edilməsi və təsərrüfat fəaliyyətinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Bu baxımdan, Xəzəryanı ölkələrin əməkdaşlığının daha da inkişaf etdirilməsi üzrə mövcud perspektivlər müzakirə edilib.
Tərəflər Azərbaycan ilə Rusiya arasında müxtəlif formatlarda, o cümlədən parlamentlərarası təmaslar, habelə müvafiq nazirliklər və qurumlar arasında əməkdaşlıq şəklində aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını söyləyiblər.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində substantiv danışıqların aparılmasının vacibliyini vurğulayaraq, Rusiya Federasiyası da daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədrlərinin göstərdiyi vasitəçilik səylərinin real nəticə gətirəcəyinə dair ümid ifadə edib.
S.Lavrov ölkəsinin münaqişənin dinc yolla nizama salınması üzrə vasitəçilik səylərinin davam etdirilməsini vacib hesab etdiyini və bu istiqamətdə fəal olmaq niyyətində olduğunu bildirib.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.
Görüşün yekunlarına dair nazirlər Azərbaycan və Rusiya XİN-ləri arasında 2020-ci il üçün məsləhətləşmələr planını imzalayıblar. Eyni zamanda, Rusiya XİN başçısı Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan xatirə kitabına ürək sözlərini yazıb.
Xəbər lenti
Hamısına baxAnalitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45

